Tapşırıq: Azərbaycan Texniki Universitetini saytından istifadə edərək (aztu.edu.az) təqdimat hazırlayın.
MÖVZU: “Azərbaycan Texniki Universitetini “ Tapşırıq: Statistik məlumatlardan istifadə qaydalarına diqqət ediərək təhsil aldığınız fakültə və ixtisas haqqında məlumat hazırlayın. Statistik məlumatları peşəkarlıq və mənbəyin bitərəfliyi baxımından yoxlamaq zəruridir.
Mütləq mənbə göstərilməlidir.
Statistik faktları formalaşdırarkən qeyri-müəyyən ifadələrdən çəkinmək lazımdır.
Yalnız bir meyarla ölçülə bilən amilləri statistik baxımdan müqayisə etmək mümkündür.
Yalnız məlumatların toplumu ilə təsdiq edilənləri təsdiqləmək mümkündür.
Tapşırıq: Ünsiyyətin verbal və qeyri-verbalnövlərindən istifadə edərək “ Vətən müharibəsi” mövzusunda diskusiya aparın.
Özümüz üçün mütləq şəkildə 3 məqamı müəyyənləşdirməliyik.
Kim ilə danışacağam: danışacağım adamla ortaq cəhətlərim nədir, onun ünsiyyət vərdişləri nələrdir, sizə qarşı münasibəti necədir, sizinlə danışarkən hansı taktikadan istifadə edir, müzakirə mövzusu nədir?
Nə danışacağam: hər bir danışığın məqsədi olmalıdır, yəni bu məsələni müzakirə etməklə nəyə nail olmaq istəyirik.
Necə danışacağam: ünsiyyətimizi dəqiq, səlis və mədəni qaydaları gözləyərək aparmalıyıq. İfadələrimizdə sadəliyə, konkretliyə fikir verməliyik. Təqdimatımız baxımlı olmalıdır. Qarşı tərəfin bizi nə dədərəcədə dinləmə istəyinin olub-olmadığını hiss etməli və bunu nəzərə almalıyıq.
Mövzu:2
Azərbaycan dilində işgüzar üslubun mahiyyəti və xüsusiyyətləri.