vəsaitinin həcmi; b) tələb olunan həcmdə maliyyə vəsaitlərinin cəlb edilməsi
mənbələri; c) investisiyanın özünün necə doğrultması və gözlənilən maliyyə
nəticələrinin səviyyəsi xarakterizə edir.
3. Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların
mühüm
istiqamətlərindən biri də əlverişli investisiya mühitinin yaradılmasıdır. Ölkənin
sosial-iqtisadi inkişafının perspektiv istiqamətlərinə uyğun gələn iqtisadi, elmi-
texniki, sosial proqramların həyata keçirilməsi məqsədilə investisiya fəallığının
lazimi səviyyəsinə nail olmaq üçün təkmil hüquqi bazanın yaradılması zəruridir.
İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi aşağıda
qeyd olunan
mexanizmlərdən istifadə edilməsini nəzərdə tutur:
- vergi sistemində potensial investorlar üçün güzəştli vergi dərəcələrindən və
şərtlərindən istifadə olunması;
- aşağı faizlərlə kredit verilməsini və sürətli amortizasiya ayırmalarını özündə
cəmləşdirən
çevik maliyyə-kredit və əsas vəsaitlərin amortizasiyası
mexanizmlərindən istifadə olunması;
- investisiya layihələrinin həyata keçirilməsi məqsədilə respublikaya gətirilən
istehsal-texniki təyinatlı avadanlıqların əlavə dəyər vergisindən və gömrük
rüsumundan qismən və ya tamamilə azad edilməsi və s. Həmçinin respublikamızda
müxtəlif təsərrüfat subyektləri tərəfindən həyata keçirilən investisiyaların
qorunmasına dövlət təminat verir. Belə bir təminat bütün investorlar üçün dövlət
səviyyəsində verilir. Bütün bunlar “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici
investisiyanın qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında öz
əksini tapmışdır.
İnvestisiya qoyuluşunun həyata keçirilməsi haqqında qərarın
qəbul
olunmasına həm daxili, həm də xarici amillər təsir göstərir. Həmin amillərə başlıca
olaraq aşağıdakılar aid edilə bilər:
- makroiqtisadi şərait;
- tələbin səviyyəsinin dəyişməsi prosesi;
- təklifin səviyyəsinin dəyişməsi prosesi.
Müəssisə müəyyən makroiqtisadi mühitdə fəaliyyət göstərir və onun
fəaliyyətinə bir çox tənzimləyici amillərlə yanaşı, dövlətin iqtisadi siyasəti də öz
təsirini göstərir. Belə təsiredici amillərə:
tələbin ümumi səviyyəsi, real bank
faizinin dərəcəsi,
iqtisadi inkişaf səviyyəsi, dövlətin büdcə və vergi siyasəti və s.
Məsələn, bank faizinin dərəcəsinin yüksəldilməsi investisiya fəallığını
məhdudlaşdırır. Bunun əksi isə, investisiya proseslərini stimullaşdıraraq investisiya
qoyuluşlarının həcmini artırır.
4. Firmanın kommersiya fəaliyyətinin kəmiyyət tərəfi deyil, keyfiyyət tərəfi
həyata keçirilən innovasiyanın miqyasından bilavasitə asılı olur.
Məhsuldar
qüvvələrin ünsürlərinin təkmilləşdirilməsi yalnız elmi-texniki tərəqqinin təsiri
altında baş verir. Elmi-texniki tərəqqinin müasir istiqamətləri aşağıdakılardır:
1. İstehsalın elektrikləşdirilməsi;
2. İstehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması;
3. İstehsalın kimyalaşdırılması;
4. İstehsalın elektronlaşdırılması;
5. Yeni materialların yaradılması və tətbiqi;
6. Yeni texnoloji istehsal üsullarının mənimsənilməsi.
Dostları ilə paylaş: