İlyas həSƏnov sağlamliq haqqinda düŞÜNCƏLƏr baki-2014


Anatomo-fizioloji xüsusiyyətləri



Yüklə 286,46 Kb.
səhifə151/161
tarix02.01.2022
ölçüsü286,46 Kb.
#37099
1   ...   147   148   149   150   151   152   153   154   ...   161
SALAMLIQHAQQINDADNCLR

Anatomo-fizioloji xüsusiyyətləri. Uşaq doğulan andan onun əsəb sistemi tam inkişaf səviyyəsində olmur. Buna görə də ona ciddi tələblər göstərilməlidir.

Doğuş zamanı baş-beyin nisbətən böyükdür, ancaq beyin kifayət qədər inkişaf etməyib və demək olar ki, tamamilə nielin örtüyü yoxdur. Beyin toxuması su ilə zəngindir, zülal maddələri azdır. Uşağın 1 yaşına qədər olan dövründə beynin inkişafı intensiv olur. 3 yaşında əsəb hüceyrələrinin diferensiasiyası baş verir, 8 yaşda isə baş-beynin qabağı quruluşuna görə böyük adamın beyin qabığına oxşayır.

Onurğa beynini əvvəlcə inkişaf edir və yetişmiş halda olur.

Yeni doğulmuş uşaqlarda şərti refleksin yaranması məhdudiyyətlidir. Çünki xarici qıcıqlandırıcı təsirlər beyin üçün çox güclü bir haldır, buna görə də tormozlanma inkişaf edir və uşaq yatır. Şərti refleksin yaranması baş-beyin qabığının və hissiyyat orqanlarının inkişafından asılıdır.

Yeni doğulmuş uşaqlarda dadbilmə hissiyyatı yaxşı inkişaf etmiş, iybilmə isə zəif olur. Ən mürəkkəb isə eşitmə və görmə qabiliyyətinin inkişafıdır.

1,5 il ərzində 1-ci şərti refleksdən, 2-ci siqnal sisteminə qədər (nitq) bütün mərkəzi sinir sisteminin əsas funksiyaları formalaşır. Uşaq 1-ci illərdə ona müraciət olunan nitqi tam başa düşmür. O, əsasən intonasiyaya münasibət göstərir və sözlərin mənasına reaksiya vermir. Ona görə də uşaqla anadan olan zamandan başlayaraq danışmaq lazımdır. Uşağın nitqi yamsılama əsasında formalaşır. Əsəb  psixiki inkişaf prosesi bərabər sürətli deyil, sıçrayışla baş verir.


Neyrosirkulyar distoniya
Mərkəzi və periferik əsəb sistemi funksiyasını strukturunun pozulması ilə əlaqədar ürəyin vegetativ, damarların, daxili orqanların, daxili sekresiya vəzilərin tənzimlənməsi prosesinin pozulmasıdır (N.B.Belokon, 1987).

NSD-nın inkişafını yaradan amillər aşağıdakılardır:

vegetativ əsəb sisteminin fəaliyyətinin irsi xüsusiyyətləri, hamiləliyin və doğuşun anormal keçməsi, mərkəzi sinir sisteminin zədələnməsi, hormonal disbalans, infeksiyalı xəstəliklər, xroniki infeksiya mənbələri, həddindən artıq fiziki güc, psixoemosional gərginlik, əqli yorğunluq, iqlim şəraitinin dəyişilməsi, allergiya və başqaları.

Müxtəlif müəlliflərin məlumatına görə uşaqlarda NSD tezliyi 15-20%, yetkin yaşlarda isə 30%-dir. Əsasən məktəb və yeniyetmə yaşlı uşaqlar tez-tez xəstələnirlər.

Kliniki əlamətlərinə görə NSD-nin hipertonik, hipotonik və kardial tiplərini qeyd edirlər.

NSD zamanı simptomlar çox müxtəlifdir: yorğunluq, baş gicəllənməsi, emosional qeyri sabitlik, dəri örtüyünün mərmər rəngli olması, əl-ayağın sianozu, soyuq tər (hipotonik tip). Termorequlyasiyanın pozulması müşahidə olunur: bədən temperaturun artmasına meyllidir. Ürək tərəfindən şikayət və dəyişikliklər  ürəkdöyünmə taxikardiya və ya brakardiya, kardialgiya (ürəkdə ağrı), funksional sistolik səs, huş itirmə halları xarakterikdir. Ödqovucu yolların diskineziyası, qəbizliyə və qarın işləməsinə meyllik, təngənəfəslik müşahidə oluna bilər.

NSD-nin müalicəsi dalğavaridir. Müalicəni poliklinika şəraitində keçirirlər. Müalicənin əsasını isə dərmanlar olmayan metodlar təşkil edir. Əsasən həyat tərzinin sabitləşməsinə (hipodinamiya ilə mübarizə, günün optimal rejimi, kifayət qədər fiziki güc, əmək və istirahət rejiminin normallaşması), düzgün qidalanmaya, uşaq və valideynlərlə psixoterapiya keçirilməsi və fizioterapiyaya fikir verilməlidir. Dərmanlarla müalicə o zaman təyin edilir ki, dərmansız müalicənin effekti olmur.

NSD-nin istənilən tipinin müalicəsində vitaminoterapiya və sedativ preparatlardan başlamaq lazımdır. Belə olan halda mərkəzi sinir sisteminin tormozlanması və həyəcanlanması nisbəti tənzimlənir. Ada çayı, yemişan, pişik otu, ladan, dam otu, dazı otunun dəmindən istifadə etmək lazımdır. Müalicənin düzgün olması uşağın özünü yaxşı hiss etməsi, arterial təzyiqin normallaşması və şikayətin olmamasıdır.




Yüklə 286,46 Kb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin