Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Bu hadisədən sonra Camalın anası bir də özünə gələ bilmədi



Yüklə 192,11 Kb.
səhifə34/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   30   31   32   33   34   35   36   37   ...   71
Bu hadisədən sonra Camalın anası bir də özünə gələ bilmədi.

bir tikə çörək yeyirdi, nə bir damcı su içirdi, nə bir işdən yapışırdı, nə ev-eşik tanıyırdı. Elə hey yola düzəlib, dünyanın “Cambul” deyilən o xaraba qalmışında guya əri Səfini tapıb tənbeh eləməyə gedirdi. Və Camalın anasının meyidi günlərin bir günündə Əylisdən 30-40 kilometr aralıdakı bir maşın yolunun qırağında tapıldı. Və atasının o məktubu göndərdiyi yerin adı - elə o zamandan -Camalın ləqəbi oldu.

O Camalı Saday Sadıqlı, Bakıda olduğu uzun illər boyunca, həmişə xatırlamışdı. Və onu hər dəfə yadına salanda artist eyni vaxtda həmin o Vang kilsəsini, o kilsənin həyətini, o həyətdə qələmə kimi dikinə uzanıb gedən gilası, bir də belinə şal bağlamış Haykanuşun, qollarını dirsəkdən yuxarı çırmalayıb, heyrətindən az qala ağlaya-ağlaya Camalın bit basmış başını necə bir ürək yanğısı ilə sabunlayıb yumağını gözünün qabağına gətirmişdi. Onların hər üçü o səhər kilsənin həyətindəki uca gilas ağacının başına dırmaşmışdı. Yay idi. Gilas yetişmişdi. İstilər çoxdan düşmüşdü. Ancaq Camalın kirli kepkası hələ də başındaydı. O kepkaya görə Camal məktəbdə bütün qışı axırıncı partada oturmalı olmuşdu. Onların sinif rəhbəri Müleyli müəllimə - o ilin yay tətili başlananacan - öz dərslərinin çoxunu o kepkanın müzakirəsinə həsr eləmişdi. O qış, nənəsi Əzranın gözləri tutulandan sonra Camaln başına su dəymədiyini, görəsən, Müleyli müəllimə bilmirdimi?

Amma bunu Haykanuş qarı, sən demə, hamıdan yaxşı bilirmiş. Üstəlik, o səhər Cambul Camalın məhz o kilsənin həyətində və o uca gilas ağacının başında olmağı da, deməli, o Haykanuş qarıya haradansa məlum imiş.

Hələ onlar ağacda ikən, Haykanuş o ağacın dibindəcə ocaq çatıb, bir böyük mis qazanda su qızdırırdı. Evindən sabun, dəsmal, dolça gətirmişdi. Və bir yarımkiloluq bankada - qətran kimi qapqara - palçıqfason bir şey də gətirmişdi ki, onu Haykanuş qarı bir azdan Camalın başına yaxacaqdı.

Haykanuş qarının o kepkanı Camalın başından çıxarmağı ilə Babaşın bayaqdan qarnına doldurduğu gilası elə o ağacın yanındaca nə ki var, qusub-qaytarmağı bir oldu. Saday gözlərini yumub, üzünü yana çevirdi. Haykanuş ilan vurmuş adam kimi “vay” deyib, ikiəlli başını tutdu... Camalın başının hər yerinə elə bil kərmə yaxmışdılar və o kərmənin içindəki bitin sayı qarışqa yuvasındakı qarışqanın sayından, bəlkə, çox idi ki, az deyildi.

Haykanuş qarı Camalı ocağın qırağında bir yastı daşın üstündə oturtmuşdu. Saday qazan dolusu isti sudan dolça-dolça doldurub tökürdü və Haykanuş Camalın başına suvanmış o bitli kərməni sabunlayırdı, dırnağıyla qaşıyıb qanadırdı, qanadıb bir də sabunlayıb, bir də yuyurdu.

-Can bala. Yazıq bala. Yetim bala!.. –Əylisdəki o kilsənin həyətində Haykanuş naləli-sızıltılı səslə elə bircə bu sözləri deyirdi.Və Bakıda xəstəxana koykasında huşsuz uzanmış Saday Sadıqlı Haykanuşun səsini o qədər yaxından, o qədər aydın və səlis eşidirdi ki, əgər Haykanuş qarı o sözləri indi bu xəstəxana palatasında , artistn lap yanındaca desəydi, qarının səsindəki sızıltını artist bu qədər aydın və olduğu kimi eşidə bilməzdi.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin