287
18. Birl
əşdirmə və örtükçəkmə
əməliyyatlarının mexanikləşdirilməsi texnikası
Qaynaq prosesinin mexanikləşdirilməsi zamanı
yandırıcı başlıqla detal arasında nisbi hərəkəti
yönəltmək, örtük materialını və köməkçi vasitələri
nəql etmək, detalları mövqeləşdirmək və ya
əməliyyatlar zamanı tərpənməz saxlamaq və yandırıcı
başlığı örtük sahəsində hətəkət etdirmək üçün
köməkçi vasitələr və tərtibatlar istifadə olunur.
Qaynaq əməliyyatlarında əridici mənbənin hərəkəti
ya yandırıcı başlığın, ya da detalın hərəkəti ilə təmin
olunur.
Mənbənin əritmə sahəsi üzrə hərəkəti üçün sadə
üsul konsol üzərində arabacıqdır (şək. 18.1.). Bu halda
yandırıcı başlıq arabacıq üzərində bərkidilir. Arabacıq
ya birbaşa detal, ya da rels üzərində hərəkət edir.
Dostları ilə paylaş: