C.Q. Nuriyev, A.Ə. Əliyev, M.C.Atakişiyev
Gömrük işinin təşkili və
idarə edilməsi
Ali məktəblər üçün dərslik
Dərsliyə Azərbaycan Respublikası Təhsil Nazirinin
21 aprel 2003-cü il tarixli 305 saylı əmri ilə
qrif verilmişdir.
BAKI -2009
2
Az2
Redaktor: Gömrük xidməti general-mayoru, i.e.n. Ş.S.Bağırov.
Rəyçilər: i.e.d., prof. M.X.Meybullayev, Əmgkdar elm xadimi., i.e.d., prof. A.Ş.Şəkərəliyev
C.Q.Nuriyev, A.Ə.Əliyev, M.C.Atakişiyev. «Gömruk işinin təşkili və idarə
edilməsi». Ali məktəblər üçün dərslik (yenidən işlənmiş və tamamlanmış variantda).
Azərb. dilində. Bakı, 2009. 293 səh.
Təqdim olunan “Gömrük işinin təşkili və idarəedilməsi” dərsliyi ali məktəb tələbələri üçün
nəzərdə tutulmuşdur. Lakin bu dərslikdən iş adamları, gömrük orqanlarında çalışan məmurlar və elmi
işçilər də istifadə edə bilərlər.
3
MÜNDƏRİCAT
ÖN SÖZ
MÖVZU 1
Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti
MÖVZU 2
İlham Əliyev Azərbaycanın XXI əsr gömrük siyasətinin memarıdır
MÖVZU 3
MÖVZU 4
MÖVZU 5
MÖVZU 6
MÖVZU 7
MÖVZU 8
MÖVZU 9
MÖVZU 10
MÖVZU 11
MÖVZU 12
MÖVZU 13
MÖVZU 14
MÖVZU 15
MÖVZU 16
MÖVZU 17
MÖVZU 18
MÖVZU 19
MÖVZU 20
İSTİFADƏ OLUNMUŞ NORMATİV - HÜQUQİ
AKTLARIN VƏ ƏDƏBİYYATLARIN SİYAHISI
4
Ön söz
Ötən əsrin sonlarında ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra müstəqil gömrük siyasəti
formalaşmağa başladı və lazım olan gömrük qanunvericiliyi aktları qəbul olundu. Eyni zamanda, gömrük işinin
daha səmərəli təşkil edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən lazım olan
təlimat və əsasnamələr işlənib hazırlandı. Bütün sənədlərin əsasını Azərbaycan Respublikasının suverenliyinin
və iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edir. Həmin sənədlərdə ölkəmizin strateji inkişaf istiqamətinə
uyğun olaraq yürüdüləcək vahid gömrük siyasəti də öz əksini tapmışdır.
Ölkəmizin iqtisadi həyatında gömrük işinin öz yeri vardır. Bildiyiniz kimi respublikamızın milli
iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. Nəzərə alanda ki, Azərbaycan inkişaf etməkdə
olan digər ölkələr kimi, iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və dünya təsərrüfat əlaqələri sisteminə
inteqrasiya məsələsini eyni zamanda həll etməlidir, onda gömrük işinin təşkilinin nə qədər mühüm əhəmiyyət
kəsb etdiyini görmək mümkündür. Gömrük işinin əhəmiyyətini xalqımızın Ümummilli Lideri, müasir
Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq:
“...Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək
bilikli olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, müstəqil Azərbaycanın
iqtisadiyyatının möhkəm-ləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə
yanaşı, maddi texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq lazımdır. Bu da
sizin vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il).
Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin bu tapşırığını özlərinin gələcək fəaliyyət proqramı
kimi qəbul edən Dövlət Gömrük Komitəsinin rəhbərliyi gömrük orqanlarının maddi-texniki bazasını
genişləndirmək, müasirləşdirmək və gömrük sistemini inkişaf etdirməklə bərabər, yüksək səviyyəli gömrük
işçilərinin hazırlanması üçün də çox işlər görmüşdür. Belə ki, Ümummilli Liderin tapşırığını əldə rəhbər tutan
K.F. Heydərov dərsliklərin və dərs vəsaitlərinin hazırlanması üçün hər cür şərait yaratmışdır. Məhz onun
təşəbbüsü və rəhbərliyi altında 4 cildlik “Gömrük işinin əsasları” (I cild. “Gömrük işinin təşkili və
texnologiyası”. Bakı - 1998; II cild. “Gömrük orqanlarının iqtisadi fəaliyyəti”. Bakı-1999; III cild. “Gömrük
orqanlarının hüquq-mühafizə fəaliyyəti”. Bakı-2000; IV cild. “Gömrük işinin idarə edilməsi və inkişafı”. Bakı-
2000), C. Nuriyev tərəfindən “Gömrük hüququ” (ali məktəblər üçün dərslik, Bakı-2002). C.Q.Nuriyev,
A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev və b. tərəfindən “Gömrük ekspertizası” dərsliyi (Bakı– 2003), A.Ə. Əliyev
tərəfindən “Gömrük işi və dünya iqtisadiyyatının inkişafı” (rus dilində, Bakı-2002), Heydərov K.F. tərəfindən
«Gömrük işinin əsasları» (ali məktəblər üçün dərslik, Bakı-2004), Heydərov K.F., Əliyev A.Ə., Nuriyev C.Q.,
Mehdiyev S.M. tərəfindən «Gömrük rəsmiləşdirilməsi», (ali məktəb tələbələri üçün dərslik, Bakı-2006) habelə
bir sıra yardımçı vəsaitlər - K. Heydərov və T. İbrahimov tərəfindən “Gömrük işi - iqtisadi suverenlik və
təhlükəsizlik” (Bakı-1999), C. Nuriyev, Z. Əliyev və G. İsmayılov tərəfindən, “Gömrük statistikası” (Bakı-
2000), C.Q.Nuriyev tərəfindən «Gömrük etikası» (Bakı- 2007) və «Azərbaycanın gömrük tarixi» (Bakı-2007)
hazırlanıb, nəşr olunmuşdur.
Təqdim olunan “Gömrük işinin təşkili və idarəedilməsi” dərsliyi ali məktəb tələbələri üçün nəzərdə
tutulmuşdur. Lakin bu dərslikdən iş adamları və gömrük orqanlarında çalışan məmurlar və elmi işçilər də
istifadə edə bilərlər.
Dərsliyin yenidən işlənməsinin əsas səbəbləri – Azərbaycan Respublikasının RGömrük
Məcəlləsinəedilmiş 30.X11. 2003-cü il (GM-nin X bölməsi və 60-cı fəsli çıxarılmışdır), 5 mart 2004-cü il (GM-
nin 217-ci maddəsinə əlavə və dəyişiliklər edilərək gömrük orqanlarına gömrük işi sahəsindəki cinayət işləri
üzrə istintaq aparmaq səlahiyyəti verilmişdir), 21.05.2004-cü il, «Gömrük orqanlarında xidmət haqqında»
Əsasnaməyə (№851-IIQD / 04.03.2005; №969-IIQD / 28.06.2005; №158-IIIQ / 10.10.2006; 16.08.2008)
edilmiş əlavələr və dəyişikliklər, Milli Məclis tərəfindən son beş ildə gömrük işinin təşkili ilə əlaqədar qəbul
edilmiş qanunlar, Azərbaycan Respublikası Prezidenti İ.Ə.Əliyev cənablarının 11.02.2004-cü il, 12.09.2005-ci
il, 16.X11.2005-ci il, 02.X1.2006-cı il, 22.05.2007-ci il, 22.05. 2007-ci il, 02.07.2008-ci il və 11.X1.2008-ci il
tarixli Fərmanları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi çoxsaylı qərar və
sərəncamlarıdır.
Kitabın hazırlanması prosesində bizə koməklik göstərənlərin hamısına öz minnətdarlığımızı bildiririk.
5
Mövzu 1.
Heydər Əliyev və Azərbaycan Respublikasının gömrük siyasəti
Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 30 yanvar 1992-ci
ildə dövlətçiliyin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi yaradıldı.
Ölkəmizin seçdiyi dövlət quruluşu və inkişaf istiqamətləri iqtisadiyyatımızı xarici müdaxilənin zərərli
təsirlərindən qorumağa, milli istehsalı müdafiə etməyə qadir olan və bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyin
təmin edə biləcək orqanın yaradılmasını, ilk növbədə təsis edilməli olan dövlət idarəetmə sisteminin aparıcı
elementlərindən birinin təşkilini, labüdləşdirdi.
Xarici iqtisadi fəaliyyətin dövlət inhisarında saxlanıldığı keçmiş SSRİ-nin tərkibində olmuş Azərbaycan
üçün bu sahədəki strateji və taktiki tədbirlər tamamilə yeni olmaqla, demək olar ki, sıfır səviyyəsindən
başlanılmalı idi. Bu tədbirlər kompleks xarakterli olmalı və onların həyata keçirilmə mərhələləri
müəyyənləşdirilməli idi. Lakin, o zaman Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət nəticəsində köklü
tədbirlər planının işlənib hazırlanmasına, mütərəqqi və səmərəli gömrük siyasətinin aparılmasına nail olunmadı.
Ölkə daxilində və dövlət sərhədlərində iş qabiliyyətli gömrük orqanları şəbəkəsinin yaradılması və onların
texniki təminatı, gömrük xidməti kadrlarının hazırlanması, gömrük qanunvericiliyinin hazırlanması, qəbul
edilməsi və tətbiqi, gömrük işçilərinin sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN dövlət başçısı kimi gömrük siyasəti sahəsindəki
fəaliyyətini iki mərhələyə bölmək olar:
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi;
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri.
Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan H.Əliyev 14 iyul 1969-cu ildə Kommunist
Partiyası Mərkəzi Komitəsinin 1 katibi seçildikdən sonra qısa müddət ərzində ciddi addımlar atıldı. Məhz
Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra gömrük işi sahəsində uzun müddət ərzində hökm sürən qeyri-
millilərin bu sahədəki hokmranlığına çox ustalıqla son qoyuldu. Belə ki, onun təkidi ilə ilk dəfə olaraq gömrük
orqanlarına rəhbər vəzifəsinə azərbaycanlılar təyin olunmağa başlandı. Qısa müddət ərzində Azərbaycanda
fəaliyyət göstərən hər üç gömrükxananın (Bakı, Astara və Culfa) rəisi azərbaycanlı olmağla bərəbər, milli
kadrlar SSRİ-nin müxtəlif ali təhsil ocaqlarına oxumağa göndərildi. Tezliklə qeyri-azərbaycanlılıarı milli kadrlar
əvəz etməyə başladı.
Gömrük işi sahəsinə diqqətini artıran H.Əliyev Azərbaycanın gömrük tarixini araşdırtdı və ölkəmizdə
ilk gömrkxananın açılmasının 175 illiyinin qeyd olunması barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi Bürosunun 31 mart 1981-ci il tarixli qərarını imzaladı.
Bu Qərarda diqqətdən kənarda heç nə qalmamışdır. Tarixi faktın vaxtında aşkarlanması və qeyd
olunması Heydər Əliyevin müstəsna xidmətidir ki, bu il Bakı gömrükxansının 200 illiyinin qeyd olunmasına
hüquqi baza yaradılmışdır. Bir tarixi anı da qeyd etmək lazımdır ki, 25 ildən sonra həmin yubileyin təntənəli
keçirilməsi xoşbəxtliyi Ulu Öndərin Ləyaqətli davamçısı, Onun varisi və oğlu, Azərbaycan Respublikasının
prezidenti İLHAM ƏLİYEVƏ qismət oldu.
1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış gərginliyi aradan qaldırmaq, ölkəni parçalanmaqdan
qurtarmaq, vətəndaş müharibəsinin qarşısını almaq, ölkənin müstəqilliyini və suverenliyini itirmək təhlükəsini
aradan qaldırmaq, ümumiyyətlə, Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısını almaq üçün xalqımız
öz böyük oğlunu Heydər Əlirza oğlu Əliyevi ikinci dəfə hakimiyyətə təkidlə dəvət etdi.
Ölkədəki problemləri zərgər dəqiqliyi ilə bir-bir həll edən möhtərəm H.Əliyev cənabları, 1995-ci ildən
başlayaraq gömrük orqanlarının işinin yenidən qurmağa başladı. Əvvəlcə Dövlət Gömrük Komitəsinin
rəhbərliyini dəyişdirdi. Bu seçim çox uğurlu oldu. Dövlət Gömrük Komitəsinə Heydər Əliyevin 17 yanvar
1995-ci il tarixli 295 saylı Fərmanı ilə təyin olunan Kəmaləddin Fəttah oğlu Heydərov Ümummilli Liderin
rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin gömrük sistemini yenidən qurdu və onu dünya standartları
səviyyəsinə gətirib çıxartdı. Onun bu xidmətləri Xalqımızın Lideri Heydər Əliyev cənabları tərəfindən dəfələrlə
yüksək qiymətləndirilmişdir. Azərbaycanın gömrük tarixində ilk dəfə olaraq gömrük xidməti sahəsində ən ali
general rütbəsinə məhz K.F.Heydərov layiq görülmüşdür. Ona Zati-aliləri H.Əliyev cənablarının 17 yanvar
2002-ci il tarixli 640 saylı Fərmanları ilə gömrük xidməti general-polkovniki rütbəsi verilmişdir. O, Azərbaycan
dövlətçiliyi tarixində bu yaşda general-polkovnik rütbəsini almış yeganə şəxsdir. Onun rəhbərliyi altında
gömrük sistemi və infrastrukturu yenidən quruldu. Bütövlükdə gömrük işinin məzmununa yenidən baxıldı.
İnkişaf etmiş ölkələrin gömrük təcrübəsinin öyrənilməsi, beynəlxalq tələblərə cavab verən gömrük
qanunvericiliyinin yaradılması və tətbiqi, Azərbaycan Respublikası gömrük xidmətinin digər ölkələrin gömrük
xidmətləri ilə sənədlərin və gömrük əməliyyatlarının unifikssiyası əsasında yaxınlaşması kimi mühüm prinsiplər
bu yeniləşmənin əsasını təşkil etdi.
6
Təşkilati tədbirlərlə bir vaxtda dövlətin gömrük siyasətinin də formalaşdırılmasına başlandı. Ölkənin
gömrük qanunvericiliyi təkmilləşdirildi. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və “Gömrük Tarifi
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Məcəllədə, gömrük orqanlarının qarşısında qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin əsas
prinsipləri müəyyənləşdirildi. Məhz gömrük orqanları bu Məcəllənin müddəalarına görə, hüquq-mühafizə
orqanı statusu aldı.
Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında qəbul edilən qanunlar, gömrük orqanlarına valyuta
nəzarətini həyata keçirmək hüququnu verdi, habelə gömrük rüsumlarının dəqiq hesablanması və vaxtında
yığılaraq dövlət büdcəsinə köçürülməsi tələbini qoydu.
Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 27
oktyabr 1998-ci il tarixli 6 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi haqqında” Əsasnamə mühüm yer tutur. Əsasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan
Respublikasında gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən Mərkəzi İcra Hakimiyyəti orqanıdır.
Heydər Əliyevin təklifi ilə gömrük siyasətinin strateji məsələlərinin müəyyən edilməsi mərhələsində
Dövlət Gömrük Komitəsinə önəmli yer verildi. Belə ki, vahid gömrük sisteminin yaradılması; xarici iqtisadi
fəaliyyətin gömrük-tarif tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi; milli bazarın xarici rəqabətin zərərli
təsirindən qorunması; keyfiyyətsiz malların idxalının qarşısının alınması; ölkənin iqtisadi təhlükəsizliyinin
təmin edilməsi; qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması və aradan
qaldırılması; Azərbaycan xalqının bədii və arxeoloji sərvətlərinin, intellektual mülkiyyətinin, nadir flora və
fauna nümunələrinin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması; valyuta əməliyyatlarına mükəmməl nəzarət
sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasətinin hazırlanması və s. məsələlərdə Dövlət Gömrük
Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə qədər uzaqgörən, bacarıqlı və əvəzolunmaz dövlət xadimi
olmasını bir daha sübut edir.
Gömrük orqanlarının yaradılmasının beş illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan
Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev gömrük sisteminin inkişafı və təkmilləşdirilməsi
problemlərinə toxunaraq, Dövlət Gömrük Komitəsinin qarşısında duran birinci dərəcəli məsələləri belə
xarakterizə etmişdir: “Azərbaycan müstəqil bir dövlət kimi daim yaşayacaq. Azərbaycanın müstəqilliyini
qoruyub saxlamaq və inkişaf etdirmək bütün istiqamətlərdə aparılan tədbirlər nəticəsində ola bilər. Bu
istiqamətlərdən biri də yüksək səviyyəli gömrük xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd
edirəm, siz dünya təcrübəsindən istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük
universiteti, nə də gömrük akademiyası olubdur...
Gömrük işçilərinin əksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası üzrə təhsil
alan adamlar çox azdır. Siz bu təhsili də işləyə-işləyə almalısınız. Yəni işləyə-işləyə gömrük elminin və
gömrük biliklərinin mənimsənilməsi sahəsində özünüzü təhsilləndirisiniz, təkmilləşdirirsiniz. Şübhəsiz ki,
Gömrük Komitəsinin gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək,
onlara xüsusi gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, üçillik
planı olsun və onun əsasında siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa sahələrə nisbətən ən çox
lazımdır. Ona görə də Siz bunu etməlisiniz.
Həqiqi gömrük işini təşkil etmək üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli
olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə sadiq olsun, Vətəninə,
ölkəsinə sadiq olsun, müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsinə sadiq olsun. İkinci
tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları
olsun. Bunları yaratmaq lazımdır. Bu da Sizin vəzifənizdir...” (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci
il).
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin bu çıxışını
özünün fəaliyyət Proqramı kimi qəbul edərək, bu dahi insanın fikirlərini ardıcıl olaraq həyata keçirməyə başladı.
Prezidentin tapşırığına uyğun olaraq gömrükxanaların maddi-texniki bazası müasirləşdirməklə bərabər,
milli dildə ilk tədris vəsaitləri hazırlanmağa başlanıldı.
Gömrük işinin təşkil edilməsi və gömrük siyasətinin formalaşdırılması ilə bağlı Ümummilli
liderimiz H.Ə. Əliyevin imzası ilə aşağıdakı sənədlər qəbul edilmişdir:
7
QANUNLAR
1. "Gömrük tarifi haqqında" qanunun təsdiq edilməsi barədə( No 1064 / 20.06.1995)
2. "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük Konvensiyasının
təsdiq edilməsi barədə (No 33-IQ / 12.03.1996)
3. Yoxlama və metroloji attestasiya məqsədilə daşınan normativ sənədlərin, etalonların, ölçmə
vasitələrinin və standart nümunələrin gömrük rüsumlarından, vergilərdən və xüsusi icazələr verilməsindən azad
edilməsi haqqında Sazişin təsdiq edilməsi barədə (No 171-IQ / 08.10.1996)
4. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında (No 304 -IQ / 10.06.1997)
5. Azərbaycan Respublikası Hökumət və Qazaxıstan Respublikası Hökuməti arasında gömrük işi
sahəsində əməkdaşlış haqqında Sazişin təsdiq edilməsi barədə (No 338-IQ / 26.06.1997)
6. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə (No
583-IQD / 11.12.1998)
7. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə (No 768-IQ /
07.12.1999)
8. "Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə
olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında" Sazişin təsdiq edilməsi barədə
(No 793-IQ / 01.02.2000)
9. "Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında gömrük işi
sahəsində qarşılıqlı əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə
(No 803-IQ / 08.02.2000)
10. "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq
Konvensiyaya qoşulmaq barədə (No 810-IQ / 11.02.2000)
11. "Yol nəqliyyat vasitələrinin ticarət və kommersiya məqsədi ilə müvəqqəti idxalının Gömrük
Konvensiyası"na qoşulmaq barədə (No 813-IQ / 11.02.2000)
12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri
Nazirliyi arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması, həmçinin silahların, döyüş sursatlarının,
partlayıcı maddələrin, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə
mübarizə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə (No 118-IIQ /03.04.2001)
13. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri
Nazirliyi arasında sərhədlərdən qanunsuz keçirilən mədəni sərvətlərin tutulub saxlanması və qaytarılması
məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 119-IIQ /
03.04.2001)
14. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Qazaxıstan Respublikası Dövlət Gəlirləri
Nazirliyi arasında əməkdaşlıq və gömrük sənədlərinin və gömrük təminatlarının qarşılıqlı tanınması haqqında"
Sazişin təsdiq edilməsi barədə (No 120-IIQ /03.04.2001)
15. Azərbaycan Respublikası Gömrük orqanlarının tanınma nişanı haqqında (No 134-IIQ /01.06.2001)
16. Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında (No 135-IİQ /01.06.2001)
17. Tütün və tütün məmuoatı haqqında (No 138-IIQ / 08.06.2001)
18. "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərə gətirilən mallara texniki, tibbi, əczaçılıq,
sanitar, baytar və vitosanitar normaların, qaydaların və tələblərin tətbiq edilməsi haqqında" Sazişin təsdiq
edilməsi barədə (No 257-IIQ / 12.02.2002)
19. "Tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi üzərində
gömrük nəzarəti Qaydaları haqqında" Qərarın təsdiq edilməsi barədə (No 259-IIQ / 12.02.2002)
20. "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və aradan qaldırılmasına dair
qarşılıqlı inzibati yardım haqqında" Beynəlxalq Konvensiyaya və onun I-X Əlavələrinə qoşulmaq barədə (No
267-IIQ / 19.02.2002)
21. Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında "Gömrük
qanunvericiliyinin düzgün tətbiq edilməsi və gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiq edilməsi və
onlara qarşı mübarizə aparılması üçün qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No
295-IIQ / 09.04.2002)
22. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında "Gömrük
məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə (No 353-IIQ /
02.07.2002)
23. "QİƏT regionunda malların yol daşımalarının asanlaşdırılması haqqında Anlaşma Memorandumu"
nun təsdiq edilməsi barədə (No 441-IIQ / 13.05.2003)
8
FƏRMANLAR
1. Azərbaycan Respublikası Gömrük Komitəsinin işi haqqında (No 257 / 09.01.1995)
2. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə (No 616 / 25.07.1997)
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun və Əsasnaməsinin təsdiq
edilməsi haqqında (No 7 / 27.10.1998)
4. "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə (No 243 / 30.12.1999)
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturunun təsdiq edilməsi və Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Əsasnaməsinə əlavələr edilməsi haqqında (No 510 / 19.06.2001)
6. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə əlavələr edilməsi
barədə (No 703 / 27.05.2002)
Dostları ilə paylaş: |