ŞƏHİDİ-SANİNİN SAYDA QAZISI TƏRƏFİNDƏN ŞƏHADƏTƏ ÇATMASI
Şiənin alimlərindən və iftixarlarından bir digəri, hicri X əsrdə yaşayan Şeyx Zeynuddin bin Nuruddin Əli bin Əhməd əl-Amili (r.ə)-dir. O, elmdə, fəzilətdə, zöhddə, təqvada, dost və düşmənin yanında böyük bir şöhrətə sahibdir. Gecəsini gündüzünə qataraq, xalqdan uzaqlaşıb dəyərli kitablar yazmışdır. Öz əl yazısıyla müxtəlif elm sahələrində 200-dən çox əsəri vardır.
Xalqdan uzaqlaşmasına baxmayaraq, o dövrün alimləri, onunla bir müstəvidə dayana bilməmiş və xalq ona tərəf yönəldiyi üçün həsət etmişlər. Xüsusilə, Saydanın böyük qazısı, Osmanlı padşahlarından olan Sultan Səlimə onun haqqında belə bir məktub yazmışdır: «Şam bölgəsində, dörd məzhəbdən birnə mənsub olmayan bir bid᾽ətçi ortaya çıxmışdır».
Sultan Səlim bu fəqih alimi məhkəməyə çəkmək üçün İstanbula göndərilməsini əmr edir. Məscidul-həramda onu tutub, 40 gün Məkkədə həbs etdilər. Sonra dəniz yoluyla İstanbula göndərdilər. Məhkəməyə aparıb mühakimə etmədən sahildə mübarək başını bədənindən ayıraraq, bədənini dənizə atdılar və başını da sultana apardılar.
Möhtərəm ağalar, indi Allah rızasına insafla deyin və ədalətli bir şəkildə hökm verin. Tarix boyu bir nəfər sünni alimin, hətta bir alim olmayan sünninin cəfəri məzhəbinə mənsub deyil deyə, şiə alimləri tərəfindən bu cür pis və çirkin bir şəkildə öldürüldüyünü oxuyub və ya eşidinizmi? Allah eşqinə söyləyin, «Dörd məzhəbdən birinə mənsub deyil» sözü günah və qəbahətdirmi?
Hansı dəlilə görə, dörd məzhəbdən (Hənəfi, Maliki, Şafei və Hənbəli) birinə mənsub olmayan bir kəs, kafirdir və qətli də vacibdir?
Görəsən, hansı dəlilə görə, sonradan rəsmiyyət qazanmış olan bir qrup məzhəblərə itaət etmək vacib, amma Rəsuli-əkrəmin (s) zamanından e᾽tibarən mövcud olan bir məzhəbin arxasınca getmək küfr və ona itaət edənlərin qanının tökülməsi isə lazımlıdır?
İNSAFLI İNSANLAR ÜÇÜN GÖZƏL SÖZ
Allah rızasına deyin, Əbu Hənifə, Malik bin Ənəs, imam Şafei və ya imam Əhməd bin Hənbəldən hansı Rəsulallahın (s) zamanında yaşamış və məzhəblərinin təməl (usul) və cüz᾽i (füru) mövzularını o həzrətdən vasitəsiz olaraq öyrənmişlər?».
Hafiz: «Heç kəs, dörd məzhəb imamlarının Rəsulallahla (s) görüşmə şərəfinə nail olduqlarını iddia etməmişdir».
Də᾽vətçi: «Görəsən, Əmirəl-mö᾽minin Əli bin Əbu Talib (ə) Rəsulallahın (s) səhabəsindən olan onun elminin qapısı deyildimi?!».
Hafiz: «Aydındır ki, o səhabələrin böyüklərindən, hətta bə᾽zi yönlərdən onlardan daha fəzilətli idi».
Də᾽vətçi: «Belə isə, bu qayda üzrə əgər həzrət Peyğəmbərin (s), «Əliyə itaət etmək, mənə itaətdir» sözünə əsəslanaraq və o həzrətin əmri olan «Kim mənim elmimdən yararlanmaq istəyirsə, Əlinin qapısına getsin» sözünü əsas götürsək, Əli bin Əbu Talibi (ə) tə᾽qib etmək vacibdir desək, haqq sözü söyləmiş oluruq. Yenə əgər, Məhəmmədi məzhəbinin özü olan cəfəri məzhəbindən üz çevirmək, zəlalətə səbəb olar desək, haqlıyıq. Çünki Xatəmül-ənbiya (s) onların (şiələrin) rəhbərlərini (Əhli-beyti) Qur᾽anın bərabəri etmiş, və «Səqəleyn» və «Səfinə» hədisləri lazımınca, onları tə᾽qib etməməyin fəlakətə səbəb olacağını buyurmuşdur.
Əgər, Əhli-beytdən (ə) üz çevirmək, Rəsulallahın (s) əmrindən üz çevirməkdir, siratı-müstəqimdən çıxmaqdır və sağlam ipə sarılmamaqdır deməli olsaq haqlıyıq, buna dələlimiz vardır!
Bütün bunlara baxmayaraq, şiə alimləri tərəfindən bu növ əməllər, sünnilərin cahillərinə qarşı belə edilməmişdir, o ki, qaldı, onların alimlərinə qarşı edilmiş olsun!
Biz hər zaman şiəlarə belə deyirik: «Sünnilər bizim müsəlman qardaşlarımızdır. Onlarla birlik və bərabərlikdə olmağımız lazımdır. Amma şiə alimlərinin əksinə, sizin alimləriniz davamlı şəkildə, mö᾽min, müvəhhid, pak və Rəsulallahın (s) Əhli-beytinin davamçıları olan şiələrə, bid᾽ətçi, rafizi, yəhudi, hətta kafir və müşrik belə demişlər. Dörd məzhəb fəqihlərindən (Hənəfi, Hənbəli, Maliki və Şafei) birinə təqlid etməyənləri yenə müşrik, rafizi və kafir bilmişlər. Halbuki, müsəlmanların, dörd məzhəb fəqihlərindən birinə təqlidin vacibliyinə dair heç bir dəlil yoxdur. Rəsulallahın (s) əmri istiqamətində Əhli-beyt ardıcıları olanlar, qurtuluş əhlidir.
Belə isə, yersiz fitvalar, yersiz söhbətlər avam xalqın əlində bəhanə olmuş, hər fürsət düşdükdə qətlə yetirmək, talamaq və namuslara əl atmaq kimi kafirlərə qarşı belə edilməyən çirkin əməlləri şiələrə qarşı etmişlər».
Hafiz: «Sizin kimi bir şəxsdən, heç bir zaman meydana gələn yalan sözləri əsas tutaraq, hisslərə qapılmağınızı gözləmirdim.
TÜRKMƏN, XARƏZMİ, ÖZBƏK VƏ ƏFQANLARIN İRANLILARA QARŞI ETDİKLƏRİ ÇİRKİN İŞLƏRƏ BİR BAXIŞ
Də᾽vətçi: «Yanılırsınız! Belə bir dəyərli məclisdə müsəlman qardaşlarıma dəlilsiz olaraq, yersiz nisbətlər vermədim. Əhli-sünnət alim və qazılarının, şiənin böyük fəqihlərinə qarşı etdikləri cinayətlərdən, dediyim hadisələrlə əlaqədər tarixə bir nəzər salsaq, türkmənlərin, xarəzmilərin, özbəklərin və əfqanlıların dəfələrlə İrana təcavüz etdiklərini görəcək, sözlərimə haqq qazandıracaq, hətta onların şiə camaatına qarşı etdikləri zülmə görə utanacaqsınız.
İmkan düşdükdə və xarici ölkələrlə olan müharibələr nəticəsində və ya daxili qarşı durmalar üzündən İranın vəziyyətini qarışıq gördükdə, İranın şimal şərqindən hücuma keçmiş, bə᾽zən Xorasan, Nişapur və Səbzivara qədər, hətta bir dəfə Şah Sultan Hüseyn Səfəvinin zamanında İsfahana qədər irələmiş, o şəhərin ətrafına hücum edib talan etmiş, iffət, insaniyyət və İslama zidd olan heç bir əməldən geri qalmamış və zavallı şiələri qətl edərək, mallarını taladıqdan, namuslarına toxunduqdan sonra bir çox insanı əsir edib, kafir əsirləri kimi dünya bazarlarında satmışlar.
Tarixin yazdığına görə, Türkistan şəhərlərində yüz mindən çox şiə satılmış və onlara kafir kölələrə edilən müamilədən daha pis müamilələr edilmişdir. Bu növ əməlləri, alimlərinizin hökm və fitvalarına əsəslanaraq edirdilər».
Hafiz: «Bu müharibə və hücumlar siyasi məqsədlə olmuşdur; bunların əhli-sünnət alimlərinin fitvalarıyla hər hansı bir əlaqəsi yoxdur».
Dostları ilə paylaş: |