İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 may 2012-ci il № 2236
Tapşırıq. Diplomatik işgüzar üslub beynəlxalq müqavilələrdə, konvensiyalarda, bəyannamələrdə, memorandumlarda və etimadnamələrdə istifadə olunur. Qeyri-maddi mədəni irsin qorunması haqqında konvensi̇yanın bir hissəsində rəsmi sənədlərin dil xüsusiyyətlərinə diqqət edin.
Qeyri-maddi mədəni irsin qorunması haqqında KONVENSİYA Bundan sonra “YUNESKO” adlandırılacaq Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatının 2003-cü il sentyabrın 29-dan oktyabrın 17-dək Parisdə 32-ci sessiyasına toplaşan Baş konfransı, insan hüquqları haqqında mövcud beynəlxalq hüquqi sənədlərə, xüsusilə də 1948-ci il İnsan hüquqları haqqında Ümumi Bəyannaməyə, 1966-cı il İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta, 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta istinad edərək,
YUNESKO-nun 1989-cu il Ənənəvi mədəniyyətin və folklorun qorunub saxlanmasına dair Tövsiyəsində, YUNESKO-nun 2001-ci il mədəni müxtəliflik haqqında Ümumi Bəyannaməsində və Mədəniyyət Nazirliyinin üçüncü dəyirmi masasında qəbul edilmiş 2002-ci il İstanbul Bəyannaməsində qeyd olunduğu kimi, qeyri-maddi mədəni irsin mədəni müxtəlifliyin mənbəyi və sabit inkişafın təminatçısı kimi əhəmiyyətini nəzərə alaraq,
qeyri-maddi mədəni irslə maddi mədəni və təbii irs arasındakı sıx qarşılıqlı asılılığı nəzərə alaraq,
qloballaşma və sosial dəyişiklik proseslərinin icmalar arasında dialoqun təzələnməsinə şərait yaratmaqla yanaşı, həm də dözümsüzlük təzahürlərinə yol açdığını, xüsusilə də qeyri-maddi mədəni irsin qorunması üçün vəsaitin çatışmazlığı nəticəsində bu irsin deqradasiyaya uğraması, yox olması və dağıdılması üçün ciddi təhlükə mənbəyi olduğunu etiraf edərək,
bəşəriyyətin qeyri-maddi mədəni irsinin qorunmasının təmin edilməsinə hamılıqla can atıldığını və bununla əlaqədar yaşanan ümumi narahatlığı dərk edərək,
icmaların, xüsusilə də yerli icmaların, qrupların və bəzi hallarda ayrı-ayrı şəxslərin qeyri-maddi mədəni irsin yaradılması, mühafizəsi, qorunub saxlanması və yenidən bərpasında mühüm rol oynadıqlarını, bununla da mədəni müxtəlifliyi zənginləşdirdiklərini və insan yaradıcılığına rəvac verdiklərini etiraf edərək,
YUNESKO-nun mədəni irsin mühafizəsinə yönəldilən normativ aktların, xüsusilə də 1972-ci il Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanın işlənib hazırlanması ilə bağlı fəaliyyətinin böyük əhəmiyyətini qeyd edərək,
daha sonra, hal-hazırda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı məcburi qüvvəyə malik heç bir çoxtərəfli hüquqi aktın mövcud olmadığını qeyd edərək,
mədəni və təbii irslə bağlı qüvvədə olan beynəlxalq saziş, tövsiyə və qətnamələrin qeyri-maddi mədəni irsə dair yeni müddəalar vasitəsilə səmərəli şəkildə zənginləşməyə və əlavələr edilməyə ehtiyacı olduğunu nəzərə alaraq,
qeyri-maddi mədəni irsin və onun qorunmasının əhəmiyyətinin xüsusilə də gənc nəsillər arasında daha dərindən qavranılmasının zəruriliyini nəzərə alaraq,
beynəlxalq birliyin Konvensiyanın iştirakçısı olan dövlətlərlə birlikdə əməkdaşlıq və qarşılıqlı yardım ruhunda bu cür irsin qorunmasına kömək göstərməsini vacib hesab edərək,
qeyri-maddi mədəni irslə, xüsusilə də bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərinin elan edilməsi ilə bağlı YUNESKO-nun proqramlarını xatırladaraq,
insanlar arasında yaxınlaşmaya, mübadiləyə və qarşılıqlı anlaşmaya rəvac verən amil kimi qeyri-maddi mədəni irsin əvəzsiz rolunu nəzərə alaraq, 2003-cü il oktyabrın on yeddisində bu Konvensiyanı qəbul etdi.