Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Xəstəxanaya düşməyinin yalnız 4-cü günü - axşama yaxın - xəstənin vəziyyəti yaxşılığa doğru nisbətən dəyişməyə başlamışdı



Yüklə 192,11 Kb.
səhifə56/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   52   53   54   55   56   57   58   59   ...   71
Xəstəxanaya düşməyinin yalnız 4-cü günü - axşama yaxın - xəstənin vəziyyəti yaxşılığa doğru nisbətən dəyişməyə başlamışdı.

Hələ özü danışa bilmirdi, ancaq ətrafdakı söz-söhbəti, deyəsən, eşidirdi və eşitdiklərinin bir qismini sanki anlayırdı da. Hər halda, xəstənin zahiri görkəmi onun səhhətinin pis olduğunu düşünməyə az qala heç bir əsas vermirdi.Azadə xanım 3 gün idi ki, gecəli-gündüzlü ərinin yanındaydı. Şəfqət bacısı Münəvvər xanım da gününün çoxusunu Saday Sadıqlının yatdığı palatada keçirirdi. Doktor Fərzani Azadə xanımın şəxsində sanki çoxdan itirdiyi əziz adamını tapmışdı. Başqa işi olmayanda o da saatlarla palatadan çıxmırdı. Azadə xanımla (gah rusca, gah azərbaycanca) müxtəlif mövzularda söhbət eləyirdi, xəstə üçün təyin etdiyi hər bir dərmanın barəsində hər dəfə Azadə xanımın da fikrini soruşurdu. Bir sözlə, doktor Fərzaninin cəmi 4 gün əvvəl artisti yerləşdirdiyi o palata indi sanki xəstəxana palatası deyildi, bir mehriban ailənin illərlə yaşadığı ev idi, ocaq idi.

Azadə xanım xəstənin nə dərəcədə ağır vəziyyətdə olduğunu atasına deməyə hələ də ürək eləmirdi. Üstəlik, doktor Fərzanidən də dönə-dönə xahiş eləmişdi ki, xəstə komadan çıxmamış, atasının ciddi narahatlığına səbəb ola biləcək məsələləri onunla telefonda danışanda, hələlik açıb-ağartmasın. Doktor Abasəliyev son 3 gündə doktor Fərzaniyə Mərdəkandan bir neçə dəfə zəng eləmişdi və Azadə xanımın xahişindən hələ keçə bilməyən həkim xəstənin travmatoloji komada olduğunu doktor Abasəliyevə deməmişdi. Ancaq bu məsələdə doktor Fərzani öz həkimliyinə də xəyanət eləmək istəməmişdi. “Travmatoloji şok hələ canından çıxmayıb, - demişdi, - narahat olmayın, keçib gdəcək”. Çünki “travmatoloji şokdan çıxmamaq” da elə, başqa sözlə, komada olmaq deməkdi.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin