Biznes sahəsində işgüzar ünsiyyət; əsas etik prinsiplər, davranış qaydaları və danışıqların aparılması texnikası. Kommersiya yazışmaları və işgüzar tövsiyələr.
İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən istifadə qaydaları və bu sahədə diqqət edilməsi lazım olan məqamlara aid tapşırıqlar və nümunələr üzərində praktik işlər.
Biznesdə sahəsində işgüzar ünsiyyət mədəniyyətinin əsasında ünsiyyətin hamı tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur: hər bir fərd təkrarsızdır, dəyərlidir. Onlarla münasibətdə nəzakətlilik, ədəblilik, mərifətlilik, təvazökarlıq, dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alınmalıdır.
Nəzakətlilik -insanlara, onların ləyaqətinə hörmətli münasibətin salamlaşmada ifadəsidir ki, özünü səsin intonasiyasında, mimika və jestlərdə göstərməlidir.
Ədəblilik - özünü istənilən vəziyyətlərdə, xüsusilə də münaqişələr zamanı ədəb qaydaları çərçivəsində aparmağı bacarmaqdır. Ədəbli davranış, xüsusilə həqiqətin axtarılmasına həsr edilən və bu zaman yeni konstruktiv ideyaların meydana çıxdığı, fikir və əqidənin sınağa çəkildiyi mübahisələr zamanı mühümdür. Lakin əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlarla müşayiət olunursa, adi qovğaya çevrilir.
Mərifətlilik- kommunikasiya mədəniyyətinin mühüm tərkib hissələrindən biridir. Mərifət hissi, əvəla, ölçü, ünsiyyətdə sərhədləri gözləmək duyğusudur ki, bunları nəzərə almamaq qarşı tərəfi incidə, çətin vəziyyətə sala bilər.
Təvazökarlıq- qarşı tərəfin qiymətləndirməsinə təmkinlə yanaşmaq, zövqünə, əqidəsinə hörmət etmək deməkdir. Təvazökarlığın əksi lovğalıq, açıq-saçıqlıq, ədabazlıqdır.
Dəqiqlik- işgüzar münasibətlərin uğurlu olmasında mühüm əhəmiyyətə malikdir. Həyat fəaliyyətində istənilən formada verilmiş vədlərin və qəbul edilmiş öhdəlilkərin dəqiq şəkildə yerinə yetirilməsi olmadan işləri idarə etmək çətindir.
Xeyirxahlıq- hər şeydən əvvəl, birinci olaraq hörmət göstərmək, başqa adamı narahatlıqdan və xoşagəlm hallardan xilas etməkdir.
Biznes sahəsində kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda aşağıdakı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:
Empatiyalar - dünyanı başqalarının gözləri ilə görmək, onlar kimi dərk etmək bacanğı;
Xeyirxahlıq- hörmət, rəğbət, bəzi hərəkətləri bəyənməsələr də, insanları başa düşmək bacanğı, başqalarını müdafiə etməyə hazır olmaq;
Mötəbərlik- başqaları ilə ünsiyyət zamanı özü olaraq qalmaq;
Konkretlik - öz həyəcanları, fikirləri, hərəkətləri haqqında konkret danışmaq, suallara birmənalı cavab vermək;
Təşəbbüskarlıq- “daim irəliyə getmək”, təmas qurmaq, fəal müdaxilə tələb edən vəziyyətlərdə başqalarının nə isə edəcəyini gözləmədən hansısa işləri başlamağa hazır olmaq;
Səmimilik - səmimi danışmaq və “düz dolanmaq” bacanğı;
Açıqürəklilik- başqalarına öz daxili aləmini açmağa hazır olmaq və bunun ətrafdakılarla sağlam, möhkəm əlaqələr yaradılmasına səbəb olduğuna qəti inamın mövcudluğu;
Hisslərin qəbul edilməsi- öz hisslərini ifadə etmək və başqalarının emosional təsirlərini qəbul etməyə hazır olmaq;
Özünüdərketmə- şəxsi həyatına və davranışlarına tədqiqatçı münasibət, başqalarından səni necə qəbul etmələrinə aid istənilən informasiyanı eşitməyə və bu zaman özünüqiymətləndirmə aparmağa hazır olmaq;
Biznes sahəsində kommunikasiya mədəniyyətinin səviyyəsinin yüksəldilməsi aşağıdakı sosial-psixoloji bacarıqların inkişafına yönəldilməlidir:
Psixoloji baxımdan düzgün və şərait baxımından uyğun olduqda ünsiyyətə daxil olmaq;
Ünsiyyəti müdafiə etmək, tərəfdaşın fəallığını stimullaşdırmaq;
Ünsiyyətin bitmə “nöqtəsini” psixoloji baxımdan düzgün müəyyənləşdirmək;
Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixoloji xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;