Şəxsi sənədlər, oların növləri və tərtibi qaydaları.Şəxsi iş kağızı – işgüzar ünsiyyətdə iştirak edən bir şəxsin ehtiyaclarına xidmət edən sənəddir. Belə sənədlərdən biri də tərcümeyi-haldır.
Tərcümeyi-hal. Tərcümeyi-hal müəllifin özü haqqında müstəqil tərtib etdiyi sənəddir. Bu sözün əvəzinə bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə “tərci”-geri çevirmə, döndərmə, təkraretmə və “hal”(surət, vəziyyət) sözlərinin birləşməsindən ibarətdir. Bütün məlumatlar xronoloji qaydada verilir. Tərtib edilmiş tərcümeyi-halın bir qisim məcburi elementləri var:
valideynlər və yaxın qohumlar haqqında məlumat (soyadı, adı, atasının adı, doğum tarixi, iş yeri, təhsil yeri və yaşayış yeri);
tərcümeyi-halın tərtib edildiyi tarix;
şəxsi imza.
CV. CV-qısaca olaraq tərcümeyi-haldır. CV vasitəsilə hər bir kəs özünü professional şəkildə təqdim edə bilər. Əgər hər hansı bir şirkət vakansiya elan edibsə və siz bu vakansiyaya müraciət etmək istəyirsinizsə, onda həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. CV sizin vakansiyaya uyğun olub olmadığınızı çatdıracaq və ilkin baxışdan sonar sizin barənizdə bir fikir formalaşacaq. CV yazılma məqsədləri müxtəlif ola bilər: təhsil, iş, təcrübə proqramları, konfrans və s.
CV hazırlayarkən aşağıdakı məlumatlara xüsusi diqqət yetirilməlidir:
Ad, soyad, doğum tarixi, doğum yeri, ünvan, telefon nömrəsi, electron poçt ünvanı
Bu məlumatların tam dəqiq və düzgün olmasına əmin olun. Çünki işə götürənin ilk baxdığı məlumatlar bunlar olur və burada yanlış hər bir məlumat sizin haqqınızda artıq mənfi rəyin formalaşmasına səbəb olur.
Təhsil
Burada sizin sahib olduğunuz təhsil dərəcələriniz qeyd olunur. Burada bitirdiyiniz və ya hal-hazırda təhsil aldığınız universitet haqqında məlumatın olması daha vacibdir. Çünki insan resursları mütəxəssisləri və ya CV-nin ünvanlandığı şəxsləri məktəb təhsilindən çox ali təhsil maraqlandırır.
Əgər varsa, iş təcrübəsini mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən, burada hansı vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar.