Fənnin məqsədi və vəzifələri Dilin funksiyaları. Kommunikasiya


Azərbaycanda natiqlik məktəbləri və nümayəndələri



Yüklə 116,06 Kb.
səhifə52/58
tarix01.01.2022
ölçüsü116,06 Kb.
#50721
1   ...   48   49   50   51   52   53   54   55   ...   58
KOMMUNİKASİYA (1)

79. Azərbaycanda natiqlik məktəbləri və nümayəndələri


80. H.Əliyevin natiqlik məharəti

Natiqlik məharəti auditoriyanı inandırmaq sənətidir və hələ qədim zamanlarda bu sənətin imkanlarını məhz bu cür müəyyənləşdirirdilər. Hər bir nitq natiqin dünyagörüşünün məhsuludur. Təsadüfi deyil ki, hələ qədim Yunanıstanda, Romada natiqlik məharətini öyrənən elmin – ritorikanın əsasını qoyan Aristotel, Sokrat, Platon, Siseron, Kvintilian və başqaları hər bir uğurlu nitq üçün əsas olaraq dünyagörüşünü göstərməklə bərabər həmin nitqin ifadə etdiyi dil elementlərini də qeyd edirdilər. Məsələn, Aristotel özünün “Ritorika” əsərində yazırdı ki, “natiqlik məharəti insanların məişət qayğılarından dövləti əhəmiyyət daşıyan məsələlərə qədər səmimi bilgi tələb edən  bir keyfiyyətdir”.

“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” deyən ulu öndərimiz Heydər Əliyev zəmanəsinin görkəmli natiqlərindən biri olmuşdur. O, müdrik, ağıllı qərarları ilə yanaşı, danışığı, nitqi ilə də bu dilin keşiyində duran bənzərsiz bir insan, mütəfəkkir dövlət xadimi idi. İnsanlar onun nitqinin gözəlliyinə, zənginliyinə, axıcılığına, səlisliyinə, məntiqliliyinə heyran qalır, onu dinləməkdən məmnun olurdular. Onun nitqi həqiqi mənada yaradıcı fəaliyyət idi. Cümlələrin quruluşu, sözlərin, ifadələrin işlədilməsində orijinallıq, özünəməxsusluq daima nəzərə çarpırdı.

Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.

Heydər Əliyevin nitqində möhkəm bir məntiq, rabitə vardı. O, heç bir qeydə baxmadan danışar, faktlar, sübutlar gətirər, şərhlər verərdi. İti yaddaşa və güclü hafizəyə malik idi, öz səfərbəredici nitqi, danışıq tempi, manerası, jestləri, mimikası ilə auditoriyanı ələ alaraq öz ideyalarını dinləyicilərə sadə dildə aşılayardı. Auditoriya Heydər Əliyevi öz qarşısında Azərbaycan dilinin incəliklərinə dərindən bələd olan bir dilçi alim görürdü.

Nitq mədəniyyəti hər bir xalqın əsrlərlə formalaşdırıb bu günə çatdırdığı mədəniyyətin ən vacib, ən mühüm tərkib hissələrindən biridir. Bu baxımdan ulu öndərin XX əsr Azərbaycan siyasi natiqliyinin, ümumiyyətlə, Azərbaycan nitq mədəniyyətinin təşəkkül tapmasında rolu birmənalı şəkildə yüksək qiymətləndirilir.

Heydər Əliyev ən müxtəlif auditoriyalar qarşısında çıxış edirdi. Bu auditoriyaları öz parlaq çıxışları ilə fəth etmək yalnız güclü məntiqə malik təfəkkürdən süzülüb gələn nitqlə mümkün olur. Bütün bunlara nail olmaq geniş ensiklopedik biliklərə söykənməyin nəticəsidir. Müxtəlif peşə sahiblərinin toplaşdığı zallar öz peşələrinə aid olan dəyərli sözləri eşidir, həmin peşələrə xas olan daxili məzmunun incələnməsinin şahidi olur, heyranlıqlarını gizlətmirlər. Bütün bu auditoriyalarda Heydər Əliyevin heç yerdə yazılmayan, heç kəs tərəfindən təkrar olmayan nitqinin şahidi oluruq. Məhz belə nitqlər daimi və yaddaqalan olur. İzahedicilik Heydər Əliyev nitqinə daxilən xas olan bir məziyyətdir.

Hələ məktəbli ikən ulu öndərin rayonumuza səfəri zamanı söylədiyi və sonralar da yüksək tribunalarda  şahidi olduğum nitqləri yaddaşımdan silinməyib. Nitqindəki səmimiyyət, qətiyyət, nikbinlik, məntiqi ardıcıllıq və s. prinsipləri onu auditoriyaya daha da  yaxınlaşdırırdı. Siyasi lider nitqi ilə izah etməyi bacarırdı. Daima nitqində fəlsəfi fikirlərə üstünlük verir, girişləri və sonluqları mükəmməl qururdu. Bütün bu xüsusiyyətlər onu həmişə yaddaqalan edirdi.

Ulu öndər bütün çıxışlarında mənəviyyat məsələlərinə toxunurdu. O deyirdi: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq, budur vətənpərvərlik”.

Hər birimiz yaxşı bilirik ki, filosoflar çıxış və nitqlərində ana xətti təşkil edən mənəviyyata müxtəlif vaxtlarda özünəməxsus təriflər vermişlər. Mənəviyyat, Heydər Əliyevə görə, mənəvi tərbiyə məsələsidir. Başqa bir məqamda mənəviyyat böyük natiqə görə milli-mənəvi dəyərlərimizdir. Mənəviyyat inkişaf yoluna malikdir. Əxlaq fəlsəfəsinin lüğətində mühüm yer tutan mənəviyyat anlayışına ulu öndərin öz baxışı, öz izahı var idi ki, bu da özünü müxtəlif çeşidli auditoriyalarda göstərirdi.



Yüklə 116,06 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin