Humanitar fənər



Yüklə 1,13 Mb.
səhifə61/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   57   58   59   60   61   62   63   64   ...   109
Humanitar f n r

Tapşırıq: Suallara cavab verin.



  1. Şəxsi sənəd növlərin hansılardır?

  2. Tərcümeyi-halın hansı məcburi elementləri vardır?

  3. CV hazırlayarkən hansı məlumatlara diqqət yetirmək lazımdır?

  4. CV yazarkən ən çox edilən səhvlər hansılardır?

  5. CV rezümedən nə ilə fərqlənir?

  6. Xülasəni yazarkən hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

  7. Ərizəyə verilən tələbləri və ərizənin quruluşunu izah edin.



Tapşırıq. Verilmiş nümunəyə uyğun Tərcümeyi-hal hazırlayın və təqdim edin.
Nümunə
TƏRCÜMEYİ-HAL
Mən, Məmmədov Əhməd Səməd oğlu, 1970-ci ildə Bakı şəhərində anadan olmuşam. 1976-cı ildə Bakı şəhərindəki 42 nömrəli məktəbin birinci sinifinə daxil olmuş, 1986-cı ildə oranı bitirmişəm. Həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) birinci kursuna qəbul olmuş, 1990-cı ildə isə fizika müəllimi ixtisası alaraq ali təhsilimi başa vurmuşam.
1990-1993-cü illərdə ordu sıralarında xidmət etmişəm. 1993-cü ildən indiyə qədər Bakı şəhərində 34 nömrəli orta məktəbdə fizika müəllimi işləyirəm.
Atam – Məmmədov Səməd Məmməd oğlu, təqaüdçüdür.
Anam – Məmmədova Nazilə Cəbrayıl qızı, təqaüdçüdür.
Evliyəm. Həyat yoldaşım – Məmmədova Fidan Rəsul qızı evdar xanımdır.
Oğlum – Məmmədov İlkin Əhməd oğlu Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.
Qızım – Məmmədova Əfsanə Əhməd qızı Azərbaycan Dövlət Tibb Universitetinin I kurs tələbəsidir.
Yaradıcı əməyimə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanını almışam.


İmza: Əhməd Məmmədov
12 iyul 2020-ci il
Tapşırıq. CV formasını işləyin və təqdim edin.
İş üçün müraciət anketi (CV)



Soyadı




Adı




Atasının adı




Təvəllüdü




Anadan olduğu yer




Ailə vəziyyəti




Qeydiyyatda olduğu ünvan




Hal-hazırda yaşadığı ünvan




Telefon nömrəsi

Ev




Mobil




E-poçt





Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin