278) Aşağıdakılardan hansı ektopik ritm deyil?
A) aparıcı supraventrikulyar ritmin miqrasiyası
B) ekstrasistoliyalar
C) qulaqcıqların səyriməsi
D) yavaş sürüşən (əvəzedici) ritmlər
E) sinus düyünün zəifliyi sindromu
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр.223; М. С. Кушаковский « Аритмии сердца» 2004г.
279) Fiziki gərginliklə əlaqədar sinus taxikardiyası yaratmayan xəstəlik hansıdır?
A) kəskin miokard infarktı
B) tireotoksikoz
C) hipotireoz
D) feoxromositoma
E) miokardit
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр. 202; Ю.Н. Беленков, Р.Г. Оганов - Кардиология, национальное руководство, 2007г
280) Qulaqcıq səyriməsi olan ürək çatışmazlıqlı və sol mədəciyin disfunksiyası olan xəstələrdə sakitlik halında və ya fiziki aktivlik zamanı ürək ritmini nəzarətdə saxlamaq üçün hansı vasitələr tövsiyə olunur?
A) kalsium kanalları blokatorları və ya aldosteron blokatorları
B) xinidin və ya amiodaron
C) elektrik kardioversiya
D) antikoaqulyantlar və və/ya sotalol
E) β - adrenoblokator və və/ya diqoksin
Ədəbiyyat: Ürək çatışmazlığının diaqnostika və müalicəsi üzrə klinik protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 dekabr 2010-cu il tarixli 31 saylı qərarı ilə təsdiq edilmişdir. Bakı, 2010, səh 42. Болезни сердца и сосудов. Под редакцией А. Джона Кэмма и др. «ГЭОТАР-Медиа» 2011, стр. 890
Dostları ilə paylaş: |