Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Əylisin ikinci gözəgəlimli ermənisi hamının “Anıx” dediyi Anikoydu



Yüklə 192,11 Kb.
səhifə38/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   34   35   36   37   38   39   40   41   ...   71
Əylisin ikinci gözəgəlimli ermənisi hamının “Anıx” dediyi Anikoydu.

O Aniko Saday Sadıqlının yaddaşında insan hünərinin və insan iradəsinin canlı heykəli kimi qalmışdı. İşbilən, hər şeydən baş çıxaran, arı saxlayanlara arıçılıqdan, barama qurdu bəsləyənlərə baramaçılıqdan ağıllı məsləhətlər verən və heç bir tibbi təhsili olmaya-olmaya kənddə uşağın-böyüyün yüz cür azar-bezarına əlac tapan Anikoda bu qədər həyat eşqi, bircə Allah bilir ki, hardan idi!.. Aniko 1918-ci ilin bir qara payız günü Əylisin evli-eşikli və uşaqlı-böyüklü bir böyük qan gölünün içində necə çimizdirildiyini də, hətta, bəlkə, öz ata-anasının, bacı-qardaşının türk əsgərinin qılıncı ilə necə doğram-doğram doğrandığını da öz gözlərilə görmüşdü. Əylisdə hamı bilirdi ki, o vaxt 10 yaşlı Aniko evlərinin təndirində gizlənib, təsadüfən sağ qalmışdı. O təndirin içində 3-4 gün ac-susuz oturan Anikonu bir gün oradan Mirzə Vahabın anası Şeyda arvad tapıb çıxarmışdı. O dövrdə Əylisin ən savadlı müsəlmanı sayılan, İstanbulda təhsil almış və doktor Abasəliyevin dediyinə görə, o vaxt 30-a yaxın yaşı olan Mirzə Vahab 10 yaşlı Anikonu evində gizlədib saxlamışdı. Böyüdüb özünə arvad eləmişdi. Ancaq Anikonun özündən 20 yaş böyük olan o Mirzə Vahaba göstərdiyi qayğı və nəvazişin, hörmət və ehtiramın özü də bu dünyanın ən böyük möcüzəsi deyildisə, bəs nə idi!.. Aniko ərindən həmişə böyük fəxrlə danışırdı, onun elmi, savadı və alicənablığı ilə hər yerdə öyünürdü. Mirzə Vahaba iki oğul və bir qız doğmuş Anikonun “Mirzə Vahab” sözü heç vaxt dilindən düşmürdü.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin