Şəkil 6.21. Qoruyucu qaz mühitində metal əritmə (QQM)
üsulunun sxematik təsviri (a) və məftilötürən mexanizm (b).
QQM qaynağı zamanı sonsuz məftil, dolaqdan
tədricən yandırıcı başlığa diyircəklər vasitəsi ilə
itələnir və elektrik qövsündə əridilir. Yandırıcı başlıq
onda əlavə inteqrasiya olunmuş ucluq vasitəsi ilə,
ərimiş metalı atmosferin mənfi təsirlərindən qorumaq
üçün ərimə sahəsini əlavə əhatəedici qazla təmin edir.
300A- cərəyandan başlayaraq, istilik şüalanmasının
artması ilə əlaqədar olaraq, yandırıcı başlıq su ilə
soyudulur.
1. Metal
2. Qaynaq tikişi
3. Məftilötürən
4. Məftil dolağı
5. Qaz ucluğu
6. Kontakt borusu
7. Qoruyucu qaz
8. Elektrik qövsü
4
7
3
5
6
2
1
8
138
Şəkil 6.22. Qoruyucu qaz mühitində metaləritmə (QQM)
qurğusunun sxemi və ümumi görünüşü.
Tam mexanikləşdirilmə və avtomatlaşdırılmanın
mümkünlüyü ilə əlaqədar olaraq, üsul geniş sahələrdə
tətbiq oluna bilər. Metaləritmənin məhsuldarlığı
cubuqşəkilli elektrodla əritməyə nisbətən yüksək olsa
da, ovuntu altında olan metaləritmə üsulundan
aşağıdır. Elektroqövsün alışması məftilin emal olunan
metala toxunması ilə başlayır.
Qoruyucu qazın tərkibində heç bir stabilləşdirici
olmadığından, dəyişən cərəyanla metal qaynağı
aparila bilmir çünki, elektrik qövsü cərəyanın hər sıfır
qiymətindən sonra yenidən yandırılmalıdır. Burada
əsasən sabit cərəyanla qaynaq aparılır və müsbət qütb
elektroda qoşulur. Bu zaman yanma prosesi sakit
gedir. Elektrodun mənfi qütbə qoşulması isə qazda
turbulentlik əmələ gətirə bildiyindən, bu cür qoşulma
tətbiq olunmur.
Məftilötürən yığım
Cərəyan mənbəyi
Transformator
Su ilə
soyutma
Suya
nəzarət
İdarə
etmə
Qoruyucu
qazın idarə
olunması
|