Əfrahim hüseynli



Yüklə 2,29 Mb.
Pdf görüntüsü
səhifə69/111
tarix02.01.2022
ölçüsü2,29 Mb.
#2556
1   ...   65   66   67   68   69   70   71   72   ...   111
 
BAĞIŞLA, CAN ANA 
 
(Dünyasını dəyişən anda övladlarından 
biri də yanında olmayan anam   
Züleyxanın əziz xatirəsinə) 
  
Köçüb bir dünyam, yoxdur, 
gölüm var, sonam yoxdur. 
Virandır atam evi, 
içində anam yoxdur. 
  
Son dəfə üzünü görə bilmədim, 
son dəfə əlindən öpə bilmədim
ağladım, sızladım, ölə bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  


130 
 
Bu qədər yaxınmış ölüm, bilmədim, 
sonam, anlamadım, gülüm, bilmədim, 
ayağın altında ölüm, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  
Görüb ətrafında yurdlaşlarını, 
gözün gəzib məni, qardaşlarımı... 
Saxlaya bilmirəm gözyaşlarımı, 
bağışla, can ana, bağışla məni. 
  
Bir ara yanına gələ bilmədim
məşğuldum, vaxtımı bölə bilmədim. 
Dönsün od-ocağım külə, bilmədim, 
bağışla, can ana, bağışla məni. 
  
Nə səsim çatmayır, nə ünüm sənə
o dünya vardısa, qoy dönüm sənə. 
Nə dua, qurbandır hər günüm sənə, 
bağışla, can ana, bağışla məni. 
  
Yuxuma girirsən – görünüm, gəlim, 
hardasan, can ana, sürünüm, gəlim?! 
Hay ver, kəfənimə bürünüm, gəlim, 
bağışla, can ana, bağışla məni. 
Gəlib o yerləri gəzirəm sənsiz, 
boğur qəhər məni, dözürəm sənsiz. 
O ata yurdundan bezirəm sənsiz
bağışla, can ana, bağışla məni. 


131 
 
Ruhunmu bağlayan məni o kəndə, 
xəyalən bu yolu gedirəm gündə? 
Bir ana sevgisi uyuyur məndə
bağışla, can ana, bağışla məni. 
  
Hərdən elə bil ki, lap yanımdasan, 
burda, yaşadığım ünvanımdasan. 
Sənin varlığınla barışmaq asan, 
bağışla, can ana, bağışla məni. 
  
Daşlaşmış şəklinin soyuq baxışı 
axıdır gözümdən bir yaz yağışı. 
Sən ey geri dönməz səadət quşum
bağışla, can ana, bağışla məni. 
  
İndi məzarındır müqəddəs yerim, 
o soyuq daşları qucar əllərim. 
Allahmı Kərimdir, ya sənmi Kərim, 
bağışla, can ana, bağışla məni, 
bağışla, bağışla, bağışla məni. 
 08.09.97 

Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin