Humanitar fənər



Yüklə 1,13 Mb.
səhifə84/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   80   81   82   83   84   85   86   87   ...   109
Humanitar f n r

Təşəkkür məktubu. Təşəkkür məktubu yazmaq üçün heç bir ciddi forma və dəqiq tələb yoxdur. Hər hansı bir formada tərtib edilir. Ancaq şirkətin firma blankında tərtib etmək məqsədəuyğundur. Təşəkkür məktubu dəvətnamə və ya təbrik məktubuna cavab ola bilər.Təşəkkür qeydində bu ifadələr ola bilər:
Dərin təşəkkürümüzü bildiririk ...
Şirkət "..." səmimi minnətdarlığını bildirir ... və s.


Təsdiq məktubu. Belə bir məktubun məqsədi təhvil verilən materialların, məlumatların, sənədlərin alınması, əvvəllər əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin təsdiqlənməsi və s. ilə bağlı olur. Təsdiq məktubu təşkilatın blankında çap olunur. Təsdiq məktubu aşağıdakı şablon ifadələrlə müşayiət olunur: Aldığımızı bildiririk ... Qəbzini təsdiq et ... Minnətdarlıqla təsdiq edirik ... MMC "..." ilə razılığını təsdiqləyir və s.


Yazılı mesaj nümunələrinə aid çalışmalar və komunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər


Tapşırıq. Suallara cavab verin.

  1. Qeyri – kommersiya məktubları hansılardır?

  2. Şikayət məktubuna aid nümunə tərtib edin.

  3. Hansı tipli ticarət məktubları mövcuddur?

  4. Bülluten nədir?

  5. Zəmanət məktubu tərtib edərkən nələrə diqqət etmək lazımdır?

Tapşırıq. Dəvət məktublarında bir qayda olaraq adresata şəxsi müraciətlər edilir və “Hörmətli...!” , “dəvət edirik” kimi açar ifadələrdən istifadə olunur: “sizi... ...iştirak etməyə dəvət edirik” “...sizi sərgiyə dəvət edirik” “... sizi ... iştirak etməyə dəvət edirik”. Dəvət məktubuna aid nümunə əsasında məktub hazırlayın.
Şəxsi dəvət məktubu (nümunə)
Hörmətli Abdulla Əhmədov!
Sizi “Şahdağ” şirkətinin yaranmasının 10 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq mərasiminə dəvət edirik. Yığıncaq Ş.Əzizbəyov küç., 10. ünvanında saat 16. 00-da şirkətin baş ofisinin konfrans-zalında keçiriləcəkdir.
Şahdağ” şirkətinin müdiri A.Əliyev
Tapşırıq. Aşağıdakı nümunədə məktubun hansı növü göstərilib?
Məlumat veririk ki, şirkətimizin məhsullarından ibarət sərginin müddətinin 3 həftəyə qədər uzadılması təklifi ona göstərilən yüksək səviyyəli maraq səbəbindən qəbul olunacaqdır.
Tapşırıq. Zəmanət məktubunun mətni, digər məktubların növündən fərqli olaraq, göndərən tərəfindən götürülmüş öhdəlikləri izah edən yazıları ehtiva edir. Aşağıda qeyd olunan açar ifadələrdən istifadə edərək zəmanət məktubu yazın.
"Bu məktubla təsdiqləyirik ...";
"Ödənişə zəmanət veririk";
"Ödəniş məbləğində ... müqavilədə göstərilən şərtlərə uyğun olaraq zəmanət veririk ...";
"Sazişdə nəzərdə tutulmuş ödəmə şərtlərinə uyğun olaraq kreditin qaytarılmasına zəmanət veririk ...";
"Göstərilən xidmətlər üçün ödənişin qəbul şəhadətnaməsi imzalandığı gün ödəniləcəyinə zəmanət veririk ...".


Mövzu 19




  1. Yüklə 1,13 Mb.

    Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin