Humanitar fənər


Rəsmi işgüzar üslubda rəsmi və işgüzar sənədlər



Yüklə 1,13 Mb.
səhifə5/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   2   3   4   5   6   7   8   9   ...   109
Humanitar f n r

Rəsmi işgüzar üslubda rəsmi və işgüzar sənədlər. Rəsmi işgüzar üslub rəsmi və işgüzar sənədlərin dil xüsusiyyətləridir. Ona görə də rəsmi və işgüzar sənədlərinin dil təzahürünə rəsmi işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Standartlıq və yığcamlıq bu üslubun bir qədər quruluğunu göstərir. Rəsmi işgüzar üslubda artıq sözlər, obrazlı, poetik ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən uzaq qaçılır. Bu üslubun normallığı möhkəmdir. Ancaq lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
Rəsmi işgüzar üslub standart formalardan kənara çıxmır və onun tarixi təkamül prosesi məhz elə bu cür formalaşmışdır. Bu üslubun tarixi dövlətçilik, müstəqillik ənənələri ilə bağlıdır. Müstəqillikdən əvvəlki dövrlərdə ərəb, fars, rus dillərinin təsiri ilə bu üslubun fəaliyyətinə imkan verilməmişdir. Təbii ki, bu da rəsmi işgüzar üslubun milliliyinə xələl, ziyan gətirmişdir. Hal-hazırda Azərbaycan dövlətinin müstəqilliyi, dogma ana dilimizin dövlət dili kimi işlənməsi rəsmi işgüzar üslubun funksional imkanlarını genişləndirir. Rəsmi işgüzar üslub rəsmi və işgüzar sənədlərin dilini əhatə edir. Rəsmi sənədlərə konstitusiya, qanun, qərar, kodeks, sərəncam, fərman, əmr və s. işgüzar sənədlərə tərcümeyi-hal, ərizə, bildiriş, elan, arayış və s. daxildir.
Rəsmi sənədlər barədə bunları bilmək gərəklidir:

  • rəsmi sənədlər dövlət, yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada, yəni rəsmi şəxsin imzası, möhürü və s. ilə təsdiq olunan sənədlərdir;

  • rəsmi sənədləri xüsusi mütəxəssislər hazırlayır. Bu sənədlər müxtəlif səviyyələrdə müzakirə olunur və qəbul edilir;

  • rəsmi sənədlər mühüm hüquqi məzmuna malik olur, tarixi əhəmiyyət daşıyır;

  • rəsmi sənədlərlə dövlətlərarası və dövlətlərdaxili münasibətlər tənzimlənir;

  • rəsmi sənədlərdə maksimum mükəmməllik gözlənilir, fikrin birmənalılığına, aydınlığına, hüquqi əsaslığına diqqət yetirilir;

  • rəsmi sənədlər quruluşuna görə bölmələrə, maddələrə, bəndlərə ayrılır.

İşgüzar sənədlər barədə isə aşağıdakıları bilmək vacibdir:

  • işgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır. Həcm etibarilə, adətən, rəsmi sənədlərdən kiçik olur;

  • rəsmi sənədləri, bir qayda olaraq, mütəxəssislər tərtib etdiyi halda, işgüzar sənədlər hər bir şəxs özü hazırlaya bilər;

  • işgüzar sənədləri yazmaq üçün çox vaxt hazır formalar olur. Hazır formaların olması ona görə vacibdir ki, artıq vaxt getməsin, sənəddə artıq sözlər, ifadələr işlədilməsin, imla xətalarına və qüsurlu cümlələrə yol verilməsin.

Müxtəlif cür anlaşılan sözlərə, cümlələrə yer verilən sənəd nöqsanlı hesab olunur. Məktublar rəsmi işgüzar sənədin ən sərbəst formasıdır.


İşgüzar üslubun xüsusiyyətlərini özündə əks etdirən çalışmalar və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin