Ondan ötrü qan verməyən, can verməyən binamusdur, biqeyrətdir”.
Məqaləni oxuya-oxuya artist xəyalında İstazından (Astvasdundan) Vurağırda – Vardakertəcən Əylisi küçə-küçə, eyvan-eyvan, ev-ev gəzirdi. Məqaləni oxuyub qurtaran kimi nədənsə birdən-birə ona elə gəldi ki, bundan sonra Əylisi bir də heç vaxt görməyəcək...
Anasının Əylisin müsəlman qəbiristanlığındakı kimsəsiz məzarı gözünün qabağına gəldi... Bəlkə, bir həftə olardı ki, Saday anasını hər gecə yuxuda görürdü. Ana gəlib Sadayın yatdığı çarpayının yanında sözlü-sözlü oturub, sonra dinməz-söyləməz durub gedirdi. Görəsən, niyə dinmirdi, nədən narazıydı?.. Bunu anasından soruşmağa Sadayın dili gəlmirdi. Daha doğrusu, Sadayın anasının yanında dili quruyurdu. Və artist yuxudan ayılanda hər dəfə fikirləşirdi ki, bəlkə onun o Eçmiədzin sövdasına düşməyindən anası narazıdır, narahatdır. Anasının bundan savayı nədənsə narazı ola biləcəyini artist heç vaxt ağlına gətirmirdi.
Dostları ilə paylaş: |