Humanitar fənər


Tapşırıq. Rəsmi sənəd növü olan Fərmanın dil üslubu ilə tanış olun və sənədin dil xüsusiyyətlərinə diqqət yetirin. Nümunə



Yüklə 1,13 Mb.
səhifə56/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   52   53   54   55   56   57   58   59   ...   109
Humanitar f n r

Tapşırıq. Rəsmi sənəd növü olan Fərmanın dil üslubu ilə tanış olun və sənədin dil xüsusiyyətlərinə diqqət yetirin.
Nümunə: FƏRMAN Alii hakimiyyət orqanının - Prezidentin (vahid şəkildə) öz səlahiyyətləri daxilində qəbul etdiyi, hüquqi məzmununa görə normativ Fərman, yəni ümumi hüquqi normaları, qaydaları müəyyən edən və fərdi Fərman, yəni hüquq normasını konkret hadisəyə tətbiq edən, bütün aşağı səlahiyyətli vəzifəli şəxslər, dövlət və qeyri-dövlət qurumları və vətəndaşlar üçün məcburi qüvvəyə malik olan hüquqi aktdır.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2021-ci il.


Tapşırıq. Rəsmi-işgüzar yazılı dilin əsas formalarından biri olan əmr nümunələrində dil xüsusiyyətlərinin əsas göstəricilərinin əməl edilməsinə diqqət yetirin.

Nümunə 1


“Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında əsasnamə”nin 8.10-1-ci vı 13.5-cü bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:



  1. Azərbaycan Respublikasının dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarının 2020-2021-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiq edilsin (1 və 2 nömrəli əlavələr)

  2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) həmin tədris (məşğələ) planının vaxtında yerlərə çatdırılmasını, İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavələrlə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

  3. Əmrin icrasına nəzarət nazir müavini Firidun Qurbanova həvalə olunsun.




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin