Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Haykanuş Sadayın uşaqlıqda tez-tez gördüyü və az-çox yaxından tanıdğı iki erməninin biriydi



Yüklə 192,11 Kb.
səhifə32/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   28   29   30   31   32   33   34   35   ...   71
Haykanuş Sadayın uşaqlıqda tez-tez gördüyü və az-çox yaxından tanıdğı iki erməninin biriydi.

Əylisdə erməni millətindən olan 3-4 nəfər digər qadın da vardı. Ancaq o qadınların heç biri Əylisin müsəlman arvadlarından heç nə ilə seçilmirdi və məhz buna görə Sadayın uşaqlıq yaddaşında onlardan heç bir əsaslı iz-soraq qalmamışdı.

Sadayın Bakıda oxudğu və yayda kəndə gəldiyi ilk illər o Haykanuş hələ Əylisdəydi. Qocalıqdan və öz həyət-bacasında günuzunu əlləşməkdən bel-buxunu tamam bükülsə də, hələ özü öz həyatını təmin eləyə bilirdi. Çayın qırağındakı xırdaca həyətini özü belləyib orada, özü üçün lobya, kartof, xiyar, pomidor, göy-göyərti becərirdi. Özünün bütün kənddə adla deyilən 7 dibçək limonuna qulluq eləyirdi. Həyətinin meyvəsindən – armudundan, şaftalısından, cevizindən - alana, miyampur, sucuq düzəldib Yerevana – Joranın evinə göndərirdi. Erməninin müqəddəs saydığı günlərdə gedib Vang kilsəsinin başına dolanıb, saatlarla dua edib xaç çevirirdi. Və yorulub əldən düşəndə çıxıb küçə qapısının qabağında oturub, yaxın qonşusu və köhnə dostu Zöhrə arvadla söhbət eləyirdi.

Haykanuşun evi Vang kilsəsindən xeyli aşağıda - Əylisin müsəlman məhəlləsinə yaxın olan çuxur yerdə - çayın qırağındaydı. Ancaq o Vang kilsəsi Haykanuş qarının sanki ikinci eviydi. Vang kilsəsinin topdağıtmaz uca darvazasından içəri girib, o kilsəni hər dəfə görəndə Haykanuş sanki havalanırdı. Bir müddət dəli kimi dörd bir yandan kilsənin başına dolanırdı. Sonra o bucaqdan bu bucağa kilsənin daş divarlarını öpdükcə öpürdü və öpdüyü hər daşın qabağında dayanıb xaç çevirirdi. Axırda Haykanuş qarı qayıdıb, kilsənin qapısının qabağında dururdu. O qapının başındakı Əylisin müsəlman camaatının “çalmalı arvad” dediyi qucağıuşaqlı daş şəklin qarşısında da 3-4 dəfə xaç çevirib, özünün bütöv bir tamaşa təsiri bağışlayan ibadətini axır ki bitirirdi.

Hələ lap kiçik yaşlarında Saday Haykanuşun Yerevanda olan oğlu Joranı Əylisdə bir neçə dəfə görmüşdü. O Joranın qızı - Lüsik bir yay Yerevandan Əylisə yay tətilinə gələndə isə Sadayın artıq 11-12 yaşı və həmişə bir yerdə gəzib-dolandığı yaxın dostları, yoldaşları vardı –bir sinifdə oxuyan, bir küçədə yaşayan 3 dost:


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin