Pozitron şüalandırıcı radioizotoplar Günümüzdə onkoloji xəstəliklərin təsvirlərinin alınması və müalicəsinin aparılması üçün müxtəlif görüntüləmə və diaqnostika üsulları istifadə olunur. Nüvə təbabəti də bu üsullardan biridir. Nüvə təbabəti müayinələrində diaqnostik və ya terapevtik məqsədlər üçün müxtəlif radioaktiv dərman vasitələri tətbiq edilir. Bu radioaktiv dərmanlara radiofarmasevtiklər deyilir. İstifadə olunan radiofarmasevtiklərin iki əsas hissəsi var: birincisi, radioaktiv şüaları yayan radioaktiv element, yəni radionüklid, digəri isə radionüklidin bağlı olduğu farmasevtik hissəsidir. Radiofarmasevtiklərin farmasevtik hissəsinin fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinə görə onlar müəyyən orqan və ya toxumalarda toplana bilir. Bu radiofarmasevtiklərin daşıdıqları radionuklidin yaydığı şüalar sayəsində orqan funksiyaları izlənilə və ya xəstəliklər müalicə oluna bilir.
Radioizləyicilərin tibbdə istifadəsi ilk dəfə 1941-ci ilə təsadüf edir. Bu zaman qalxanabənzər vəzinin təsviri üçün 131J istifadə olundu. PET görüntüləmə və radiotraserlərin inkişafı 1950-ci illərdə, tədqiqatçılar beynin funksiyasını öyrənmək məqsədilə pozitron yayan izotoplardan istifadəsi zamanı başladı. 1950-1960-cı illərdə nüvə reaktorlarının və hissəcik sürətləndiricilərinin inkişafı ilə tibbdə istifadə üçün yeni radioaktiv izotopların istehalına şərait yaratdı. PET görüntülərində istifadə edilən ilk radiotraser 1970-ci illərin sonlarında hazırlanmış rubidium-82 idi. Pozitron emissiya tomoqrafiyada istifadə olunan radiofarmasevtiklərin hazırlanmasında istifadə edilən C-11, N-13, O-15 kimi üzvi radionuklidlər bir çox biokimyəvi və dərman preparatlarının tərkib hissəsi olan elementlərin izotoplarıdır. Bu radionuklidlərlə hazırlanan radiofarmasevtiklər biokimyəvi xüsusiyyətlərinə görə təbii formalardan çoxda fərqlənmir.
Radiotraserlərin yaradılmasında məqsəd maraq molekulunun radioaktiv izotopla sintezini əhatə edir. PET və digər oxşar tədqiqatlarda istifadə edilən radioizotoplar siklotron adlanan hissəcik sürətləndiricisi ilə istehsal olunur. PET-də istifadə edilən bütün pozitron emissiya edən radionuklidlər ümumiyyətlə biotibbi tədqiqatlarda istifadə olunan radioizotoplarla müqayisədə qısa yarım ömrü və yüksək radiasiya enerjisinə malikdir. Cədvəl 1-də klinik tədqiqatlarda istifadə olunan əsas radionuklidlər göstərilmişdir. Bunların içərisində karbon 11C, azot 13N, oksigen 15O və flüor 18F-dir, çünki bu kimyəvi elementlər insan orqanizmində demək olar ki, bütün birləşmələrdə olur. Onların hamısının qısa bir yarım ömrü var ki, bu da xəstəyə aşağı radiasiya məruz qalma ilə dərmanın böyük dozalarını idarə etməyə və dəfələrlə tədqiqatlar aparmağa imkan verir.
Cədvəl 1