Humanitar fənər


Tapşırıq. Aşağıdakı nümunə əsasında yazılı sorğu tərtib edin. Azərbaycan Respublikası Nazirlər Kabinetinə Sorğuçu



Yüklə 1,13 Mb.
səhifə75/109
tarix07.01.2024
ölçüsü1,13 Mb.
#201868
1   ...   71   72   73   74   75   76   77   78   ...   109
Humanitar f n r

Tapşırıq. Aşağıdakı nümunə əsasında yazılı sorğu tərtib edin. Azərbaycan Respublikası Nazirlər Kabinetinə
Sorğuçu: Əliyev Əli Vəli oğlu
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 142.
Mobil: +99450 1234567
E-mail: aliyevali@mail.ru
İNFORMASİYA SORĞUSU
Xahiş edirəm, ictimai informasiyalar kateqoriyasına aid olduğunu,qanunla açıq informasiyalar hesab edildiyini nəzərə alaraq “Ölkədə məktəbyaşlı sağlamlığı məhdud uşaqların sayı nə qədərdir? Həmin uşaqların nəçəsi təhsilə cəlb olunmuşdur? İnkuliziv təhsilə cəlb olunan uşaqlarla bağlı dərslik və kurrikulum varmı? Nazirlər Kobinetinin 2005-ci il 3 fevral tarixli 20 N0 qərarı ilə təstiq edilmiş Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı (2005-2009) gözlənilən nəticəni nə dərəcədə yerinə yetirmişdir? İnkuliziv təhsilə cəlb olunan uşaqlar üçün tədris plan və proqramları,dərsliklər və dərs vəsaitləri hazırlanmışdır?” dair informasiyaları İnformasiya Əldə Etmək haqqında qanunun müddəalarını rəhbər tutaraq,7 iş günü ərzində mənə verilməsini təmin edəsiniz.
İnformasiya verilməsi üsulu: yazılı (məktubla yuxarıda göstərilən ünvana göndərməklə və ya elektron poçt vasitəsi ilə (yuxarıda qeyd olunan e-mailə):
İmza:_____________
Tarix:
Tapşırıq. Aşağıda verilmiş sorğu əsasında Bakı əhalisi hansı kitabları oxuyur? Sorğunun nəticələrini hesablayıb, müəlliminizə məlumat verin.
11-14 sentyabr 2020–ci il tarixlərində Bakı şəhərində aparılmış olan sorğunun nəticələrini təqdim edirik.
Sorğuda iştirak etmiş respondentlərin 47%-i son bir ildə bədii ədəbiyyat oxumadığını bildirib. Rəyi soruşulanların 15 %-i bədii əsərləri ayda bir dəfə, 13%-i isə ildə bir dəfə oxuduqlarını bildiriblər.
63 % respondent son bir ildə qeyri ədəbiyyat oxumadığını bildirib. Hər gün mütaliə edənlər isə 14 % təşkil edir.
17 % respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son bir ildə ümumiyyətlə dini ədəbiyyatla maraqlanmayıb.
Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i məhəbbət, 22%-i isə tarixi romanları seçdiklərini bildiriblər.
Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər.
Əcnəbi əsərlərin azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31% səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir.
Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin ənənəvi formasına – kitablara sadiq qalanlar isə 83% təşkil edib.
Sorğu 11-14 sentyabr tarixləri arasında Bakı şəhərində 400 respondent arasında həyata keçirilib.
Mövzu:17


  1. Yüklə 1,13 Mb.

    Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin