Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da



Yüklə 2,46 Mb.
səhifə38/63
tarix31.01.2017
ölçüsü2,46 Mb.
#7105
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

ADSIZ ƏSGƏR MƏZARI


Qəzetlərdə, jurnallarda və ya Qərbin bə᾽zi ölkələrinə gedib-gələnlər Paris, London, Berlin, Vaşiqton və başqa bu kimi şəhirlərdə «Adsız Əsgər» deyə adlanan qəbirlər olduğunu söyləyirlər.

Bu qəbirlərin üzərində abidə ucaldan xalqların məqsədini belə açıqlayırlar: Bu əsgər, zalımların zülmünə qarşı, vətənini qorumaq üçün canından keçmişdir. Amma onun bədənindən və paltarından kim olduğu və hansı ailə və şəhirdən olduğuna dair hər hansı bir məlumat və əlamət yoxdur.

O, əsgər, hər nə qədər adsız, kim olduğu bilinməyən olduğuna baxmayaraq, qanını zalımların zülmünü dəf etmək yolunda axıtdığı üçün dəyəri vardır. Hər hansı bir dövlət adamı, baş nazir, nazir, və ya dövlət mə᾽muru o şəhirlərdən birinə səfər etsə, ehtiram olsun deyə o adsız əsgərin qəbrini ziyarətə gedər və məzarı üstünə çələng qoyarlar. Ona, milli heysiyətlərini dünya millətləri qarşısında qorumaq üçün ehtiram göstərirlər.

İndi insaflı ağalardan soruşuram; biz müsəlmanlar 72 nəfər bilinən, tanınan, hamsı alim, abid və təqvalı olan, onlardan bə᾽zisi isə Qur᾽an qarəsi və Hafizi olan, zalımların zülmü qarşısında din və tövhidi, İslam və ədaləti müdafiə etmək yolunda canlarından keçən və əksəriyəti də həzrət Peyğəmbərin pak Əhli-Beytindən olan insanları yad edən və onları ziyarət edənləri təqdir və təşviq etmək əvəzinə onlara manieçilik törətmək təhqir etmək təəssübkeş alimlərin təhrikləriylə onların qəbirlərini dağıtmaq utandırıcı deyilmi?!

Hicri-qəməri 1216-cı ilin Qədiri-Xum bayramı günü Kərbəla əhalisini çox hissəsi ziyarət məqsədilə Nəcəfi-Əşrəfə səfər etmişdilər. Nəcdli Vəhhabilər fürsəti qənimət bilib Kərbəlaya hücum edərək müdafiəsiz zəyif şiələri qətl yetirib mallarını talan etdilər. Tövhid yolunda can vermiş İslam fədakarlarının (Yə᾽ni imam Hüseyn (ə) və Onunla birlikdə şəhid olanların) müqəddəs qəbirlərini dağıdıb yerlə-yeksan etdilər!

Kərbəla əhalisindən təxminən 5 min nəfər, alim-cahil, zəyif-güclü, böyük-kiçik bilmədən, hətta günahsız qadın və uşaqları vəhşicəsinə qətlə yetirdilər. İmam Hüseynin (ə) məqbərəsində ki xəzinələri talayıb qiymətli, daşları, əntiq əşyaları apardılar. Hətta qəbrin üstündəki sənduqəni yandırıb ondan kahvə yaptılar. Bir çox insanı da əsir edib özləriylə apardılar. İnna lillah və inna ileyhi raciun (Yazıqlar olsun belə bir müsəlmanlığa!)

Dünyanın bütün modern ölkələrində alimlərin, sultanların, ziyalıların, hətta adsız əsgərlər belə ehtiramla yad edildiyi halda, müsəlmanlar, iftixarları olan insanların qəbirlərini qorumağı bir yana onları vəhşicəsinə dağıdıb talan etməkləri həqiqətən çoc üzücüdür.

Hətta həzrət Həmzə kimi Ühüd şəhidlərinin qəbirlərini, Əbdülmüttəlib və Əbdullah kimi həzrət Peyğəmbəri (s)n ata və babalarının qəbirlərini, İmam Həsən Müctəba (ə), İmam Zeyn᾽ul-Abidin (ə), imam Baqir (ə) və İmam Sadiq (ə) kimi Rəsulallahın (s) övladları və İslamın iftixarları olan digər kəslərin qəbirlərini Məkkə və Mədinədə dağıdıb yerlə-yeksan etmək sonra da özlərinə biz müsəlmanıq deyirlər! Amma öz rəhbərlərinin və sultanlarının qəbirlərinin üzərində abidələr ucaldırlar!

Sizin və bizim alimlərimiz, mö᾽minlərin qəbirlərini ziyarət etmək haqqında, onların müxtəlif hadisələrdən vaqiələrdən qorunması üçün bir çox hədislər nəql etmişlər. Rəsulallahın (s) bilavasitə özü Mö᾽minlərin qəbirlərini ziyarətə gedib onlar üçün məğfirət diləyirdi.

Buna baxmayaraq, bir qurp qara əllər, dinin adıyla İslamın iftixarı olan böyük şəxsiyyətlərin qəbirlərini dağıdıb onlardan ən kiçik bir əlamət belə qoymurdular. Sözün qısası, deyiləsi dərdlərimiz çoxdur.


ALİ MƏHƏMMƏD HAQQ YOLUN ŞƏHİDLƏRİ


Siz din və tövhid yolunda can verən o uca ailənin insanlarını şəhid olaraq qəbul edirsiniz, yoxsa etmirsiniz? Əgər şəhid qəbul etmirsinizsə, o zaman dəliliniz nədir? Əgər şəhid qəbul edirsinizsə, o zaman nəyə əsasən onlara ölü deyrsiniz? Görəsən, Qur᾽an; «Onlar diridirlər Rəbbləri yanında rızqlanırlar» deyə buyururmu?

Demək ki, Qur᾽an və hədislərin hökmüylə Onlar diridirlər, ölü deyillər. Belə isə biz ölüyə tapınmırıq onlarla salamlaşiırıq. Əksinə biz yaşayanlarla danışırıq.

Şiələrin heç biri Onları, istəklərin qəbul edilməsində əsas olaraq görmürlər, Onları Allahın saleh qulları və Allah yanında e᾽tibarlı şəxslər olaraq qəbul edib Onların vəsiləsiylə Allaha yönəlməktədirlər. (Bu mövzuya əvvəlcədən toxnmuşduq.)

Lakin hacətlərini (istəklərini) Onlara ərz edirlər. Çünki imam (ə) saleh və e᾽tibarlı olduqları üçün Allahdan, biz günahkar qullara inayət etməsini istəməkdədilər. Əgər şiələr, Ya Əli, Ya Hüseyn deyirlərsə, bu buna bə᾽nzəyir ki: Məsələn biri nəfərin padşahdan bir istəyi olur, o da padşahın vəzirinin yanına gedib; Möhtərəm vəzir lütfən mənə yardım edin, deyrsə, o şəxs heç bir zaman vəzirə padşah gözüylə baxmır. O, vəzirin yanına getməklə vəzirə bunu demək istəyir: Sizin padşahın yanında e᾽tibarınız vardır, lütfən vasitəçilik edin ki, mənim bu işim düzəlsin.

Eyni şəkildə şiələr də, heç bir zaman Əli Məhəmməd (s)-ı Allah ya da Allahın fe᾽llərinin (işlərinin) şəriki olaraq qəbul etmirlər. Onları Allahın saleh qulları olaraq görürlər. Çünki Onlar, ibadət, təqva və şəri riyazətlər nəticəsində, pak fitrətləri Allahın yanında xüsusi bir məqama sahib olmuşdur. Bu səbəbdən hər iki aləmdə Onlara imamət, vilayət və böyük məqamlar verilmiş, Allahın izni və əmriylə yaradılmışlar üzərində təsərrüf1 haqqına sahibdirlər.

Onlar, Allah-təalanın əminləri və vəkilləri olduqları üçün, istəklərimizi Allaha ərz edirlər. Əgər uyğun olarsa, istsyimiz yerinə yetirilir. Əks təqdirdə əvəzi axrətdə verilir. Biz bunları əmələn edir və nəticə də alırıq.

Bunlar, «Nə səbəbdən ölülərlə danışırsız?». Sualınıza verdiyim qısa cavablardır. Bu mövzu daha geniş bir şəkildə açıqlana bilər.

Bir incə nöqtənidə nəzərinizə çatdırmaq istərdim. O da budur ki, şiələr mə᾽sum imamın məqamını, digər şəhidlərin məqamından daha üstün bilirlər. Yə᾽ni Onların məqamı, başqa şəhidlər kimi sadəcə diri olduqları mövzusundan başqa bir şeydir. İmamların sadəcə diri olduqlarına deyil, Onların, bunun daha böyük məqamlara sahib olduqlarına da inanmaqdadırlar.



Hafiz: «Bu cümləniz izaha ehtiyacı olan bir müəmmaya bənzəyir. Sizin imamınızın başqa imamlardan fərqi nədir? Sizin imamınız sadəcə seyid olub Rəsulallahın soyuna mənsub olmaqdan başqa hər hansı bir üstünlükləri yoxdur!

vətçi: «Müəmma deyə bir şey yoxdur ortada. Ömrünüz boyu İmamət məqamını tanımadınız və ondan uzaq düşdüyünüz üçün bu mövzunu anlamaq sizə çox çətin gəlir. Əgər təəssüb və adətlərdən kənara çıxıb elm, ağıl, məntiq və insafla İmamət məqamını araşdırsanız, şiənin imamət məqamına olan inancıyla sizin İmamətə olan inancınız arasındakı fərqin nə qədər aşkar və aydın olduğunu görərsiniz.

Bu mövzunu isbat edə bilmək üçün sabahı gözləməyimiz lazımdır. Çünki bu önəmli mövzu geniş bir vaxt tələb edir. İnşaallah sabah söhbət edərik. (Məclisi burada tamamladıq. Sübh azanına yaxın olduğu və söz uzadığı üçün İmamət mövzusunu sabah axşam bəhs edilməsi qəbul edildi. Gülər üzlə ağaları yola saldıq. Onlar da mehribancasına məclisi tərk etdilər.)




Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin