AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il oktyabrın 31-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 5 fevral 2018-ci il
№ 1815
Saziş 21 fevral 2019-cu il tarixdən qüvvəyə minib. Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında ali təhsil sahəsində əməkdaşlığa dair ANLAŞMA MEMORANDUMU Bundan sonra birlikdə “Tərəflər”, ayrılıqda isə “Azərbaycan tərəfi” və “Türkiyə tərəfi” adlandırılacaq Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası ali təhsil sahəsində əməkdaşlığın təşviq edilməsi məqsədi ilə aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsəd Bu Anlaşma Memorandumunun məqsədi ali təhsil pilləsində əməkdaşlıq üçün təşkilati çərçivəni təsis etmək və iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi əməkdaşlığı davam etdirməkdir.
Maddə 2
Əməkdaşlıq sahələri 1-ci maddədə qeyd olunan məqsədlərə çatmaq üçün Tərəflər:
a. mərkəzləşdirilmiş imtahanların nəticələri əsasında qəbul olunan tələbələr istisna olmaqla, öz xərcləri ilə təhsilini davam etdirmək istəyənlər arasında seçim edərkən digər ölkənin ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların nəticələrinin nəzərə alınması məqsədi ilə öz ali təhsil müəssisələrini məlumatlandıracaqlar;
b. ali təhsil proqramlarına tələbə qəbulu və diplomların qarşılıqlı olaraq tanınması və ekvivalenti iyi daxil olmaqla, ali təhsillə bağlı qanunvericilikdə dəyişikliklər barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar;
c. ali təhsil sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsinin öyrənilməsi və ali təhsil proqramlarının uyğunlaşdırılması istiqamətində təşəbbüs göstərəcəklər;
d. hər iki ölkənin ali təhsil müəssisələrinin mübadilə proqramlarında qarşılıqlı şəkildə tələbələr və professor-müəllim heyətinin iştirakının genişləndirilməsi istiqamətində zəruri səy göstərəcəklər;
e. ali təhsil müəssisələri arasında birgə fəaliyyət və proqramların keçirilməsini həvəsləndirəcək, həmçinin tələbələr və professor-müəllim heyəti üçün yay məktəblərinin təşkilini təşviq edəcəklər.
Maddə 3
Birgə ali təhsil proqramları Tərəflər iki ölkənin ali təhsil müəssisələri arasında bakalavriat, magistratura və doktorantura səviyyələrində birgə ali təhsil proqramlarının təsis edilməsini, həyata keçirilməsini və inkişaf etdirilməsini təşviq edəcəklər.
Maddə 4