MÜXALİFLƏRİN MÜAVİYƏ İLƏ YEZİDİN XİLAFƏTLƏRİNİ MÜDAFİƏ ETMƏLƏRİ VƏ ONLARIN CAVABI
Şeyx: «Sizin kimi şəxsin, müsəlmanların xəlifəsi Yezid bin Müaviyəni kafir və fasiq e᾽lan etməsi, həqiqətən təəccüblüdür. Siz, Əmirəl-mö᾽minin və mö᾽minlərin dayısı Müaviyə bin Əbi Süfyanın Yezidi xilafət məqamına qoyduğunu və Müaviyəni isə, ΙΙ xəlifə Ömər və ΙΙΙ xəlifə olan məzlum Osmanın (r.z) Şama müsəlmanların əmiri olaraq tə᾽yin etdiyini bilmirsiniz? Xilafətə layiq olduğu üçün də, xalq onları qəbul etmişdi. Siz müsəlmanların xəlifəsinə küfr, mürtəd nisbətiylə, onların xilafətini qəbul edən bütün müsəlmanlara və onları xilafət məqamına gətirən öncəki xəlifələrə də böyük ihanət etdiniz.
Yezid xilafəti dövründə, sadəcə bir xəta və tərki-ovla1 etdi. Onun xilafəti dövründə Rəsulallahın (s) reyhanəsini qətl etdilər. Bu iş isə əfv edilə bilər, çünki bilmədən səhvən baş verən bir əməldir. Bax, o, buna görə də, tövbə etdi. Bağışlayan Allah da, onun günahından keçdi. Çünki imam Qəzali və Dimyeri bu mövzunu kitablarında geniş şəkildə qeyd etmiş və xəlifə Yezidin təmizlik və paklığını isbat etmişlər».
Də᾽vətçi: «Təəssüb dərəcənizin, serkeş2 Yezidi müdafiə edəcək qədər çox olduğuna heç inanmazdım.
Buyurduğunuz bu anlamdakı «Onun (Yezidin) atası onu xilafət məqamına gətirdikləri üçün müsəlmanların onu kor-koranə qəbul edib, sözünə təslim olmaları lazım gəlir» sözünüzə gəlincə; bu sözünüz də, ağıl sahiblərinə görə, xüsusilə elm, hikmət və (sözdə) hürriyyət dövrü olan bu zamanda qəbul edilə biləcək bir şey yoxdur.
Bax buna görə biz, bu cür çətinliklərə düçar olmamaq üçün xəlifənin mə᾽sum olması və Allah tərəfindən tə᾽yin edilməsinin vacibliyinə inanırıq.
«İmam Qəzali, Dimyeri və başqa bu kimilər Yezidin etdiklərini müdafiə etmişlər» sözünüzə gəlincə də, anların da, sizin kimi, təəssübləri ağıllarına və elmlərinə qalib gəlmişdir. Təəssübü ağlına qalib gəlməyən heç bir kəs, Yezid kimi çirkin bir insanın müdafiəsinə qalxmaz. Çünki Yezidin müdafiə ediləcək heç bir əməli yoxdur.
«Yezid sadəcə bir xəta və səhv etdi, o da imam Hüseynin şəhid edilməsidir» sözünüzə gəlincə də, əvvəlcə bunu bilin ki, heç bir günahı olmadan böyüklü-kiçikli 72 nəfərlə bərabər Rəsulallahın (s) bədəninin bir parçası olan imam Hüseynin şəhid edilməsi, onların namuslarının (yə᾽ni qadınlarının) kafir əsirləri kimi əsir alınması sadəcə bir xəta deyil, əksinə böyük günahlardandır. Sonra Yezidin çirkin əməlləri və kafirliliyinin səbəbi, sadəcə imam Hüseyni (ə) şəhid etdiyi üçün deyildir. Onun küfr və mürtətliyini isbatlayan bir çox dəlillər vardır».
Nəvvab: «Əgər Yezidin küfr və mürtədliyini isbatlayan daha aydın dəlillər varsa, onları söyləməyinizi rica edirəm.
YEZİDİN KÜFR VƏ MÜRTƏDLİYİNƏ DAİR DƏLİLLƏR
Də᾽vətçi: «Yezidin küfr və mürtədliyinə dair bir çox dəlil vardır. Məsələn, o həm sözlərində, həm də şe᾽rlərində içindəki küfrünü biruzə vermişdir. Xüsusilə şəraba aid şe᾽rləri açıq dəlillərdir. Məsələn, bir şe᾽rində belə deyir:
Üzüm şərabı hər sübh mənim əlimdə doğur,
Hər axşam isə, mənim ağzımda batır.
Əgər şərab Məhəmmədin dinində haramdırsa,
O halda, onu İsa Məsihin dininə görə iç.
Başqa bir şe᾽rində belə deyir:
Dünya sadəcə, bu dünyadır ki, var,
Bu aləmdən başqa bir aləm yoxdur.
Əgər həqiqətən belədirsə, bəs niyə mən,
Bu aləmin ləzzətlərindən əl çəkməliyəm?!
Bu şe᾽rlərin hamısı onun divanında mövcuddur. Əbul-Fərəc bin Cəvzi «Ər-Rəddu Ələ᾽l-Mütəəsibil-Ənid» adlı kitabında dediklərim qeyd olunmuşdur. Onun kafir, zındıq və mülhid olduğuna dair dəlillərdən bir digəri, Sibt bin Cevzi᾽nin «Təzkirə»də və atası Əbül-Fərəcin geniş şəkildə nəql etdiyi şe᾽rlərdir. O şe᾽rlərindən birinin əvvəlində (sevgilisinə xitab edərək) belə deyir:
Aliyə gəl yanıma, yaxınlaş mənə, sözünü mənə söylə,
Çünki sakit və yavaş danışmağı sevmirəm mən.
Qiyamətdən söz açan o şəxs, yalan sözlər söyləyir.
O, qəlbləri saz və sözdən uzaqlaşdırır.
Çünki «Diqul-Cin» adıyla tanınan və şiənin böyük fəqih, alim, fazil və ədiblərindən olan İbrahim bin İshaq, Abbasi xəlifələrindən Harunur-Raşidin yanında Yezidin bütün şe᾽rlərini oxuduqda, Harun Yezidə lə´nət edərək, belə dedi: «Bu zındıq, Yaradanı və qiyaməti tamamilə inkar etmişdir».
Onun küfr və azğınlığına dəlil olan şe᾽rlərindən bə᾽ziləri nə᾽şəli vaxtlarında oxuduğu nəğmələrin sözləridir. Birində dostlarına xitabən belə deyir:
Durun saza və sözə qulaq verin,
Xalis şərab üçün ay dostlar.
Dini və imanı atın kənara,
Saz, azan səsini unutdurdu mənə.
Müğəni yaşlı qadınları,
Cənnət və hurilərə dəyişərəm.
Məqtəl kitablarında, hətta Sibt bin Cəvzi «Təzkirə» kitabının 148-ci səhifəsində belə nəql edir: Rəsulallahın (s) Əhli-beyti Şama gətirildikdə, Yezid arvadı Ciyrun1 tərəfə baxaraq bu küfr dolu şe᾽rini oxudu:
Ali Məhəmməd əsirlərinin karvanı göründükdə,
Bir qarğa ucadan qarıldamağa başladı.
Dedim ki, ey qarğa2 qarıldasan da, qarıldamasan da,
Mən Peyğəmbərdən borcumu aldım.
O bunu demək istəyirdi: «Ühüddə, Bədirdə və Hüneyndə öldürülən əmisi və qohumlarının intiqamını, Peyğəmbərin övladlarını öldürməklə aldım».
Yezidin küfrünə dəlalət edən dəlillərdən digəri də, həzrət Peyğəmbərin övladını şəhid etdikdən sonra şənliklər təşkil etməsi və Əbdullah bin Zəbariyə aid olan küfr şe᾽rlərini oxumasıdır. Sibt bin Cevzi, Əbu Reyhani Biruni və başqa bu kimi alimlər bu şe᾽rləri qeyd etmişlər. Yezid bu şe´rlərdə, müşrik və kafir olan və böyük Bədir döyüşündə Allah və Rəsulunun əmriylə öldürülən atalarının dirilməsini arzu edir. Şe᾽rin 2-ci və 5-ci beyitlərini Yezid özünə həsr etmişdir. O, bu şe᾽ri, müsəlman, yəhudi və xristianların yanında oxunmuşdur. O şe᾽r budur:
Kaş ki, Bədir döyüşündə ölən qəbiləmin başçıları,
Xəzrəc qəbiləsinin (Ühüd döyüşündə) məğlubiyətini görəydilər.
Görsəydilər, sevinərək deyərdilər: «Əlinə sağlıq, ey Yezid».
Bədirdə ölənlərimizə qarşı, biz də bu gün onların böyüklərini öldürərək, bərabərləşdik.
Bəni-Haşim, səltənətlə oyun oynadılar.
Nə göydən bir xəbər gəlmiş və nə də vəhy nazil olmuş.
Bəni-Əhməd övladlarından intiqam alamasam, Mən Həndəf3 ailəsindən deyiləm.
Biz qanımızın əvvəzini, Əlinin igid və qəhraman oğlunu öldürməklə aldıq.
Əbul-Fərəc, Şeyx Əbdullah bin Məhəmməd bin Əmir Şibrəvi «Əl-İthaf bi-Hubbil-Əşrəf»də, Xətib Xarəzmi «Məqtəul-Hüseyn» adlı kitabının ΙΙ cildində və s. alimləriniz yazırlar ki, məl᾽un Yezid, imam Hüseynin (ə) mübarək dodağına və dişlərinə əlindəki çubuq ilə vuraraq, bu dediyim şe᾽rləri söyləmişdi.
Dostları ilə paylaş: |