Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


Mopassan Mirələmov Saday Sadıqlını sanki ovsunlamaq istəyirdi



Yüklə 192,11 Kb.
səhifə54/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   50   51   52   53   54   55   56   57   ...   71
Mopassan Mirələmov Saday Sadıqlını sanki ovsunlamaq istəyirdi.

Və indi artisti kənardan görən hər kəs direktorun bu istəyə nail olduğuna bəlkə inana da bilərdi. Çünki artist Mopassanın dediklərinə - zahirən olduqca müti və məzlum bir sifətdə - lal-dinməz qulaq asırdı. Arabir gülümsəyirdi – elə bil sevinirdi. Ancaq, əslinə qalsa, Saday Sadıqlı, sadəcə, yorulmuşdu. Onun direktorun dediklərinə inanmağa da, inanmamağa da heç bir heyi-həvəsi qalmamışdı. Saday Sadıqlıdan ötrü bu saat təzə rəhbərin köhnədən, Mopoşun Babaşdan, Cambul Camalın Cingöz Şabandan, yalanın doğrudan və haqqın nahaqdan heç bir fərqi yox idi. Hətta özü ilə, bir vaxt Rəhbərə məddahlıq eləyənlərin arasında hər hansı bir fərq olduğuna da indi artist inanmırdı.

Hələ otağın havası bir yana dursun, sanki bayırdakı havanın özündən də artistin burnuna bir qəribə saxtalıq və satqınlıq iyi gəlirdi. Həm də bir anlaşılmaz, ağlasığmaz xəcalət hissi artisti casus kimi içindən gizlicə izləyirdi. Bu xəcalət, görəsən, nəyin xəcalətiydi?Bəlkə, Mopoşla ağız-ağıza verib Rəhbərin qeybətini eləməyin xəcalətiydi? Yəni artist özü üçün başqa bir məna və məzmun daşıyan o -ağrılı-acılı- köhnə və təzə rəhbər mövzusunda Mirələmovla söhbətə girişməyin elə öz-özlüyündə əskiklik, alçaqlıq olduğunu birdən dərk eləyib, ürəyində buna görə bu qədər sarsıntı keçirirdi. Sadayın birdən-birə bu hala düşməyinin əsas baiskarı bəlkə Cambul Camalın heçdən tapılıb çıxmağıydı. Həm yazıq, həm həddən ziyadə işgüzar. O sarımtıl-çəhrayı işıq hələ bir yana dursun, dünyada Camaldan ötrü sanki nə o kilsə, nə o kilsənin həyətindəki uzun-şivərək gilas ağacı olmuşdu, nə Lüsik olmuşdu, nə Hayqanuş...

Və bu sarsıntı bəlkə heç xəcalət sarsıntısı da deyildi: bu da xəcalət cildinə girmiş belə bir qorxu idi. Və bu qorxunun arxasında bu dəfə qosqoca Dünya Şərinin “Babaxan Ziyadxanlı” deyilən yeni adı, təzə sifəti dayanmışdı?

Bir sözlə, 1989-cu ilin dekabr ayının həmin o son günü, yəni Parapet bağının yanındakı o fəlakətin başına gəlməyindən bir gün əvvəl Mopassan Mirələmovdan ayrılanda Saday Sadıqlı bir adı-ünvanı bilinməyn təhqiramiz və alçaldıcı boşluğun içindəydi. Və dəhşət burasındaydı ki, o boşluqda Eçmiədzin kilsəsinin müqəddəs mehrabı da Saday Sadıqlıya teatr səhnəsi qədər maraqsız, cansıxıcı və darıxdırıcı görünürdü.

Dördüncü fəsil
Bu fəsildə doktor Abasəliyev deyir ki, dünyada günahsız məhv edilmiş gocaların, qadın və uşaqların hər birinə bircə şam yandırıb qoysaydılar, o şamların işığı göydəki Ayın işığından bir xeyli gur olardı.


Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin