Humanitar fənər


Yazılı işgüzar ünsiyyətin etikası



Yüklə 1,13 Mb.
səhifə55/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   51   52   53   54   55   56   57   58   ...   109
Humanitar f n r

Yazılı işgüzar ünsiyyətin etikası. İşgüzar yazılı ünsiyyətdə başlıcca tələblərdən biri də etiket qaydalarının gözlənilməsidir. Etiket qaydalarının gözlənilməsi işgüzar münasibətlərin qurulmasına və pozitiv istiqamətdə inkişafına kömək etməklə yanaşı, əməkdaşlığın sağlam təməlini yaradır, etibarlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Ona görə də işgüzar yazılı ünsiyyətdə aşağıdakı etiket qaydalarına əməl edilməlidir:

  • Tərəf müqabilinə, qarşı tərəfə hörmət əlaməti olaraq işgüzar yazılı sənədin bir ünvana göndərilməsi daha düzgündür. Bu, işgüzar əlaqələrin möhkəmlənməsinə münbit şərait yarada bilər;

  • Hüquqi və fiziki şəxsin ünvanına daxil olmuş məktuba (sənədə) mütləq vaxtında cavab verilməlidir. Verilən cavab konkret və aydın olmalı, quru sözlərdən və yalnız dəftərxana ifadələrindən (rəsmi ifadələrdən) ibarət olmamalıdır;

  • Məktubun (sənədin) bir neçə ünvana göndərilməsi zərurəti yaranarsa, hər bir nüsxəsinin üzərinə “surəti” sözü əlavə olunmalıdır. Məsələn, “Azərbaycan Respublikası Təhsil Nazirliyinə”. Surəti: “Bakı şəhər icra hakimiyyətinə”. Belə olan hallarda işgüzar məktubun göndərildiyi birinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. Məktubun surəti göndərildiyi şəxsin və ya təşkilatın cavabı məcburi deyildir;

  • Hər bir işgüzar məktubun konkret mövzusu olmalıdır. Bu, qarşı tərəfin vaxtına qənaət deməkdir. Belə ki, digər yazışmalar arasında göndərilən məktublar içərisində konkret mövzulu məktub asanlıqla tapılır və ona cavab verilməsinə kömək edir;

  • İşgüzar məktub salamlaşma ilə başlayır, sonra onun ünvanlandığı şəxsə və təşkilata müraciətlə davam etdirilir. Bu hal qarşı tərəfin vacib bir şəxs olması qənaətinə gəlməsinə səbəb olur.



Yazılı işgüzar kimmunikasiyaya aid nümunələr və Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.

Tapşırıq: Suallara cavab verin.



  1. Yazılı işgüzar ünsiyyətin dedikdə nə başa düşülür?

  2. Yazılı işgüzar ünsiyyətin əsas məqsədi nədir?

  3. Rəsmi-işgüzar yazılı dilə aid sənədlər hansılardır, onların hansı xüsusiyyətləri vardır?

  4. Yazılı ünsiyyət şifahi ünsiyyətdən hansı üstünlüklərə malikdir?

  5. Yazılı işgüzar ünsiyyətin etikası nədir?




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin