İnnovasiya fəaliyyətinin aşağıdakı növləri vardır:
- texniki hazırlıq və istehsalın təşkili (istehsal avadanlığının və alətlərinin əldə
olunması, onlarda o cümlədən yeni məhsulların hazırlanması və ya yeni texnoloji
prosesin tətbiqi keyfiyyətinə nəzarətin və istehsalın prosedurasında, metodlarında
və standarlarında dəyişikliklərin edilməsi);
- məhsul və texnoloji proseslərin modifikasiyalarının
daxil olduğu
istehsalqabağı işləmələr, yeni texnologiyanın və avadanlıqların tətbiqi üçün heyətin
hazırlanması, həmçinin əgər konstruksiyanın təkmilləşdirilməsinə ehtiyac vardırsa,
sınaq istehsalı və istehsalın başlanması;
- yeni məhsulların marketinqi (yeni məhsulun bazara çıxması ilə əlaqədar
fəaliyyət növləri, yəni bazarın ilkin tədqiqi,
məhsulun müxtəlif bazarlara
uyğunlaşdırılması (adaptasiyası), reklam kompaniyası);
- kənardan texnologiyaya patentlərin, lisenziyaların alınması, “nou-hau”,
ticarət markası və bu kimi qeyri-maddi aktivlərin əldə olunması.
İnnovasiya fəaliyyətinin təşkili formaları müxtəlif texnopark strukturları
vasitəsilə həyata keçirilir və onlar aşağıdakılardır:
Texnopark. Bu, informasiya,
texnoloji, məsləhət, marketinq və tədris
müəssisələrindən və habelə, sənaye yönümlü şirkətlərin birliyindən ibarət olur. Bu
mərkəzlər firmalara öz profilləri
üzrə xidmətlər göstərir, məsləhətlər verirlər.
Texnoparkda elmi-tədqiqat sektoru texnopolisə nisbətən zəif olur.
Texnopolis. Bu, yeni, mütərəqqi məhsul istehsal etmək, elmtutumlu
texnologiya yaratmaq məqsədilə iri elmi-tədqiqat
institutu və mərkəzlərindən
ibarət olur. Burada elmin inkişafının yeni istiqamətlərinin müəyyənləşdirilməsi və
inkişaf etdirilməsi üçün zəruri şərait yaradılır; texnopolisdə elm, texnika,
sahibkarlıq üzvü şəkildə birləşdirilir. Texnopolisin “çəkici qüvvəsi”, əsası elmi-
tədqiqat kompleksidir.
Dostları ilə paylaş: