İnformatikanin əsaslari



Yüklə 1,28 Mb.
səhifə40/156
tarix16.12.2023
ölçüsü1,28 Mb.
#182397
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   156
nformatikanin saslari

lahizə. Mülahizə anlayışlar əsasında qurulan nəqli cümlədir. Mülahizə müxtəlif formalarda, təbii və formal dillərdə tərtib edilə biləndir. Mülahizə gerçək və yanlış ola biləndir. Əgər anlayışlararası əlaqələr real gerçəkliyi adekvat əks etdirirsə, mülahizə gerçək sayılır. Məsələn, ―Prosessor informasiya emal edən qurğudur‖ -gerçək mülahizədir. Lakin mülahizənin gerçəkliyi nisbidir. Mülahizə təfəkkürün elə formasıdır ki, o, real hadisə və predmetlərin xassələrini və münasibətlərini ya təsdiq, ya da inkar edir və ya doğru, ya da yalan olur. Sadə mülahizələrdən mürəkkəb mülahizələr yaradılır. Məsələn,
―Prosessor emaledici, printer çapedici qurğudur‖ – mürəkkəb mülahizədir. Mürəkkəb mülahizələrin doğruluğu mülahizələr cəbrinin köməyi ilə təyin edilir.
Hökm. Mülahizələrdə ifadə edilən məlum faktlara əsasən hökm çıxarılır. Hökm bir və ya bir neçə mülahizə əsasında meydana çıxan yeni mülahizədir. Məsələn, üçbucağın bütün tərəflərinin bərabər olmasını təsdiq edən mülahizə əsasında hökm verilir ki, bu, bərabərtərəfli üçbucaqdır.
      1. Mülahizələr cəbri


Mülahizələr cəbri mürəkkəb mülahizələrin məzmununa varmadan onların doğru və ya yalan olduğunu təyin etmək üçün yaradılmışdır. Burada hər bir mülahizəyə bir məntiqi dəyişən kimi baxılır.
Fərz edək ki:
x1 =‖İkinin üstünə iki əlavə etdikdə dörd alınır‖
x2 =‖İkinin üstünə iki əlavə etdikdə beş alınır‖ – kimi 2 sadə mülahizə vardır. Doğru



mülahizə 1, yalan – 0-la qiymətləndirilərsə, onda
x1 =1,
x2 =0 alarıq.

Yəni mülahizələr cəbrində istifadə edilən məntiqi dəyişənlər yalnız 2 qiymət (0 və 1) ala bilir. Mülahizələr üzərində müəyyən məntiqi əməllər icra etməklə mürəkkəb mülahizə- nin doğru və ya yalan olduğunu aşkara çıxarmaq mümkündür. Əsas məntiq əməlləri:


―VƏ‖, ―VƏ YA‖, ―DEYİL‖. ―VƏ‖ məntiqi vurma əməli olub, konyunksiya adlanır. ―VƏ YA‖ məntiqi toplama əməlidir. Buna dizyunksiya deyilir. ―DEYİL‖ məntiqi inkar əməlidir ki, buna da inversiya deyilir.



Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin