Təşkilati və inzibati sənədlərin hansı janr orijinallığı vardır?
Müqavilənin strukturunun hansı məcburi şərtləri vardır?
Fərmanla sərəncamı fərqləndirən cəhət hansıdır?
İnzibati sənədlərin əsas vəzifəsi nədir?
Tapşırıq. Verilmiş nümunəyə uyğun müqavilə hazırlayın və təqdim edin.
MÜQAVİLƏ Bakı şəhəri 24 fevral 2018-ci il Biz, aşağıda imza edənlər, gələcəkdə «İydə» adlanacaq Parfümeriya Kompleksinin direktoru A. Z. Əkbərli və gələcəkdə «Zambaq» adlanacaq Gəncə Ətriyyat Evinin direktoru E . İ. Əhmədli arasında belə bir müqavilə bağlanır:
«İydə» Bakı şəhər, N. Yusifbəyli küç. 59, 2 mərtəbə, 107 kv.m.sahəsi olan otaqları kirayə verir. «Zanbaq» isə onları kirayə götürür;
Kirayə müddəti belə müəyyənləşdirilib: 01.02.2018-ci ildən 01.02.2019-cu ilə qədər;
Tərəflərin razılığına görə kirayə haqqı 2 min (iki min) manatdır;
Bu müqavilədə göstərilən kirayə verənin hüquqlarının başqasına verilməsi yalnız «İydə»nin yazılı razılığı ilə mümkündür;
«Zanbaq» hər rübün birinci ayının 10-na qədər rüblük kirayə haqqını ödəməlidir;
Müqavilə iki nüsxədə imzalanır ki, biri «İydə» də qalır, o biri isə «Zanbağ»a verilir.
Tərəflərin ünvanı:
Tədris kompleksi, Parfümeriya Kompleksinin Bürosunun Yaradıcılıq Birliyi:
Bakı, N.Yusifbəyli küç. 59, 2 mərtəbə, hesab N-7325487, Binəqədil rayonu. mənzil-təsərrüfat bankı.
Bakı ş., Səbail rayonu, 24. Hesab № 6439856, Nərimanov rayonu.