275) Amiodaronun təyini hansı pozğunluqlarda əks göstəriş deyil?
A) Kardioqen şok və kollapsda
B) Sinus düyününün zəifliyi sindromunda
C) Xroniki ürək çatışmazlığının III - IV funksional sinfində (NYHA - Nyu York Ürək Assosiasiyası)
D) II dərəcə atrioventrikulyar blokadada
E) Miokarditlərdə yaranan həyat üçün təhlükəli mədəcik aritmiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 271
276) Amiodarondan yüksək dozada və ya uzun müddət istifadə etdikdə hansı əlavə reaksiya baş vermir?
A) Qalxanabənzər vəzin funksiyasının pozulması
B) Ağciyərlərin immunoloji zədələnməsi - interstisial pnevmonit
C) “Piruet” tipli paroksizmal mədəcik taxikardiyası
D) Ultrabənövşəyi şüalanmaya həssaslığın artması
E) EKQ - da Q - Т intervalınının qısalması
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 271
277) Hansı fəsadlaşmalarla müşayiət olunan kəskin klinik vəziyyətlərdə müvəqqəti elektrokardiostimulyasiyadan istifadə olunmur?
A) həyat ücün təhlükə törədən aritmiya və asistoliyaların baş vermə riski yüksəldikdə
B) asistoliyaya gətirib çıxaran keriricilik pozğunluglarında
C) hemodinamik əhəmiyyətli bradikardiyalarda
D) qulaqcıq aritmiyalarının əmələ gəlmə riski yüksəldikdə
E) mədəciküstü və mədəcik paroksizmal taxiaritmiyalarında
Ədəbiyyat: Г. Е. Ройтберг, А. В. Струтынский. Внутренние болезни (сердечно - сосудистая система). «Бином - пресс», 2007, стр. 278
Dostları ilə paylaş: |