Əslində isə televizorda danışan o adam Partiyaya və Leninə həsr etdiyi şerlərlə məktəb dərsliklərində özünə 30 ildən bəri sanballı yer tutan tanınmış şair Qulaməli Qasımov idi.
Ancaq onun 30 illik böyük bir dövrdə hər il təzədən çap olunan o şerləri son bircə ilin içində insanların yaddaşından yerli-dibli silinmişdi, hətta adı-familiyası da. Şairın indiki adı Savalan Turanlı idi. Və onun “Uca dağım - Qarabağım” adlı poemasını indi nəinki Bakının Lenin meydanındakı izdihamlı mitinqlərdə, hətta Azərbaycanın ən ucqar kəndlərindəki toy və yas məclislərində də atəşin bir ilhamla əzbər deyən, bəlkə, yüz minlərlə adam tapılardı. Doktor Fərzaninin, söz yox ki, nə o Qulaməli Qasımovdan, nə də Savalan Turanlıdan xəbəri vardı. Doktor Fərzani bu adamdakı tükənməz enerjinin hansı mənbədən qaynaqlandığını bəlkə də həkim kimi bilmək, anlamaq istəyirdi. Ancaq doktor Fərzani axırda, deyəsən, bu qərara gəldi ki, burada bilməli və anlamalı heç nə yoxdur. Və həkimin belə bir qərara gəlməyinə, çox güman ki, şairin öz çıxışını bitirmək ərəfəsində daha ucadan və xüsusi əda ilə dediyi bu sözlər səbəb oldu:
“Yurduma göz dikmə, yağı,
Dostları ilə paylaş: |