6.10.
Əriməyən volfram elektrodla
təsirsiz qaz mühitində əritmə
Əriməyən volfram elektrodla təsirsiz qaz
mühitində ərtimə üsulunda (TİG-
T
ungsten
İ
nert
G
as)
yalnız bir qaz axını istifadə olunur ki, onun bir hissəsi
yüksək tezlikli cərəyanın təsirindən plazma halına
keçərək elektroqövs yaradır və qalan hissəsi isə ərimiş
materialı atmosferin mənfi təsirlərindən qoruyur.
Burada qoruyucu qazın əsas həcmində təsirsiz qazlar
tətbiq olunur və yanma prosesini yaxşılaşdırmaq üçün
bu qazlara əlavələr də oluna bilər. Təsirsiz qaz kimi-
əsasən arqon, helium və ya onların qarışığı istifadə
olunur. Volfram elektrodu və ərimiş materialı
atmosferin mənfi təsirlərindən qorumaq üçün, qaz
axınının minimal həcmi müəyyənləşdirilir.
Əriməyən volfram elektrodla təsirsiz qaz
mühitində əritmə qurğusunun ümumi görünüşü
aşağıdakı şəkildə verilmişdir.
127
Şəkil 6.14. Əriməyən volfram elektrodla təsirsiz qaz
mühitində emal (TIG) zamanı tətbiq olunan qurğunun
ümumi görünüşü.
Əriməyən volfram elektrodla təsirsiz qaz
mühitində emal zamanı cərəyanın qiyməti 5-500A
hədlərində tətbiq olunur. Gərginliyin qiyməti isə
enerjinin dəyişməsindən asılı olaraq avtomatik
tənzimlənir. Cərəyanın yüksək qiymətlərində yandırıcı
başlığın qaz ilə lazımi temperatura qədər soyuması
təmin oluna bilmədiyindən, onu əlavə olaraq qapalı su
sistemi ilə soyudurlar.
128
Şəkil 6.15. Əriməyən volfram elektrodla təsirsiz qaz
mühitində əritmə əməliyyatının sxematik təsviri.
Əriməyən volfram elektrodun diametri onun
yüklənmə dərəcəsindən asılı olaraq, 1,5-6,0mm qəbul
olunmuşdur. Elektrik qövsünün alışması volfram
elektrodun materiala toxunması ilə deyil, əsasən
yüksək tezliyə və ya yüksək gərginliyə malik
cərəyanın hesabına axan qazın ionlaşması ilə baş verir.
Material
Cərəyan
mənbəyi
Elektroişıq qövsü
Qaynaq tikişi
Qoruyucu qaz ucluğu
Təsirsiz qaz
Cərəyan kontaktı
Volfram elektrod
Əlavə əridilən material
|