Firuddin cəFƏrov hasil fəTƏLİyev



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə49/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   45   46   47   48   49   50   51   52   ...   239
Premikslərin tətbiqi. Çörək-kökə məmulatlarında vitamin və 
mineral  maddələrin  xüsusi  çəkisinin  artırılması  üsullarından  biri 
premikslərin istifadə edilməsidir.  
Premikslərdə  vitamin  və  mineral  maddələrin  nisbəti,  insan 
tələbatına  uyğundur.  Bu  zaman  əhalinin  qidalanma  strukturu  və 
mikronutrientlərlə  təminat  səviyyəsi  nəzərə  alınmalıdır.  Premiks 
reseptlərdə suda həll olan formada istifadə olunur. Onların stabil-
liyi texnoloji işlənmə prosesində kifayət qədər yüksək olur. 
Premiks xəmirin qıcqırmasından əvvəl 100 kq una 500 q he-
sabı ilə əlavə edilir.  
Əlavə edilən vitaminlərin un ilə təmasının minimuma endiril-
məsi və dəmirin ptemiksə kimyəvi neytral və orqanizm tərəfindən 
yaxşı həzm olunan formada olması çörək-kökə məmulatlarının vi-
tamin-mineral  premiksi  ilə  zənginləşdirilməsinin  səmərəliliyini 
müəyyən edir. 
“Rus innovasiya kampaniyası” Elm İstehsalat Birliyi, Rusiya 
Tibb Elmləri Akademiyası Qida İnstitutunun, Dövlət Çörəkbişir-
mə Sənayesi Elmi Tədqiqat İnstitutunun aparıcı mütəxəssislərinin 
iştirakı ilə 2000-ci ildə çörək və kökə məmulatlarının “Flaqman” 
adlı zənginləşdirilmiş vitamin-mineral ilə hazırlanması texnologi-
yası  işlənmiş  və  tətbiq  edilməyə  başlanmışdır.  Bu  məhsul  orqa-
nizm üçün balanslaşmış və vacib olan vitamin-mineral maddələri-
nə malikdir. 
Vitamin-mineral qarışığı olan “Flaqman” 8 vitaminə (B
1
, B
2

B
6
, B
12
, E, PP, fol turşusu, karotin) və mineral maddələrdən dəmirə 
malikdir ki, bu da gündəlik tələbat normasını ödəməyə imkan ve-
rir.  


86
 
Bioloji  aktiv  komponetlərin  mənbəyindən  biri  də  “Vetoron” 
dur. Bu preparat “Akva-MDT” Korporasiyası tərəfindən buraxılır. 
“Molekulyar  kapsullaşdırma”  yolu  ilə  patentləşmiş  texnologiya 
əsasında istehsal olunan bu preparat suda həll olan molekulyar bir-
ləşmə əmələ gətirir ki, bu da səthi-aktiv qida maddəsi beta-karo-
tindir. Preparatın suda həll olması və tərkibində beta-karotinin və 
vitaminlərin  çox  olması,  onun  tez  və  tam  mənimsənilməsini  və 
saxlanma zamanı yüksək bioloji səmərəliliyini təmin edir. 
O, 2% beta-karotinə; 0,8% alfa – tokoferolasetata (E vitamini) 
və 0,8% askorbin turşusuna malikdir. 
“Vetoronun”  klinik  sınağı  onun  antioksidant  və  ümumi  sti-
mullaşdırıcı təsirə malik olmasını təsdiq etmişdir.  

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin