FəSİL ƏDƏBİyyat icmali nüvə təbabəti və radionüklid görüntüləmə cihazları


PET siqnalları vizualizasiyasında məhdudiyyətlər və çatışmazlıqlar



Yüklə 1,54 Mb.
səhifə6/9
tarix26.09.2023
ölçüsü1,54 Mb.
#148861
1   2   3   4   5   6   7   8   9
dissertasiya işi

PET siqnalları vizualizasiyasında məhdudiyyətlər və çatışmazlıqlar
Günümüzdə tibbdə tətbiq olunan, onkoloji, nevroloji və digər xəstəliklərin aşkarlanmasında və müalicəsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiya (PET) sistemi mühüm əhəmiyyətə mailkdir. Bu sistem tədqiqatçılara və həkimlərə xəstəliklər haqqında ətraflı məlumat vermək və xəstəliklərin gedişatını izləmək üçün əvəz olunmaz metod halına gəlmişdir. Tibbin bütün digər sahələrində istifadə olunan görüntüləmə və diaqnostika üçün istifadə olunan cihazları kimi PET texnologiyasınında özünə məxsus çatışmazlıqları və əks təsirləri mövcuddur. Pozitron emissiya tomoqrafiya sistemi nüvə təbabəti üçün universal sistem hesab olunur. Bunun əsas səbəbi bütün növ pozitron emitentlərindən istifadə edilə bilməsidir. Metod diaqnostik nəticələrin yüksək etibarlılığı ilə fərqlənir ki, bu etibarlılıq görüntülərin normallaşdırılması, siqnalların zəifləməsi, ətraf səpilmə və pozitronların çürüməsi, eləcə də məlumatların keyfiyyət və kəmiyyət emalı üçün düzəlişlərdən istifadə etməklə əldə edilir. PET skanerləri paralel olaraq məlumatları toplamaq və emal etmək, şəkilləri yenidən qurmaq, nəticələri təhlil etmək imkanı verir ki, bu da ötürmə qabiliyyətini əhəmiyyətli dərəcədə artırır.
Lakin bütün bunlara baxmayaraq PET-də siqnalların alınması və vizualizasiyasında bir sıra çətinliklərə rast gəlinir. Bu çətinliklərə aşağıdakı kimi göstərə bilərik:

  1. İstifadə olunan radioizotopların bəzilərinin yarı ömrünün qısa olması. Bu zaman pozitronlar vaxtından əvvəl parçalandığı üçün lazımi orqanlara yetişə bilmir.

  2. PET vasitəsilə alınan təsvirlərin rəng miqyasına uyğun olaraq təqdim olunması. Təsvirlər əldə olunan zaman patoloji nöqtə ilə sağlam nöqtə arasındakı fərqlərin aşkarlanması parıltıya və rəngə əsaslandığı üçün miqyasın tənzimlənməməsi ayırdetmə qabiliyyətini aşağı sala bilər.

  3. Pasiyentin orqanizmində baş verən biokimyəvi dəyişikliklər izotopun yenidən paylanmasına səbəb olması. Məsələn, diabet xəstələrində bu, qanda şəkərin və ya insulinin yüksək səviyyədə olması ilə əlaqədar ola bilər.

  4. PET-dən istifadə imkanları tomoqrafların yüksək qiyməti və onları siklotronun yaxınlığında yerləşdirmək ehtiyacı ilə məhdudlaşır.

Bütün bu çatışmazlıqlara baxmayaraq texnologiyanın inkişafı ilə bəzi problemlər aradan qaldırıla bilir. Lakin PET metodunun tətbiqi ilə xəstəliklərin aşkar olunması və təsvirlərin alınması zamanı bir sıra məhdudiyyətlərə rast gəlinir ki, həmin məhdudiyyətlər insanların bu metoda qarşı olan yanaşmalarını dəyişir. Bu məhdudiyyətləri biz aşağıdakı kimi qruplaşdıra bilərik.

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin