İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Əməyin elmi təşkili anlayışı, tarixi, istiqamətləri, səviyyəsi



Yüklə 0,58 Mb.
səhifə26/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#52030
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   60
referat 3325

9.2. Əməyin elmi təşkili anlayışı, tarixi, istiqamətləri, səviyyəsi
a) Əməyin elmi təşkili anlayışı. Əməyin elmi təşkili (ƏET) əməyin təşkilinə qarşı qoyulan bir anlayış deyildir. ƏET-ə əmək təşkilinin yüksək mərhələsi kimi baxmaq lazımdır. ƏET (sözün dar mənasında) elm və texnikanın, habelə təcrübənin son nailiyyətləri əsasında əmək proseslərinin təkmilləşməsi prosesidir. Ona görə də ƏET-in mövcud əmək təşkilinə elm və təcrübənin əldə etdiyi nailiyyətlərin əlavə edilməsi kimi başa düşmək olar. ƏET-nin başlıca mahiyyəti, əməyin təşkili formalarının texnikanın inkişafından geridə qalması hallarını aradan qaldırmaqdan, əmək təşkili formalarının texnikanın inkişaf səviyyəsinə uyğun gəlməsini təmin etməkdən ibarətdir.

Bir sıra elm nümayəndələri ƏET anlayışını birtərəfii izah edirdilər. Məsələn, bəzi iqtisadçılar ƏET-ə yalnız iqtisadi: mühəndislər – mühəndislik, sosioloqlar-sosioloji, fizioloqlar- fızioloji, psixoloqlar- psixoloji bir problem kimi baxırdılar. Əslində isə ƏET kompleks məsələləri əhatə edən problemdir. ƏET-ə yalnız iqtisadi və yaxud yalnız mühəndislik problemi kimi baxmaq olmaz. ƏET (sözün geniş mənasında) səmərəli əmək bölgüsü və əmək kooperasiyasını, əmək proseslərinin və iş yerləri təşkilinin, əməyin normallaşdırılmasının təkmilləşməsini, əlverişli fızioloji, gigiyenik və estetik əmək şəraitinin yaradılmasını, qabaqcıl əmək üsullarının tətbiqini təmin edən kompleks texniki-təşkilatı və iqtisadi tədbirlər sisteminə deyilir.

b) ƏET-nin qısa tarixi. Sənayedə ƏET üsullarının tətbiq edilməsinin ilk banisi Amerika mühəndisi Fredrik Teylor (1856-1915) olmuşdur. O, haqlı olaraq əmək haqqında burjua elminin banisi hesab edilir. F.Teylor öz əməkdaşları (F.Cilbert, H.Hant və s.) ilə birlikdə XIX əsrin 80-ci illərindən başlayaraq 30 ilə yaxın sənayedə əməyin elmi təşkili problemini hazırlamışlar. Teylor öz tədqiqatını fiziki cəhətdən güclü, çevik və məharətli, işi yerinə yetirmək üçün müəyyən təlim verilmiş fəhlələr üzərində istiqamətləndirmiş, onları yüksək normaları keyfiyyətlə yerinə yetirməyə məcbur etmişdir. Fəhlələrin normaları artıqlaması ilə yerinə yetirməyə məcbur etməkdən ötrü Teylor eyni iş üçün müxtəlif əmək haqqı vermə qaydası işləyib hazırladı. Belə ki, bu sistemə görə normanı artıqlaması ilə yerinə yetirən fəhlənin əməyi artırılmış tarif maaşı ilə, normanı yerinə yetirə bilməyənin əməyi çox az tarif maaşı ilə ödənilir, ardıcıl olaraq normaları yerinə yetirməyənlər isə işdən qovulurdu.

Teylor əməyin elmi təşkili və idarə olunma prinsipləri aşağıdakılardan ibarət idi: a) işin icra olunmasının ənənəvi üsul və qaydalan əvəzinə təcrübənin ən son nailiyyətləri, xüsusi öyrənilmiş və təyin edilmiş vaxt normaları ilə icrası; b) fəhlələrin seçilməsi və onlara ardıcıl olaraq yeni əmək üsullarının öyrədilməsi; v) hazırlıq işlərinin (işin hazırlığı) icraçılardan ayrılması və onun xüsusi adamlara tapşınlması.

Əmək sisteminin təkmilləşməsində Teylordan sonra digər Amerika mühəndisi Frank Cilbert (1868-1924) mühüm rol oynamışdır. Bunun üçün o, aşağıdakı üç mərhələni nəzərdən keçirmişdir: a) təcrübədə təsadüf edilən ən yaxşı iş üsullarının aşkara çıxarılması və təsnifatı; b) müvafiq qanunların irəli sürülməsi; v) qanunların əməyin normallaşdırılmasında tətbiq edilməsi. O, əməliyyatların özünün tərkibi hissələrini öyrənməyi, başqa əməliyyatlarla əlaqələndirməyi, iş hərəkətlərini səmərələşdirməyi, standartlaşdırmağı təklif edirdi.

Əməyin təşkili sahəsində Teylor və Cilbertdən sonra Amerika mühəndisi Harrinqton Emersonun (1853-1931) da müəyyən rolu olmuşdur. O, Teylor və Cilbertdən fərqli olaraq əməyin təşkilinin səmərələşdirilməsini yalnız ayrı-ayrı icraçılar və yaxud istehsal prosesi üzrə deyil, əmək məhsuldarlığı ilə əlaqədar olaraq insan orqanizminin fəaliyyəti ilə də maraqlanmışdır. Bununla əlaqədar olaraq o, on iki prinsip irəli sürmüşdü. Bu prinsiplər aşağıdakılardır: 1) aydın məqsəd və idealın olması: 2) əməyin təşkilində sağlam fıkir; 3) intizam; 4) yaxşı məsləhət; 5) işçilərə münasibət; 6) iş nəticələrinin tez və ardıcıl yoxlanılması; 7) işdə qayda; 8) norma və nümunələrin olması; 9) müvafiq əmək şəraitinin mövcudluğu; 10) əməliyyatların normallaşdırılması; 11) dəqiq istehsalat təlimi; 12) işçilərin həvəsləndirmə sistemi. Fransa mühəndisi Anri Fayol (1841-1925) birinci dəfə olaraq Teylor və Emerson tərəfindən irəli sürülmüş üsulların dövlət idarə orqanlarının fəaliyyətinə tətbiq etməyin mümkünlüyünü irəli sürdü. O, idarəetmənin nəzəriyyəsini-prinsip və əsaslarını inkişaf etdirmək məqsədilə aşağıdakı on dörd prinsipi irəli sürdü: 1) işin bölüşdürülməsi; 2) rəhbərliyin nüfuzu; 3) daxili intizam; 4) rəhbərliyin vəhdətiliyi; 5) sərəncam; 6) fərdi mənafelərin ictimai mənafelərə tabe etdirilməsi; 7) mükafatlandırma; 8) mərkəzləşmə; 9) daxili tabelik; 10) qayda; 11) hüquq və vəzifələrin bərabərliyi; 12) işçilərin dəyanətliliyi - işçi axıcılığının az olması; 13) inzibati işçinin təşəbbüskarlığına tələblər; 14) işçi heyətinin birliyi.

Lakin əməyin elmi təşkili şərtləri fəhlələrin intensiv dərəcədə istismarına və maksimum miqdarda gəlir götürməyə imkan verirdi. Buna baxmayaraq V.İ.Lenin özü belə Teylorun sisteminin kəskin tənqid edərək "Tərtökdürmənin "elmi" sistemi" və "Teylor sistemi insanı maşının əlavəsinə çevirir" məqalələrini yazmasına baxmayaraq Teylorun sistemində "burjuaziyanın istismarının vəhşi nəticələri", habelə "iş günündə fəhlələrin üçqat, daha artıq sıxışdırılmasını" qeyd etməklə yanaşı, həm də onun üsullarının elmin çox böyük tərəqqisi, istehsal proseslərinin ardıcıl təhlili, əmək məhsuldarlığının yüksəldilməsinə böyük yol açdığını, zəngin elmi nailiyyətlərin, əməyin mexanikləşdirilməsi işlərinin təhlili, artıq və gərəksiz hərəkətlərin aradan qaldırılması, iş üsullarının düzgün hazırlanması, uçot və nəzarətin yaxşılaşdırılması üçün başlanğıc olduğunu da qeyd etmişdir. O, əməyin elmi təşkili məsələsini gənc Sovetlər respublikasının başlıca vəzifələrindən biri hesab edirdi. V.İ.Lenin "Sovet hakimiyyətinin növbəti vəzifələri" adlı əsərində və bir sıra başqa məqalələrində əməyin elmi təşkili ilə dərindən məşğul olmağı, bəşəriyyətin əldə etdiyi bütün qiymətli fıkirləri öyrənib ondan istifadə etməyi məsləhət görmüşdü.

Keçmiş SSRİ-də 1921-ci ildə əməyin elmi təşkili üzrə I Ümumrusiya konfransı keçirildi. II Ümumittifaq konfransı isə 1924-cü ildə olmuşdur. Konfransda ƏET üzrə Xalq Komissarları Soveti sədrinin müavini V.İ.Kuybışev məruzə etdi. Konfrans ƏET-nin əsas məsələlərini müəyyən etdi. Onun qərarlarında qeyd edilirdi ki, əldə edilmiş. mükəmməl elm və təcrübənin əməyin mövcud təşkili prosesinə elə tetbiq etmək lazımdır ki, ictimai əmək məhsuldarlığının yüksəldilməsinə səbəb olsun. Hələ 1921-ci ildə Mərkəzi Əmək İnstitutu təşkil olundu. Həmin instituta A.K.Qastev rəhbərlik edirdi. Mərkəzi Əmək İnstitutu sənaye müəssisələrimiz üçün ixtisaslı fəhlələr hazırlamaq, istehsalat proseslərinin təkmilləşdirmək, elm və texnikanın yeni nailiyyətlərini istehsalata tətbiq etmək sahəsində böyük işlər görürdü. Sonralar Kazanda (1921), Taqanroqda (1920) əməyin elmi təşkili institutu, Xarkovda Ümumukrayna əmək institutu (1921) və başqa şəhərlərdə ƏET üzrə laboratoriyalar yarandı.

Respublikamızda əməyin elmi təşkili cəmiyyəti Azneftin yanında 1924-cü ilin əvvəllərində təşkil olundu. ƏET cəmiyyəti tərəfindən təşkil edilmiş qısa müddətli kurslar təlimatçılar, ixtisaslı kadrlar hazırlanmasında mühüm rol oynayırdı.

Əmək və Müdafıə Şurası 1924-cü ildə ağır sənayedə istehsalın səmərələşdirilməsi üzrə Səhmdar cəmiyyətinin Nizamnaməsini təsdiq etdi və əməyin, istehsalın və müəssisə işinin səmərələşdirilməsi məsələləri həmin cəmiyyətə həvalə edildi. Staxanov hərəkatı ilə əlaqədar olaraq 1935-ci ildə texnoloji proseslərin, əmək bölgüsünün, istehsal və əmək təşkilinin yeni əsaslar üzrə qurulması tələbi irəli sürüldü, 50-ci illərin əvvəllərində mühəndis F.L.Kovalyevin təşəbbüsü meydana çıxdı və müdafıə edildi. Mühəndis Kovalyevin əmək üsulunun tətbiqi üç mərhələni nəzərdə tuturdu: a) xronometraj tətbiq etməklə əmək proseslərinin öyrənilməsi və ayrı-ayrı qabaqcıl fəhlə tərəfindən tətbiq edilən ən yaxşı əməyin təşkili üsulları və iş fəndlərinin seçilməsi; b) seçilmiş əmək üsulları və fəndlərinin kütləvi şəkildə tətbiqinə hazırlıq, təlimatçıların, usta və usta köməkçilərinin həmin üsul və vəzifələr üzrə təlim almasını təmin etmək, avadanlığın texniki vəziyyətinin yaxşılaşması, iş yerlərinin səmərəli təşkili üzrə tədbirlərin həyata keçirilməsi; v) təlimatçılar, usta və usta köməkçisi vasitəsilə daha mükəmməl əmək təşkili üsulları və iş fəndlərinin kütləvi tətbiqi.

Sonralar, 26-29 iyun 1967-ci ildə əməyin təşkili üzrə çağrılmış Ümumittifaq müşavirəsi keçirildi. Müşavirə öz işini 12 bölmə üzrə aparırdı. Hər bölmədə xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə ƏET məsələləri müzakirə edilmiş və müvafıq tövsiyyələr qəbul edilmişdir. Bu kitabın müəllifi də həmin müşavirədə iştirak etmişdir.

v) ƏET-nin istiqamətləri və onun səviyyəsinin müəyyən edilməsi. ƏET üzrə tədbirlər sistemi məcmu iş vaxtı fondundan səmərəli istifadə olunmasını, əmək proseslərinin səmərəli təşkilini, işçilərin onların hazırlıq və bacarığı üzrə yerləşməsini, artıq əmək sərfinin aradan qaldırılmasını, kollektivdaxili ictimai münasibətlərin inkişafını, əlverişli sanitariya-gigiyena, estetik və təhlükəsiz əmək şəraitini təmin etməli, habelə əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasına imkan yaratmalıdır.

Bununla əlaqədar olaraq ƏET-nin istiqamətləri çox müxtəlif olmalıdır. Lakin ƏET-nin əsas istiqamətləri aşağıdakı kimi qruplaşdırılır:

ƏET-nin əsas istiqamətləri





iş yerlərinin səmərəli təşkili və iş vaxtından istifadə

Səmərəli əmək bölgüsü və əmək kooperasiyasının seçilməsi

Əmək şəraitinin yaxşılaşması

Maddi havasləndirmənin təkmilləşməsi

İdarəçilik əməyinin səmərəli təşkili

Əmək və istirahət rejiminin səmərələşdirilməsi

Kadrların hazırlığı və istehsalst təlimi

Əməyin normallaşdırılmasının təkmilləşməsi

Əmək üsulları və fəndlərinin səmərələşdirilməsi

ƏET-nin yuxarıdakı sxemdə göstərilən istiqamətləri də öz növbəsində ayrı-ayrı hissələrdən ibarətdir. Məsələn, ƏET-nin əmək bölgüsü və əmək kooperasiyası istiqaməti özündə aşağıdakıları birləşdirir: funksional, peşə, ixtisas əmək bölgüsünün səmərəli təşkili, çox dəzgaha xidmət, peşələrin qovuşması, əməyin kooperasiyası əsasında sexdaxili, briqada və sexarası kadrlar arasında qarşılıqlı istehsal əlaqələrinin təmin edilməsi.

ƏET-nin əmək üsulları və fəndləri istiqamətinə daxildir: qabaqcıl üsul və fəndlərin öyrənilməsi və seçilməsi, səmərəli əmək üsullarının layihələndirilməsi, qabaqcıl üsullar və fəndlər üzrə işçilərin təliminin həyata keçirilməsi; həmin üsulların və fəndlərin tətbiq edilməsi.

Təcrübədə ƏET səviyyəsinin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Lakin ƏET səviyyəsini yalnız hər hansı bir göstərici (məsələn, əmək məhsuldarlığı, iş vaxtı, əmək intensivliyi və s.) vasitəsilə müəyyən etmək məqsədəuyğun deyildir. Əlbəttə, əmək məhsuldarlığı əmək sərfınin səmərəlilik nəticəsi olduğuna görə o xeyli dərəcədə ƏET səviyyəsini səciyyələndirə bilər. Bununla yanaşı qeyd etmək lazımdır ki, əmək məhsuldarlığı sintetik göstərici olduguna görə bir çox amillərdən asıhdır. Belə ki, əmək məhsuldarlığının səviyyəsinə ƏET-dən başqa istehsalın elmi təşkili (İET), habelə canlı əməyə qənaətdən başqa əşyalaşmış əməkdən istifadə (məsələn, maşın və avadanlıqların fond verimi) də təsir edir. Ona görə də ƏET-nin səviyyəsini hər hansı bir universal göstərici vasitəsilə deyil, bir çox göstəricilərin köməyilə müəyyən etmək məqsədəuyğundur. Təcrübədə ƏET səviyyəsini öyrənmək üçün aşağıdakı əmsallardan istifadə edilir:

1. Növbəlik vaxt fondundan istifadə əmsalı:

, burada: t1 -fəhlədən asılı olan iş vaxtı itkiləri, dəqiqə ilə (şəxsi tələbat və normalaşdırılmış fasilədən başqa); t2 -fəhlədən asılı olmayan iş vaxtı itkiləri (dəqiqə ilə); Tn - növbəlik vaxt fondu (dəqiqə ilə).

2. Əmək bölgüsünün əmsalı:



, burada: ta -növbə ərzində avadanlığın yenidən sazlanmasına sərf edilən vaxt (dəqiqə ilə); tx - növbə ərzində əsas işə xas olmayan (kənar) işlərə sərf edilən vaxt (dəqiqə ilə).

3. Əmək kooperasiya əmsalı:



, burada: tk - əmək kooperasiyasındakı nöqsanlar üzündən növbə ərzində iş vaxtı itkiləri, dəqiqə ilə (iş yerlərinə əmək cismlərinin, alətlərin vaxtında gətirilməməsi, avadanlığların saz halda olmaması, istehsal sahələri və sexlər arasında istehsal əlaqələrinin zəif olması və s.)

4. Əmək fəndlərinin səmərəlilik əmsalı:



, burada: t0 - əməliyyatların icra edilməsinə orta hesabla sərf edilən iş vaxtı (dəqiqə ilə); t2 - əməliyyatın icra edilməsinə qabaqcıl fəhlə tərəfindən sərf edilən vaxt (dəqiqə ilə); Q - cinsi ifadələrdə (ədəd, ton m3 və s.) növbədə ərzində yerinə yetirilən işin həcmi.

5. Sanitariya-gigienik əmək şəraitinin səviyyəsi:



,

Burada, A - səslilik əmsalı; B - hava şəraiti əmsalı; S - işıqlanma əmsalı; D - meteoroloji şərait əmsalı; E - iş yerlərinin vəziyyəti əmsalı; K- sair amillər.

6. ƏET üzrə tədbirlərin tətbiqi nəticəsində əmək tutumluğunun aşağısalınma əmsalı:

Bufada, T1q - ƏET üzrə tədbirlərin tətbiqi nəticəsində ilin əvvəlindən ayrı-ayrı məmulatlar üzrə faktiki əmək tutumluğunun aşağı salınması; T2q-in əvvəlindən məmulatlar üzrə əmək tutumluğunun aşağı salınmasının planlaşdırılmış ümumi həcmi; Uq - faktiki məhsul buraxılışıdır.

7. İş vaxtından istifadə əmsalı:

Burada Uf - nominal iş vaxtma faizlə, nisbətlə faktiki iş vaxtı itkiləri; Un - nominal iş vaxtına faizlə nisbətlə iş vaxtının planlaşdırılan itkiləridir.

8. Fəhlələrin ixtisas əmsalı:

Burada F1 - sex və yaxud müəssisənin əsas istehsal fəhlələrinin orta ixtisas dərəcəsi; F2 - sex və ya müəssisədə işin orta dərəcəsidir.

9. Mühəndis-texnik işçilərin (MTİ-in) ixtisas əmsalı:

Burada, Mi - ali, orta ixtisas təhsili və ustalar məktəbini bitirmiş MTİ-in sayı; M2 - MTİ-in ümumi sayıdır.

10. İşləyənlərin əmək qabiliyyətinin səviyyəsi:

Burada, ak - hesabat ilində zədələnmə və xəstəliyə görə itirilmiş adam-günlərin sayı; Uc - hesabat ilində işləmiş fəhlələrin orta siyahı sayı; Uf - hesabat dövründə iş vaxtı fondu (iş günlərinin sayı).

Əməyin elmi təşkilinin ümumi səviyyəsi hesablanmış xüsusi əmsallara əsasən aşağıdakı kimi müəyyən edilir:

Burada, Ə1 + Ə2 + Ə3 +.....Ək - ayrı-ayrı əmsalların qiyməti; Ən - əmsalların miqdarıdır.

Hər hansı müəssisə və ya sexdə ƏET-nin orta hesabla ümumi əmsalını hesablamaqla bu əmsalı digər müəssisə və ya sexin əmsalı ilə müqayisə etmək imkanı əldə edilir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin