Humanitar fənər



Yüklə 1,13 Mb.
səhifə69/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   65   66   67   68   69   70   71   72   ...   109
Humanitar f n r

Pedaqoji kadr hazırlığı
Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində yüksəkixtisaslı müəllimlərin sayını artırmaq məqsədi ilə Türkiyə Respublikasının ali təhsil müəssisələrində magistratura və doktorantura proqramları üzrə kadrların hazırlanmasında Türkiyə Respublikası Ali Təhsil Şurası müvafiq qanunvericilik çərçivəsində lazımi kömək göstərəcəkdir.
Maddə 5
Tanınma
Azərbaycan tərəfi Türkiyədə keçirilən tələbə qəbulu üzrə imtahanların nəticələrinə görə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə təhsil almaq üçün qəbul olunan tələbələrin təhsilləri barədə hər il Türkiyə tərəfini məlumatlandıracaqdır. Türkiyə tərəfi Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin kataloqunda göstərilən şərtlər çərçivəsində Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən yerləşdirilmiş Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələri məzunlarının diplomlarını tanıyacaqdır.
Azərbaycan tərəfi müvafiq ixtisaslara qəbul üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan keçid balından artıq bal toplamış və Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş və təhsilini başa vurmuş Azərbaycan Respublikası vətəndaşlarının diplomlarını tanıyacaqdır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş imtahanların nəticələri Azərbaycan Respublikası vətəndaşlarının Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbulu zamanı nəzərə alınacaqdır.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanda iştirak etməyən, lakin Türkiyə Respublikasının ali təhsil müəssisələrini bitirən Azərbaycan Respublikası vətəndaşlarının diplomlarının tanınmasına milli qanunvericiliyə uyğun olaraq fərdi şəkildə baxılacaqdır.
Türkiyə Respublikasının Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi tərəfindən keçirilən imtahanda iştirak etməyən və Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirmiş Türkiyə Respublikası vətəndaşlarının diplomlarının tanınmasına milli qanunvericiliyə uyğun olaraq fərdi şəkildə baxılacaqdır.
Maddə 6
Məhdudiyyətlər
Bu Anlaşma Memorandumu üzrə Tərəflər arasında əməkdaşlıq Tərəflərin milli qanunvericiliyi ilə məhdudlaşır. Bəzi layihələrlə bağlı başqa cür müəyyənləşdirilmədiyi təqdirdə, Tərəflər büdcə resurslarına uyğun olaraq hərəkət edəcəklər.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Anlaşma Memorandumunun tətbiqi zamanı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 8
Əlavələr və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna istənilən əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və 9-cu maddənin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.
Maddə 9

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin