I fəSİL. Geosiyasət anlayışı, geosiyaətin mənbələri


Terror bəhanədır, əsas məsələ atlantizm və kontinentalizm arasında ziddiyyətdir



Yüklə 69,42 Kb.
səhifə13/15
tarix11.05.2023
ölçüsü69,42 Kb.
#111599
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 652 (1)

Terror bəhanədır, əsas məsələ atlantizm və kontinentalizm arasında ziddiyyətdir
Bu məhv prosesini bütün dünyamı arzu edir?! İnsanlar öz adət-ənənələrinin yox olub getməsinə belə asanlıqla razılıq verərlərmi?! Əlbəttə, yox! Bir sıra müasir geopolitika məktəbləri dünyada hadisələrin aşağıdakı prinsiplər üzrə cərəyan etdiyi frkrindədirlər.

Bir tərəfdə yeni dünya nizamını yaratmağa çalışan, təkqutblu dünya istəyən «atlantizm» ideyalarının daşıyıcısı ABŞ və onun müttəfiqləri durur, digər tərəfdə isə özünəməxsusluğunu saxlamaq istəyən və Avrasiya qitəsinin yeni güc mərkəzi kimi meydana çıxmasına çalışan, kontinentalizm ideyalarının daşıyıcısı olan ölkələr (Fransa, Rusiya, Hindistan). XXI əsrin əsas mahiyyəti də bu iki qütb arasındakı mövcud ziddiyyətlərdən ibarət olacaq.

Qeyd etdik ki, «yeni dünya nizamı» yaratmaq üçün əlverişli xaos şərtləri mövcud olmalıdır. Əgər bu şərtlər mövcud deyilsə, o, süni şəraitdə yaradılacaq. Məhz bu səbəbdən, dünyada bir sıra lokal konfliktlər (İsrail - Fələstin, Qarabağ, Çeçenistan, Yuqoslaviya və s.) mövcuddur; məhz bu səbəbdən uzun illər boyu terror təşkilatlarının fəaliyyətləri pislənsə də, onlara qarşı konkret addımlar atılmır. Məqsəd isə dünyada xaos üçün şəraitin olması və yeni nizam yaradıcısına həmişə ehtiyacın duyulmasıdır. 11 sentyabr hadisələri zamanı da belə oldu. Heç bir məhkəməsiz və sübutsuz Usamə ben Laden və onu gizlədən talibçilər günahkar elan edildilər. Cəmiyyətdə elə emosional şərait yaradıldı ki, nəinki ABŞ-ın müttəfiqləri, hətta ona dost olmayan İran, Liviya kimi ölkələr də Ben-Ladensayağı «mücahidliyi» pisləməyə məcbur oldular. Hadisədən bir ay keçməmiş ABŞ, NATO nizamnaməsinin təkbaşına hücum etmək haqqında 5-ci maddəsini rəhbər tutaraq Əfqanıstanı bombalamağa başladı. Analoji hadisələr 1999-cu ilin sentyabrında Rusiyanın Moskva, Volqodonsk, Buynaks kimi şəhərlərində partlayışlar zamanı da baş vermişdi. Məhz bu partlayışlardan sonra Rusiya yenidən Çeçenistana daxil oldu və yeni adla - «terrorçuluğa qarşı mübarizə» adı altında hərbi əməliyyatlar başlandı.

Göründüyü kimi, XXI əsrin geosiyasətinin əsas mahiyyətini terrorizmə qarşı mübarizə təşkil etməyəcək; bu, üzdə olan amildir. Əsas geosiyasi mübarizə ABŞ başda olmaqla «atlantizm bloku» ilə Avrasiyanın güc olaraq meydana çıxmasını istəyən «kontinentalizm bloku» arasında olacaq. Bu mübarizədə əsas məqsəd dünyaya yekun nəzarəti ələ almaqdan ibarətdir. Hələlik birincilər daha mütəşəkkil, daha planlıdırlar. «Kontinental blok»da isə mütəşəkkillik lazımı səviyyədə deyil. Bu bloka daxil olan ölkələrin sosial-iqtisadi inkişaf səviyyəsində köklü fərqlər mövcuddur, onların arasında fikir ayrılıqları da yox deyil. Birincilər hərbi cəhətdən daha təşkilatlanmış təsir gücünə malikdirlər. Ən azından ABŞ-ın əlində hərbi təsir gücünə malik NATO kimi vasitə vardır. Dünyanın əsas maliyyə institutları da bu blokun təsiri altındadır.

Kontinentalistlər bu gün belə təsir vasitələrinə malik olmasalar da, artıq gələcək planların cizgiləri görünməyə başlayır. Gələcək planlar isə Avropanı ABŞ-ın təsirindən çıxarmaq, Avrasiya qitəsini gücləndirmək və ABŞ-a qarşı dayana biləcək ikinci böyük güc mərkəzini yaratmaqdan ibarətdir. Yəni XXI əsrin geosiyasətinin ən əsas hədəfi Avrasiya qitəsi olacaq. Bu barədə Zbiqnev Bjezinskinin söylədiyi sözlərdə həqiqət vardır: «Kim Avrasiyaya sahib olacaqsa, o bundan sonra dünyaya sahib olacaq. Razılaşmamaq mümkün deyil: dünya əhalisinin 75 %-i Avrasiyada yaşayır, dünya ümumi daxili məhsulunun 60 %-i Avrasiyaya məxsusdur».

Deməli, Hantinqtonun dediyi kimi, təkcə sivilizasiyalar toqquşmur, sivilizasiyadaxili toqquşmalar da baş verir. Bu qlobal toqquşmalar, geosiyasətlərin və maraqların toqquşmasıdır.

Artıq, qlobal toqquşmalar açıq müstəviyə keçmişdir. Bu prosesin ən bariz nümunəsi ABŞ və Avropa arasında fikir ayrılıqlarının meydana çıxmasıdır. Avropa güc olaraq meydana çıxır və ABŞ-ın dediyi ilə oturub-durmaq istəmir.

Hazırda Avropada olan bir sıra «geosiyasi cərəyanlar» (Karl Xausxofer cərəyanı, Robert Stoykers cərəyanı) açıq-aşkar «Böyük Avropa» təşəbbüsü ilə çıxış edirlər. Onların fikrincə, Avropa Avrasiya qitəsində təşəbbüsü ələ almalı, geosiyasi və geoiqtisadi prioritetlər Paris-Berlin-Moskva-Dehli-Tokio xətti üzrə həll olunmalıdır. Bu, gələcəkdə ABŞ hegemonluğunun və təkqütblü dünya yaranmasının qarşısını almaq üçün yeganə vasitə kimi qəbul edilir.

Təbii ki, Avropada və ABŞ-da yaxşı başa düşürlər ki, siyasi cəhətdən vahid Avropanın yaranışı, ABŞ-ın planetar hegomonluğu qarşısında maneəyə çevrilə bilər və çevrilir də.

Avropa ilə ABŞ arasında ən böyük yarış Avrasiya uğrundadır. Bu yarışın ideoloji əsasını Fransanın keçmiş prezidenti De Qollun «kontinentalizm» ideyası təşkil edir. De Qollun mənsub olduğu ölkə - Fransa Almaniyanı da bu işə cəlb edərək, Avrasiyanın birləşdirici rolunda çıxış etmək istəyir. Fransız geosiyasətçiləri Avrasiya inteqrasiya prosesinə Moskva-Dehli-Tokionun da qoşulmasını istəyirlər. Onların fikrincə, Avrasiyanı nəzarətdə saxlamaq üçün güclənən ABŞ-Çin əməkdaşlığının qarşısını Hindistan-Yaponiya paktı ala bilər. Çünki, hər iki ölkənin Cənub-Şərqi Asiyada güclənməsini istəməyən Çin ilə rəqabətləri mövcuddur.

Avropada digər maraqlı fikir də mövcuddur. Fransız geosiyasətçisi Aleksandr Delval özünün «İslamçılıq və ABŞ: Avropaya qarşı ittifaq» əsərində yazır ki, ABŞ Avropanın Avrasiyada möhkəmlənməsinin qarşısını almaq üçün İslam faktorundan, xüsusi halda vəhhabilikdən istifadə edir. Bu fikir belə davam edir: «Talibçiləri Pakistan vasitəsilə Əfqanıstanda siyasi hakimiyyətə gətirmiş ABŞ istənilən an bu ölkədən Avrasiyadakı iqtisadi-siyasi proseslərə müdaxilə üçün istifadə edə bilər».

Avropa və ABŞ-ın Yaxın Şərqdəki «sülh prosesi»nə də baxışları müxtəlifdir. Avropa Birliyi ölkələri İsrailə münasibətdə fərqli mövqe nümayiş etdirirlər və kor-koranə onu müdafiə etmirlər. Burada birinci səbəb neft deyil; o, ikinci səbəbdir. Birinci səbəb Yaxın Şərqin yerləşdiyi coğrafi məkanın siyasi əhəmiyyətindədir. Bu elə bir coğrafi ərazidir ki, buraya həm Atlantik okeanı, həm də Hind okenanı eyni dərəcədə yaxındır.

İkinci amil təbii ki, neftdir. Avropanın əksər ölkələrində neft olmadığından, bu ölkələr neftli ərazilərə möhtacdırlar. Lakin Avropa nefti ikinci şəxsin əlindən, yəni ABŞ-ın icazəsi ilə almaq istəmir. O, daha yeni strategiya seçərək, ərəb ölkələri ilə (bura İranı da daxil etmək olar) münasibətləri istiləşdirmək istəyir. Müasir dövrün iri geosiyasətçilərindən biri Yordis Fon Lohouzen «Körfəzdə müharibə Avropaya qarşı müharibədir» adlı əsərində yazır: «ABŞ neftli torpaqlara sahib çıxmaqla, bütün dünyanı, xüsusilə də Avropa və Yaponiyanı həmişə özündən asılı vəziyyətdə saxlamaq istəyir». Eyni nəzəriyyə hələ 1975-ci ildə Henri Kissincer tərəfindən irəli sürülmüş, «neftə sahib olmaq» başlığı altında «Harpers maqazin» jurnalında çap olunmuşdu. Avropa eyni münasibəti Qafqazda da göstərir.

Roma imperiyasının dağılmasından bu yana, ilk dəfə olaraq vahid maliyyə siyasəti yeridərək, «avro»nu dövriyyəyə buraxan Avropa, özünün təhlükəsizlik məsələlərinə də fərqli yanaşmağa başlamışdır. Avropa indi öz təhlükəsizliyini ABŞ-ın üstün rola malik olduğu NATO çərçivəsində deyil, Birləşmiş Avropa Təhlükəsizlik Qüvvələri vasitəsilə təmin etmək istəyir.

Bu misalları çəkməkdə məqsəd yeni xarakterli ziddiyyətin yaranmasının fakt olduğunu göstərməkdir. Bu qlobal ziddiyyətlər fonunda regional konfliktlər ikinci plana keçir və vasitə rolunu oynayır (İsrail-Fələstin, Qarabağ konfliktləri, Əfqanıstandakı hərbi əməliyyat kimi).

Bu ziddiyyətlər uzun müddət gizli qala bilməzdi; indi o, açıq müstəviyə keçir. Avrasiya uğrunda rəqabət artır və burada 11 sentyabr hadisələri katalizator rolunu oynayır. XXI əsrin qlobal ziddiyyətləri fonunda ilk müharibə meydanı kimi Əfqanıstan seçilir.



Yüklə 69,42 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin