Dünya müharibəsi illərində dəbə düşən uzunluğu belə qədər olan hərbi jaket. Bu jaket Eyzenhauerin hərbi ştabı tərəfindən təsdiqlənmiş və Şimali Avropada döyüşən Amerika əsgərlərinin istifadəsinə verilmişdir. Jaketin əsasını həmin dövrdə Britaniya ordusunda istifadə edilən “Battle dress” - “Döyüş paltarı” təşkil etmişdi.
The Cardigan - kardiqan - düymələri qabaqda yerləşən toxunma uzun jaket. Bu jaketlər Britaniya əsgərlərinin soyuq Rusiyada qışa dözmələri üçün istifadə olunmağa başlanmışdı. Bu jaket növünün adı indi də işlənməkdədir, hətta bir çox dillərə, o cümlədən rus, fransız və s. dillərə keçmişdir. Jaketin adı James Brudenell, 7— Earl of Cardigan, yəni Kardiqan nəslindən olan 7-ci qraf Jeyms Brudenelin şərəfinə qoyulmuşdu. Qraf Jeyms Brudenel 1854-cü ildə Krım müharibəsində Britaniya ordusunun liderlərindən olub.
The Mao Yacket - Mao jaketləri - olduqca sadə biçimli, boz rəngli, köynək tipli jaketlərdir. Bu jaketlərin son dərəcə sadə olması Mao rejiminin o zamankı varlıların paltarlarındakı zənginliyə, zər-zibaya qarşı olan etirazını bildirirdi.