122
elektron qurğular bir neçə müxtəlif elektroqövs əritmə
üsullarını özündə birləşdirməklə yanaşı, həmçinin
geniş həcmli texnoloji
əritmə parametrləri ilə
xarakterikdir. Məslən, əriyən çubuqşəkilli elektrod,
əriməyən volfram elektrodla
təsirsiz qaz mühitində
əritmə, qoruyucu qaz mühitində metal əritmə və s.
əməliyyatların bir qurğuda cəmlənməsi və cərəyanın
qiymətinin zamandan asılı olaraq variasiyası
mümkündür.
6.9.
Əriyən çubuqşəkilli elektrodla emal
üsulu (E-
qaynağı)
Cubuq formalı elektrodla əritmə zamanı, elektrik
qövsü emal olunan materialla elektrod arasında yanır.
Qövsün alışması elektrodun
ucluğunun materiala
toxunması ilə başlayir. Alışmadan sonra, əmələ gələn
plazma cərəyanı keçirdiyindən elektrodun materialdan
olan lazımi məsafəsi təmin olunur.
Bu qaynaq üsulu üçün xarakterik olan bəzi
xüsusiyətlər bunlardır:
-
elektrodlar
materialın
tərkibindən
və
qalınlığından asılı olaraq seçilir;
-
elektrodun qısaqapanması ilə elektrik qövsünün
alışdırılması;
123
-
qaynaq zamanı elektrik
qövsünün uzunluğunu
sabit saxlamaq;
-
elektrod
közərmə temperaturuna çatdıqda
yüksək qaynaq cərəyanı yaranır;
-
natamam elektrik qövsündə çox kiçik qaynaq
cərəyanı;
-
posa qaynaq tikişi istiqamətinə axmamalıdır;
-
bir neçə gedişlə qalın qaynaq tikişi alınır;
-
elektrodun rəqsi
ilə enli qaynaq tikişi əldə
olunur.
E- qaynaqğı zamanı tətbiq olunan qurğunun sxemi
və elektrodun ərimə prosesinin fiziki təsviri aşağıdakı
şəkildə verilmişdir.
Dostları ilə paylaş: