FəSİL ƏDƏBİyyat icmali nüvə təbabəti və radionüklid görüntüləmə cihazları



Yüklə 1,54 Mb.
səhifə8/9
tarix26.09.2023
ölçüsü1,54 Mb.
#148861
1   2   3   4   5   6   7   8   9
dissertasiya işi

Onkologiya. Pozitron Emissiya Tomoqrafiya texnologiyası onkoloji görüntüləmənin son zamanlarda mərkəzi hissəsinə çevrilmişdir. PET texniologiyası vasitəsilə bədxassəli və xoşxassəli şişləri fərqləndirmək, onların yayılma dərəcəsini təyin etmək mümkündür. Onkoloji görüntüləmənin məqsədləri şişlərin aşkarlanması, onların xarakteristikası, bədxassəli şişlərin mərhələləri və terapevtik reaksiyanın qiymətləndirilməsidir. Mərhələlərə şişlərin lokalizasiyası, damara yaxınlığın qiymətləndirilməsi, nodal və uzaq metastazların aşkarlanması daxildir.

Şəkil. Hodgkin xəstəliyi: Koronal təsvirlər diafraqmanın yuxarısında və altında çoxsaylı limfa düyünlərində metabolik aktivliyin artmasını göstərən PET/KT təsviri.
Pozitron Emissiya Tomoqrafiya texnologiyasından istifadə etməklə onkologiyada təsvirləein alınmasında aşağıdakı üstünlüklərə sahib olmaq mümkündür:

  • PET bədxassəli şişlərin mərhələlərini təyin etmək və yenidən səciyyələndirmək üçün faydalı bir üsuldur

  • Tək ağciyər düyünlərində olduğu kimi bədxassəli şişləri xoşxassəli şişlərdən ayırmaqda dəqiqliyi artırmaq üçün faydalı ola bilər.

  • Şübhəli bir şişin biopsiyası üçün ən yaxşı yeri tapmağa kömək edir.

  • Radioterapiyada şiş hədəfini təyin etməyə kömək edir

  • Terapiyanın təsirlərini izləmək üçün faydalıdır (radiasiya və ya kemoterapi və ya hər ikisi)

  • Təkrarlanan xəstəliyin yerlərini aşkar edə və onu radiasiya toxumasının nekrozu ilə fərqləndirə bilir

Nevrologiya. Nevrologiya da PET texnologiyası vasitəsilə nevroloji xəstəliklərin, o cümlədən epilepsiya, şişlər və psixi xəstəliklərin diaqnostikası və izlənməsi üçün istifadə olunur (Şəkil). PET texnologiyası beyində olan qan dövranını, oksigen qəbulunu və qlükoza udma dərəcəsi haqqında məlumat verir. Bütün bunlardan başqa PET beyində baş verən digər fizioloji prosesləri də izləməyə imkan verir.

Şəkil : PET vasitəsilə alınmış normal insan beyni (sol) və kliniki depressiyaya uğramış xəstənin beyni (sol) təsvirləri.


PET texnologiyasının inkişafı ilə hazırda müxtəlif nevroloji xəstəliklərdə patologiya üçün biomarkerlər kimi PET radioizotopların inkişafında mühüm dəyişikliklər vardır. Belə ki, alzheimer xəstəliyi üçün amiloid lövhə bağlayan PET radioizotoplarının inkişafında xüsusi irəliləyiş əldə edilmişdir. Bu cür yanaşmalar patofiziologiyanın daha çox başa düşülməsi, alzheimer xəstəliyinin erkən d iaqnostikası, eləcə də xəstələrin sinifləndirilməsi üçün əhəmiyyətli metoddur (şəkil).

Şəkil. Alzheimer xəstəliyinin inkişafını göstərən PET təsviri. Normal insan beyni (sol), yüngül koqnitiv dəyişiklik baş vermiş beyin (orta), alzheimer xəstəliyi olan beyin (sağ).



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin