Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da


XAN XƏYVƏNİN İRANA HÜCUMLARI VƏ ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTL VƏ MALLARININ TALANMASI ÜÇÜN VERDİKLƏRİ FİTVALAR



Yüklə 2,46 Mb.
səhifə32/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

XAN XƏYVƏNİN İRANA HÜCUMLARI VƏ ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTL VƏ MALLARININ TALANMASI ÜÇÜN VERDİKLƏRİ FİTVALAR


vətçi: «Xeyir, elə deyil. Bu qətillər, talan və namuslara təcavüz, əhli-sünnət alimlərinin fitva və hökmləriylə olmuşdur.

Məsələn, Qacar şahlarından olan Nəsirəddin şahın səltənətinin ilk illərində və onun vəziri Mirzə Təqi Xan Əmir Nizamın zamanında, İran ordusunun Xorasan hadisəsi və Salar fitnəsi ilə məşğul ikən, Xarəzmin əmiri olan Özbəkli Xan Xəyvə (Xarəzm) deyə məşhur olan Məhəmməd Əmin xan bunu fürsət bilərək, böyük bir orduyla, Xorasan və Mərvə hücum etdi. Dəhşətli qətl və talandan sonra şəhərləri viranə edib, bir çox insanı da əsir apardı.

Salar hadisəsi sona çatdıqdan sonra dövlət Xəyvə xanın nə cür cəzalandırılması haqqda plan hazırlamağa başladı, tədbirli bir insan olan mərhum Əmir Nizam, onu cəzb etmək üçün fəaliyət göstərdi. Bu səbəbdən sarayın məhsularından Hidayət adıyla tanınan mərhum Rıza Qulu Xan Hezar Cəribi (Lillah Başi) Xan Xəyvənin yanına elçi göndərdi. Bu elçiliyin incəliklərini deməyə ehtiyac olmadığı üçün üstündən ötürəm. Ancaq Xan Xəyvə ilə mərhum Hidayətin arasında olan bu söhbəti, işin içində siyasi məsələlərin olmadığını, əksinə alimlərin fitva və hökmləriylə baş verdiyini isbatladığı üçün bildirəcəyəm.

Mərhum Hidayət, Xan Xəyvəylə görüşdükdə, söhbət əsnasında ona belə dedi: «Bu çox maraqlıdır ki, iranlılar Rum, Rusia, Hindistan və Avropa ölkələrinə getdikdə, orada onlar əmniyyətdə qalır və sağ-salamat geri dönürlər. Amma sizin bölgəyə gəldikdə, sizin tərəfdarlarınız onları qətlə yetirir, mallarını talan edərək, əsir alırlar. Kafirlər kimi təhqir edərək satırlar. Halbuki, hamısı müsəlman, qiblələri bir, kitabları bir, bir Peyğəmbərin ümməti və bir Allaha inanırlar. Niyə axı belə edirlər?

Xan Xeyvə cavabında belə dedi: «Siyasi baxımdan bizim sizinlə hər hansı bir çətinliyimiz yoxdur. Amma məzhəbi baxımdan, Buxara və Xarəzmin alim, müftü və qazıları şiələri kafir, rafizi və bid᾽ət əhli bildiklərinə görə, onların cəzasını qətlə yetirmək, talan etmək və kafirlər kimi əsir alınmasının vacib olduğunu söyləyirlər».

Bu hadisə, Rıza Qulu xan Hidayətin yazdığı «Rövzatus-Səfayi Nasiri və Səfarət Namei Xarəzm» adlı tarix kitabında geniş şəkildə bildirilmişdir. Bu kitab Tehranda nəşr olunmuşdur.


ƏHLİ-SÜNNƏT ALİMLƏRİNİN ŞİƏLƏRİN QƏTLİNƏ VƏ TALAN EDİLMƏSİNƏ DAİR FİTVALARI VƏ ƏBDULLAH XAN ÖZBƏYİN XORASANA HÜCUMU


Əbdullah Xan Özbək, Xorasanı mühasirəyə aldığı zaman Xorasan alimləri, onun etdiyi cinayət və zalmlərə e´tiraz edib, «Nə üçün «La ilahə illallah Muhəmməd Rəsulallah» deyən və Əhli-Beytin yolu ilə gedənləri qətlə yetirirsiniz?! İslam belə bir zülmün, hətta kafirlərə qarşı edilməsinə belə izn verməmişdir» deyə ona uzun bir məktub yazdı.

Əbdullah xan da, Məşhəd alim və əhalisinin məktublarını, yanında olan sünni alim və qazılarına verərək, onlara cavab yazmalarını söylədi. sünni alimlər də uzun bir cavablar yazıb, göndərdilər. Məşhəd alimləri də bu cavabların qarşısında bir cavab yazıb göndərdilər. (Bu məktublar «Nəsihul-Təvarih» adlı kitabda cəm olmuşdur.) Özbək olan sünni alimlər məktublarında, «şiələr rafizi və kafirdilər. Onların qanı, malı və namusu müsəlmanlara halaldır» deyə cavab yazmışdılar.


ƏFQANLI PADŞAHLARIN ƏFQANISTAN ŞİƏLƏRİNƏ QARŞI DİVAN TUTMALARI


Əfqanıstandakı əhli-sünnət camaatının, xüsusilə Əmir Dost Məhəmməd Xan, Kohəndil Xan, Şah Şüca Malik Əbdülmö᾽min xan, Əmir Əbdürrəhman xan və Əmir Həbibullah xan kimi dövünün əmirləri Kabul, Qandəhar, Herat və bu şəhərlərin ətrafında sakin olan şiə xalqını, onların alimlərini, hətta uşaqlarını necə də vəhşicəsinə qətlə yetirmişlər. Bunları mən bir-bir anlatsam, həqiqətən dəhşətə gələrsiniz. Sizlər özünüz də, tarix boyu edilən cinayətlərin nə dərəcədə olduğunu bilirsiniz. Hindisdanda, xüsusilə də Pəncabdakı qeyrətli Qızıl-başlar, Əfqanlıların etdikləri zülmün aşkar bir numunəsidir. Onlar, edilən zülmlərə görə öz vətənlərini tərk etməyə məcbur qalıb, Pəncaba qaçmış və orada yerləşmişlər.

Tarixçilər, bu hadisələrin hamısını, gələcək nəsillər haqqına hökm etsinlər deyə yazmışlar.

Dəhşətli hadisələrdən digəri, hicri-qəməri 1267-ci ilin Aşura günündə, Qəndəhar şiələrinin Rəsulallahın (s) Əhli-beyti üçün matəm tutduqları zaman baş verən hadisədir. O gün şiələr bir yerə toplaşaraq, Aşura mərasimini yerinə yetirirdilər. Bu an təəssübkeş sünnilər, müxtəlif silahlarla xalqın toplandığı İmambərəyə hücum edərək, bir çox müdafiəsiz şiəni, həttə kiçik uşaqları faciəli bir şəkildə qətlə yetirib, mallarını taladılar.

Şiələr, illər boyunca təhqir olunaraq, həqarət içində yaşamış və sərbəst şəkildə inanclarına əməl edə bilməmişlər. Aşura günləri belə iki-üç nəfər ancaq zirzəmilərdə bir yerə toplaşıb, Kərbəla hadisəsi üçün yas tuta bilmişlər.


ƏMİR ƏMƏNULLAH XANA TƏŞƏKKÜR


Bu məclisdə həm öz tərəfimdən, həm də bütün şiə alim, vaiz və mübəlliğləri tərəfindən, hətta bütün şiə camaatı tərəfindən bu anda Əfqanıstanın padşahı olan Əmanullah xana təşəkkür edirəm. O hakimiyyət başına gəldiyi andan e᾽tibarən, şiə və sünni ixtilafını aradan aparmış və hər kəsə tam bir azadlıq vermişdir. Məzlum və müvəhhid şiələr də, illər boyu davam edən qətl, sürgün və evlərindən didərgin düşdükdən sonra, bir rahatlıq üzü görmüş, azadlıq əldə etmişlər. Allah onu zamanın bəlalarından və müstəkbirlərin şərrindən müsəlmanların bərabərliyinin davamı üçün qorusun.

Bu şəfqətli padşahın devrilməsi üçün ingilislərin müxtəlif hiylələrə əl atdığını eşitdim. Bütün sünni və şiələrin, bu cür ağıllı, vətənsevər, İslam istəyən gənc bir sultanı, düşmənlərin qarşısında qorumaları və onların planlarını tə᾽sirsiz etmələri lazımdır1.

Ağalar, tarixə nəzər salsanız, bu Hindistanın özündə, əcnəbilərin təhrikiylə sünni və şiələr arasında bir çox çəkişmələr baş verdiyini, bir çox qanların töküldüyünü, təqvalı və fəzilətli alimlərin və pak mö᾽minlərin, cahillərin həvayi-nəfsinin qurbanı olduğunu görərsiniz.

ŞƏHİDİ SALƏSİN ŞƏHADƏTİ


Bu hadisələrin ən acılılarından biri də, hicri-qəməri 1019-cu ildə Moğol padşahı Cahangirin əmriylə, sünni alimlərin əliylə 70 yaşında şiə və rafizidir deyə şəhid edilən Əhli-beytin (ə) təqvalı fəqihlərindən və Rəsulallahın (s) pak soyundan olan Qazı Seyid Nurullah Şuştərinin (r.ə) şəhadətə yetişməsidir. Bura gələndə Əkbər Abadəi Agirə qəbiristanlığında olan qəbrinin üstünə getdim. Axmaq və təəssübkeş cahillərin bu böyük insana etdikləri zülmlər məni çox üzdü. Onun qəbri indiyə qədər şiələrin ziyarətgahı olmuşdur. Qəbrinin üstünə belə bir şe᾽r yazılmışdır:

Zalımın biri Nurullahı (Allahın nurunu) söndürdü.

Peyğəmbərin göz nurunun başını kəsdi.

Əlinin zamin olduğu insanın qətl olunduğu il;

1019-cu ildə Seyid Nurullah şəhid oldu.

Hafiz: «Haqsız yerə bizi günahlandırırsınız. Cahillərin və avamların etdikləri ifrat hərəkətlər məni də çox narahat edir. Amma şiələrin əməlləri də, onları bu cür iyrənc əmələr etməyə təhrik edir».

vətçi: «Şiələrin hansı əməli, onları öldürməyə, qorxutmaya, talan etməyə və namuslarına toxunmağa səbəb olmuşdur, söyləyə bilərsinizmi?!».

Hafiz: «Hər gün minlərlə insan, ölülərin qəbirlərinin qarşısında durub, onlardan yardım istəyirlər. Görəsən, şiələrin bu davranışı ölülərə tapınmaq deyildirmi? Nə üçün alimlər buna mane olmurlar? Milyonlarla insan o qəbirlərin önündə üzlərini toprağa sürtüb, səcdə edirlər. Bu ndan sonra təmiz insanların əlinə bəhanə düşür, ifrat dərəcədə tə´sir göstərmələrinə səbəb olur. Təəccübləndirici şey də budur ki, siz bu növ əməllərə tövhid adını verib, bu kimi insanlara da müvəhhid deyirsiniz.

(Biz bir-birimizlə danışdığımız an Hənəfi fəqihlərindən Şeyx Əbdüssalam «Hədiyətuz-Zairin» adlı kitabı qarşısına qoyub, səhifələrini çevirərək, oxuyurdu. Sanki bir anda, bu kitabdan mənə tutarlı cavab vermək istəyirdi. Şeyx birdən başını qaldırıb, önəmli bir dəlil əlinə keçmiş kimi mənə doğru dönüb, həmlə edəcək tək belə dedi:)



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin