F. M. Şİrzadov tribotexniKİ avadanliq və vasiTƏLƏR


Şəkil 6.11. Transformatordan sonra taktlanan tranzistorlu



Yüklə 10,08 Mb.
Pdf görüntüsü
səhifə57/135
tarix30.08.2023
ölçüsü10,08 Mb.
#141038
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   135
Tribotexniki avadanliqlar ve vasiteler

Şəkil 6.11. Transformatordan sonra taktlanan tranzistorlu 
enerji mənbəyinin iş prinsipi. 
 
 
 
6.7. 
Elektroqövs üsulu ilə əritmədə 
materiala təsir edən amillər
Əgər hər hansı bir təmiz məftil hava atmosferində 
əridilərsə, onda maye halında olan metal havada olan 
oksigen və azotu güclü şəkildə qəbul edir. Nəticədə 
ərimiş materialın tərkibində həll olan qazların 
hesabına, bərkimiş metalda boşluqlar əmələ gəlir. 
Başqa bir tərəfdən bərkimiş material kövrəkləşir və 
onun 
tərkibində 
olan 
legirləyici 
elementlər 
oksidləşərək yanır. Bu cür əhəmiyyətsiz amillərdən 
qorunmaq üçün, elektroqövs üsulu ilə birləşdirmə və 
örtükçəkmə zamanı qaynaq vannası müxtəlif üsullarla 
ətraf mühit atmosferindən qorunmalıdır. Hava 
atmosferində elektroqövs əritmə üsulunda məftilin 
üzərində olan təbəqə və ya məftilin içərisinə 
Elektrik qövsü 
Şəbəkə Transformator 
Düzləndirci 
Tranzistor 
Drossel 
İdarəetmə 


120 
doldurulmuş maddə (posa) ərimə zamanı qaz əmələ 
gətirib, qaynaq vannasını havanın mənfi təsirlərindən 
qoruyur (E-qaynağı və posa ilə doldurulmuş məftillə 
metal qaynağı zamanı). Qoruyucu qaz əmələ 
gətirməyən çılpaq məftillə birləşdirmə və örtükçəkmə 
əməliyyatlarında qaynaq vannasına əlavə olaraq 
qoruyucu 
qaz verilməlidir (əriməyən volfarm 
elektrodla təsirsiz qaz mühitində əritmə, plazma, 
qoruyucu qaz mühitində metal əritmə, qoruyucu 
ovuntu altında metal əritmə üsullarında).
Ərimiş metalın səthə düşməsi prosesi, əlavə örtük 
materialları istifadə olunan elektroqövs əritmə üsulları 
üçün növbəti bir kriteriyadır (şək. 6.12.). Buna bir sıra 
amillər təsir edir. Əvvəlcə səthin gərilmə qüvvəsi 
metal damcını elektrodun ucluğunda saxlamağa 
çalışır. Səthin gərilmə qüvvəsinin qiyməti metal 
damcısının kimyəvi tərkibindən, temperaturundan və 
ətraf mühitdə ionlaşmış qoruyucu qazlardan asılıdır. 
Bunun əksinə olaraq, əritmə mövqeyindən asılı olan 
ağırlıq qüvvəsi və “Pinç effekti” səbəbindən 
elektromaqnit qüvvəsi təsir edir. “Pinç effekti” 
dedikdə, metal damcısının yuxarı hissəsinin maqnit 
qüvvəsinin təsirindən daralması başa düşülür.
Ətalət 
qüvvələri, 
materialın 
buxarlanması 
nəticəsində geri itələmə qüvvəsi və plazma axını 
nəticəsində sovurma qüvvəsi metal damcısına bu və ya 
başqa istiqamətlərdə təsir edirlər. Sonda materialın 
səthə 
düşməsi 
növü 
cərəyanın 
qiymətindən, 
elektrodun diametrindən və ətraf mühitdən asılı olaraq 


121 
dəyərləndirilir. Səthə düşən metal damcısı material və 
texnoloji təsirlər nəticəsində kobud, narın və 
püskürdülən ola bilər.

Yüklə 10,08 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin