Humanitar fənər



Yüklə 1,13 Mb.
səhifə83/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   79   80   81   82   83   84   85   86   ...   109
Humanitar f n r

Bülleten : [fr.]

    • İctimai əhəmiyyəti olan hadisə haqqında qısa məlumat. Hava bülleteni.

    • Bəzi dövri məcmuələrin adı. Elmlər Akademiyasının bülleteni. Ali Təhsil Nazirliyinin bülleteni.

    • Seçki vərəqəsi. Səsvermə bülleteni. Hər bir vətəndaş seçki siyahısında qeyd olunduqdan sonra, seçki bülleteni alır. (Qəzetlərdən).

    • Xəstənin xəstəlik günlərini göstərən rəsmi vərəqə. [Bənövşə:] Ona yalandan bülleten verən doktoru məsuliyyətə almaq lazımdır. S.Rəhman.

Zəmanət məktubu. Zəmanət məktubu müəyyən hərəkətlərin yerinə yetirilməsinin və ya müəyyən şərtlərin (alınan məhsulların, görülən işlərin və ya göstərilən xidmətlərin ödənilməsi şərtləri və faktı, keyfiyyət zəmanəti və s.) təsdiqlənməsini (zəmanəti) özündə əks etdirən qeyri-kommersiya xarakterli bir iş növüdür. Zəmanət məktubu öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün bir yoldur, buna görə təşkilatın firma blankında rəhbərin (bəzən mühasibin) möhürü və imzası ilə tərtib etmək tövsiyə olunur. Zəmanət məktubu tərtib edərkən aşağıdakı məlumatlar nəzərə alınmalıdır:

      • çıxan sənədin nömrəsi və tarixi;

      • müraciət olunduğu qurumun və vəzifəli şəxsin adı;

      • sənədin adı (zəmanət məktubu);

      • məktubun mətni;

      • bank rekvizitləri, habelə öhdəliklərin pozulması halında cərimənin məbləği (ödəniş zəmanəti olduqda).

Bank Zəmanətləri. Ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq prosesində tərəfdaşlardan birinin digəri qarşısında öhdəliklərini icra edə bilməməsi və ya icradan imtina etməsi riskləri mövcuddur. Digər tərəfin maliyyə itkilərindən özünü etibarlı şəkildə qorumaq üçün bütün dünyada bank zəmanəti xidmətindən geniş istifadə edilir.
Bank zəmanətinin təsviri. Bank zəmanəti – müştəri (alıcı / borclu / prinsipal) öhdəliklərinə uyğun qaydada digər tərəfə (satıcıya / kreditora / benefisiara) ödənişi həyata keçirmədikdə, Bankın (zaminin) digər tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət (qarantiya) məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır. Beynəlxalq bank zəmanəti – Bankın xaricdə olan tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır. Bank zəmanəti – müqavilə təşkil edilərkən risklərin sığortalanmasının bir növüdür. Belə sığortalanmanın mahiyyəti ondan ibarətdir ki, müqavilə iştirakçısının (prinsipial) xahişi ilə tərəflər arasında bağlanan müqavilə üzrə riskləri bank, sığorta şirkəti və yaxud digər hüquqi şəxs (zəmanət) üzərinə götürür. Zəmanət yazılı formada təqdim edilir. Kreditor qarşısında prinsipial tərəfindən öz öhdəliklərinin yerinə yetirilməməsi halında zamin sonuncunun bütün zərərlərini və yaxud zəmanətdə qeyd olunmuş həcmdə zərəri öz üzərinə götürür. İqtisadi cəhətdən zəmanət bir çox hallarda zaminlikdən fərqlənmir. Daha doğrusu, zaminlikdə olduğu kimi bank zəmanəti borcalanla müqavilə imzalayan zaman kreditorun qazandığı riskləri sığortalayır. Lakin bu iki anlayış arasında fərqlər də mövcuddur. Müqavilənin bir hissəsi olan zaminlikdən fərqli olaraq, bank zəmanəti təmin etdiyi müqavilənin bir hissəsi hesab edilmir. Zəmanət verənin öhdəliyi müqavilənin inkişafından asılı olaraq dəyişə bilməz. Bank zəmanəti müəyyən müddətə verilir və zamin tərəfindən ləğv edilə bilməz. Bank zəmanətində üç tərəf iştirak edir: zamin, prinsipial (borcalan) və benefisiar (kreditor). Bank zəmanəti prosesində zamin qismində istənilən maliyyə-kredit təşkilatı və yaxud sığorta şirkəti oynaya bilər. Burada borcalan qismində isə hər hansı məhsul və yaxud xidmət təchizatçısı, alıcı, bank borcalanı və s. ola bilər. Benefisiar – bank zəmanəti ilə təmin edilən müqavilədə kreditor rolunu oynayan şəxsdir.
Təşəkkür məktubu bəzi istəklərin, tapşırıqların, işbirliyinin yerinə yetirilməsinə görə minnətdarlığını ifadə edən qeyri-kommersiya xarakterli bir iş növüdür.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin