Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə51/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   47   48   49   50   51   52   53   54   ...   111
BİR YAZ GÜNÜ... 
 
Bir yaz günü 
Bağımızda dostlarımla oturmuşduq sacayağı. 
Çardaq altda sac quruldu
Anam çəkdi saca yağı... 
Sacda lavaş bişirirdi o. 
Oxlov ilə lavaşları bircə-bircə 
Süfrə üstdə düşürürdü o. 
Təhnəmizdə qalaqlandı lavaş dəsti. 
Anam yenə demədi ki, “daha bəsdi!”, 
O, bolluğa öyrətmişdi əllərini, 
Kündələri qədərindən çox kəsərdi. 
Deyərdi ki, “evimizə gəlib-gedən çox olacaq
Yolçunun da qisməti var, ona da pay çıxılacaq...” 
Xeyirxahlıq etmək üçün o, həmişə tələsərdi!.. 
Nəyimiz də çatmasaydı, 
Təhnəmizdən çörək əskik olmazdı heç!.. 
İş görəndə, anam dincin almazdı heç... 
Lavaşın da arxasınca o bişirdi göy qutabı. 
Süfrəmizə 
Gəldi qutab, gəldi lavaş; 
Həm də pendir gəldi bizə. 
Ləkimizdən göy dərildi
Bir badya da ayran gəldi... 
Nuş elədik yavaş-yavaş. 
Qəlbə yatan sözlər qopdu 
Dostlarımın dodağından; 


95 
 
“Bu qutabdan yesə hər kəs, 
Dadı getməz damağından!..” 
“Təzə  motal  pendiriylə  isti  lavaş  dürməyinin  vallah 
yerin heç nə verməz!..” 
Qızılgülün ətri o gün bürümüşdü hər tərəfi, 
Məst olmuşduq... 
Qaqqıldaşa-qaqqıldaşa 
Başımızın üstdən keçdi durna səfi. 
Dostlarımla 
Xalça üstə bardaş qurub oturmuşduq sacayağı. 
Gözəlliyi qəlbimizə köçürmüşdük...gəzdik bağı. 
Gül-çiçəkli ehtişamdan, 
Xan çınardan, yaşıl bağdan 
İlham alıb şeir dedik. 
Günümüzü şeiriyyətə həsr elədik!.. 
İşlərini səhmanlayıb, 
Anam qalxdı öz yerindən
Gəldi bizim yanımıza. 
Öpdük unlu əllərindən... 
Anam dedi: Qəşəm, Şahlar, əzizlərim, 
Dostluğunuz öz yerində, 
Tək Ramiz yox, siz də mənim balamsınız, 
Üçünüz də basılmayan qalamsınız!..” 
...Qəlbimizə məlhəm oldu 
Onun şirin söz-söhbəti. 
Qanımıza, 
Canımıza 
Hopdu ana məhəbbəti. 


96 
 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin