Əkrəm Əylisli Daş yuxular (roman-rekviyem)


-3 ay olardı ki, Saday Sadıqlının dilinə bir dəfə də spirtli içki dəyməmişdi



Yüklə 192,11 Kb.
səhifə49/71
tarix02.01.2022
ölçüsü192,11 Kb.
#1041
1   ...   45   46   47   48   49   50   51   52   ...   71
2-3 ay olardı ki, Saday Sadıqlının dilinə bir dəfə də spirtli içki dəyməmişdi.

Haradansa ağlına yerləşmişdi ki, əgər içsə, əlindən hökmən xata çıxacaq. Özü də çox dəhşətli bir xata. Ancaq artist bu dəhşətli xatanın nədən ibarət olacağını bilmirdi. Ancaq o mücərrəd xatanın naməlum qorxusunu nə zamandan bəriydi ki, həmişə ürəyində gəzdirirdi. İndi konyakı içən kimi artistin, həqiqətən, beyni açıldı. Bir şirin, ləzzətli istilik bir zərrə dumduru günəş şüasi kimi, onun içinə düşdü, canına, qanına hopdu. Artistin beyninin içində bayaqdan köhnə araba çarxı kimi cırhacır cırıldayan yorğunluq, bədbinlik havası qəflətən çəkilib getdi.

Dünyadan təzəlikcə köçüb getmiş Anikonun gümrah səsi Əylisin bir uzaq səhərindən süzülüb, Sadayın qulağına doldu. Öz kəndinin təmizkar və zəhmətsevər erməni əhalisinin barəsində artistin Mopassan Mirələmova nəsə deməyi gəldi. Ancaq demədi. Anladı ki, Əylisdə doğulmayan, bir zamanlar onun 12 kilsəsində eyni zamanda çalınan kilsə zənglərinin səsini təsəvvürünə gətirə bilməyən, Ədif bəyin qara atı və qəssab Məmmədağanın iti qılıncı barədə heç nə eşitməyən və bu dünyanın bir uca kilsənin günbəzində ara-sıra peyda olub, sonra qeybə çəkilən bir sarımtıl-çəhrayı işığı heç vaxt görməyən adama hər hansı bir Əylis ermənisi barədə söz deməyin heç bir mənası yoxdur.

O, Mopoşun konyakını təriflədi, konfetinin barəsində yaxşı sözlər dedi. Və ürəyində fikirləşdi ki, insanlardan qaçmaq lazım deyil. Düşündü ki, təklik ən pis xəstəlikdir, bir növ ölmək kimi şeydir. Və onu da düşündü ki, bu spirtli içkini, heç olmasa, hərdənbir içmək lazımdır.




Yüklə 192,11 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin