Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə39/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

DÖRDÜNCÜ GECƏ

HƏQİQƏTİ KƏŞF EDƏNLƏRİN MİNNƏTDARLIĞI


27 Rəcəb, bazar ertəsi, 1345-ci il

Hələ məclis rəsmi olaraq başlamamışdı. Bu vaxt üç nəfər içəri daxil olub oturdular onlardan bir nəfər danışmaq üçün izin istədi O, izin aldıqdan sonra üzünü mənə tutub dedi: «Mən, sizdən üzr istəyirəm vaxtınızı çox almayacağam, sizin bu elmi bəhs gecələrinən əlaqədar olaraq bu gün axşama qədər hər tərəfdə; evlərdə, məscidlərdə, idarələrdə və bazarda hamsı sizin haqqınız dadanışırdı. Kimin əlində bir qəzet gördükdə camaat onun ətrafına toplaşaraq sizin bəyanlarınız haqqında mübahisə edirdilər.

Biz, xalqda sizə qarşı böyük bir rəğbətin oyandığının şahidi olduq; hər kəsin qəlbinə nüfuz etmisiniz. Bizim üzərimizdə çox böyük haqqınız var. Çünki belə şübhələri həll edirsiniz ki, ömrümüzün əvvəlindən bəri böyüklərimizin hamsı bizə onların əksini öyrətmişdilər. Biz, bir camaat olaraq şiəni müşrik bildiyimizə görə sizdən üzür istəyirik. Amma nə edək ki, uşaqlıqdan bu şəkildə öyrədiblər. İndi bağışlayan Allahdan ümüdümüz bizim tövbəmizi qəbul etməsidir.

Bu bir neçə gündür, bu söhbətlərin jurnal və qəzetlərdə nəşr edilməsi, oxucularının bir neçə dəfə sayını artırıb və bu söhbətlər xalqın böyük bir hissəsinə aydınlıq gətirdi. Xüsusilə məclislərdə bilavasitə iştirak edən bizlər, sizin sözlərinizdəki lətafətdən daha çox istifadə etdiyimizdən sizə olan rəğbətimiz daha da artdı. Xüsusilə dünən axşam çox gözəl bir şəkildə pərdələri aradan qaldırıb pərdə arxasındakı həqiqətləri aydınlığa qavuşmasını tə᾽min etdiniz. Ümüd edirik ki, pərdələr qaldırılaraq daha çox həqiqətlər kəşf ediləcəkdir.

Sizə xatırlatmaq istədiyimiz digər bir mövzu da budur ki, -daha əvvəldə sizə ərz etmişdik-bizi ən çox tə᾽sirləndirən söhbətlərinizdəki sadəlikdir. Siz mövzunu bizim öz dilimizlə o qədər sadə və anlaşılan bir şəkildə bəyan edirsiniz ki, oxumaq yazmaq bilməyən xalq belə sizin anlayır. Buna görədə hər kəs sizin cazibənizə qapılmış vəziyyətdədir. Bunu da nəzərə alın ki, bu cəmiyyətdə hər yüz nəfərdən beş nəfər belə elmi məsələlərdən xəbərdar deyildir. Onlar uşaqlıqdan bəri eşidikləri hər şeyə kor-koranə inanıb qəlbən bağlanmışlar. İndi bu insanlara gizli qalan həqiqətlər incəliklə öyrədilməlidir; siz də bu işi gözəl bir şəkildə bacarırsız. Ümüdvarıq ki, daha mükəmməl nəticələr əldə edək».

Bu qardaş sözünü qurtarmışdı ki, ağalardan bir neçə nəfərdə məclisə daxil olub əyləşdilər. Hamımız bir yerdə çay içdikdən sonra söhbət başladı.



Nəvvab: «Dünən axşam qərar oldu ki, bu günki məclisdə «İmamət» mövzusu ətrafın dadanışılsın. Çoxumuz bu mühüm məsələni bilmək üçün böyük bir ehtiyac duyuruq. Çünki bu mövzu bizim üçün anlaşılmaz olan məsələlərin əslini təşkil edir. İmamət haqqında sizin və bizim aramızdakı ixtilafın aydınlığa qavuşması üçün ricamız, sadəcə bu mövzu ətrafında danışmağımızdır.

vətçi: «Əgər siz tərəfdən bir çətinlik yoxsa mən hazıram».

Hafiz: «(Rəngi saralmış və sıxıntılı bir halda) Biz tərəfdən də bir çətinlik yoxdur; nəcə məsləhət bilirsiz buyurun.

İMAMƏT MÖVZUSUNDA BƏHS


vətçi: «Sizində bildiyiniz kimi «İmam» kəliməsinin bir neçə mə᾽nası var. Lüğətdə «imam» rəhbər, lider mə᾽nasındadır. Məsələn camaat imamı dedikdə, camaat namazında qabağda durub namaza rəhbərlik edən mə᾽nasınadır; xalqın imamı dediyimizdə yə᾽ni xalqın siyasi ya da başqa işlərdə başçısı mə᾽nasınadır; Cümə imamı dedikdə də həmçinin xalqın Cümə namazına rəhbərlik edən mə᾽nasınadır.

ƏHLİ-SÜNNƏTİN DÖRD MƏZHƏBİ HAQQINDA BƏHS VƏ HƏQİQƏTİN BƏYANI


Əhli-sünnətdən olanlar öz rəhbərlərinə imam deyirlər. Məsələn: İmam Əbu Hənifə, İmam Malik, İmam Şafei, İmam Əhməd. Yə᾽ni dini məsələlərdə onların rəhbərləri olan fəqih və müçtehidlər ki, halal və haramı, içtihad və qiyasla bir-birindən ayırmışlar. Buna görə də bu şəxslərin fiqhi kitablarını oxuduğumuzda bir çox ixtilafın mövcud olduğunun şahidi oluruq.

Bu cür rəhbərlər bütün məzhəb və dinlərdə vardır. Sizin imam olaraq qəbul etdiyiniz şəxslər şiədə də fəqih ünvanıyla vardırlar. Bu şəxslər 12-ci İmam həzrəti Mehdi (ə)-ın qeybəti dövründəki müddətdə kitab sünnət, ağıl və icmanı əsas tutaraq fitvalar verirlər. Amma biz bu şəxsləri imam olaraq adlandırmırıq. Çünki «İmamət» sadəcə həzrət Peyğəmbərin (s) Əhli-beytindən olan 12 vəsiyə məxsusdur. İçtihadda sizinlə bizim aramızda bir fərq vardır; o da bu ki, sizin böyükləriniz içtihad qapısını bağlamışlar. Hicri V əsirdə padşahların əmri və o günkü mövcud üləma və fəqihlərin qərarıyla içtihad dörd nəfərə məxsus edilmiş və dörd məzhəb yə᾽ni Hənəfi, Maliki, Şafei və Hənbəli məzhəbləri rəsmi məzhəblər olaraq qəbul edilmiş; xalq da onlardan birinə təqlid etməyə məcbur edilmişdir. Bax bu vəziyyət günümüzə qədər davam etməkdədir.

Təqlid məqamında da bu dörd şəxsdən birinin digərlərinə udul edilməsinə dair hər hansı bir dəlil də yoxdur. Yə᾽ni Hənəfinin Malikiyə və ya Şafeinin Hənbəliyə hansı xüsusiyyətiylə üstün olduğu bəlli deyildir. Əgər İslam ümməti bu dörd şəxsin fitvalarının kənarına çıxmamağa məcbur edilirsə, böyük bir durğunluğ meydana gəlir, inkişaf və irələyiş heç bir şəkildə bu ümmət üçün mümkün olamaz. Buna əlavə olaraq İslam dininin bir xüsusiyyətidə bütün zamanlarda mədəniyyət istiqamətində inkişaf etməsidir. Bu inkişaf və tərəqqi hər dövürdə İslamın ümumi əhatəsini qorumaq şərtiylə bir qrup içtihad əhlinin varlığını çətinləşdirir.

Bir çox yeni məsələlər var ki, bu mövzularda ölmüş bir müctehidə təqlid etmək mümkün deyildir. Bu cür vəziyyətlərdə diri bir müçtehidə müraciət edib onun fitvasına görə əməl etmək məcburiyətindəyik. Siz əhli-sünnət uləması arasında sonradan elmi dərəcəsi çox yüksək olan müctehidlər yetişdi. Bu şəxslər elmi olaraq o dörd nəfərdən daha yüksək məqamlara sahibdirlər. Mən içtihad məqamının hansı dəlilə əsaslanaraq istisnasız bir şəkildə bu dörd nəfərə xas edildiyi və digər insanların elmi haqlarının əllərindən alındığını bilmirəm. Amma şiə toplumunda bütün müctehidlər İmamı Zamanın zuhuruna qədər içtihad haqqına sahibdirlər. Biz təqlidə ilk başlayan birinin ölüyə təqlid etməsini əsla caiz bilmirik.



Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin