Sual: Nə üçün mənə elə gəlir ki, baba və nənə mənim övladımı ərköyün böyüdür? 55
Cavab: Artıq onlar övlad böyütməyin ağrı-acılarını və ləzzətlərini dadmışlar. Onlar dərk olunası bir qürurla bu günkü gənc nəsilə baxır və öz sevinclərini izhar edirlər. Onlar bu sevinci öz nəvələri ilə bölüşürlər. Gərək övladlarınıza tövsiyə edəsiniz ki, baba və nənədən gördükləri yaxşılıqları sizdən gözləməsinlər. Sizin bu sözləriniz ağrıdıcı deyil və övladınız da belə düşünməyəcək. O, anlayır ki, baba və nənənin məhəbbətinə mehribanlıqla cavab verməlidir. Siz övladınızın kimi sevməsində rəqabət aparmasanız da, o sizi sevəcəkdir. 56
Öz qayda-qanunlarınızı və bu qanunların uşaq üçün dəyərli olduğunu ona başa salın. Uşağa bildirin ki, o sizi nə aldada bilər, nə də baba və nənənin gördüyü işlərə sizi vadar edə bilər. Zənnimcə baba və nənə uşağı bilərəkdən ərköyün etmir. Onlar valideynlik çətinliklərini kənara qoyub yalnız nəvədən ləzzət almaq istəyirlər. 56
Sual: Onların hədiyyəsi övladım üçün zərərli ola bilərmi? 56
Cavab: Övladınızla əlaqəyə zəiflik gətirməyən hədiyyələrin eybi yoxdur. Əgər baba və nənə uşağa sizin qadağan etdiyiniz şeyi hədiyyə verirlərsə, əlbəttə ki, bu hədiyyə zərərlidir. 56
Baba və nənə anlamalıdır ki, uşağın tərbiyəsində onlar yox, siz məs`ulsunuz. Onların sizin vəzifəlirinizə qarışması problemlər yaradır. Siz yalnız baba və nənəi ələ almaq yolu ilə övladınızı onların çərçivəsiz tə`sirlərindən qoruya bilərsiniz. Azacıq fərasətli olsanız baba və nənənin qəlbinə toxunmadan məqsədinizə çata bilərsiniz. 56
Sual: Övladıma qohumlarla münasibət saxlamağın zəruri olduğunu necə öyrədə bilərəm? 56
Cavab: Hər bir insan dost seçməkdə azaddır. Amma qohumluq əlaqələrində seçim ixtiyarınız yoxdur. Bə`zən körpə təbiətin bu qanununu çətin anlayır. Xüsusi ilə sizin özünüzün çətinliklə qəbul etdiyiniz bir qohuma uşaq maraq göstərmir. Uşağın sevmədiyi bir qohumla yaxınlığa məcbur etməyin. Sevmədiyi şəxslə əlaqə yaratmaq məcburiyyəti uşağı iki fərqli standart seçməyə məcbur edir: biri dostlar üçün, digəri qohumlar üçün. Bu ikili münasibətdə uşaq başını itirir. Körpənin həm dostlar, həm də qohumlar üçün oxşar münasibətdə gücü çatır. Amma sonralar uşaq ictimai əlaqələrdəki incəlikləri dərk edir və ona hətta sevmədiyi adamla əlaqə saxlamağın zərurətini anlatmaq mümkün olur. 56
Sual: Əgər mən həyat yoldaşımın hansısa bir qohumunu sevmirəmsə, uşaq bunu anlayırmı? 57
Cavab: Həqiqi hisslərinizi övladınızdan gizlətməyiniz çox çətindir. Körpə həyatının ilk aylarında gizlətməyə çalışdığınız bir çox hissləri dərk edir. Hətta o öz diqqəti ilə sizi utandıra da bilər. 57
Ən yaxşı yol budur ki, siz həmin qohuma olan münasibətinizi uşağa açıqlayasınız və uşağa bildirəsiniz ki, o həmin qohumla münasibət saxlaya bilər. Körpəyə fərqli düşünmək ixtiyarı versəniz, bu çox böyük dərs olar. Uşaq öyrənməlidir ki, fərqli düşüncələr aradakı sevgiyə mane olmamalıdır. Siz bu münasibətinizlə övladınızın şəxsiyyətini qəbul etmiş olursunuz. Uşağa hisslərini tanımaqda kömək etməlisiniz. Bə`zi valideynlər əsassız olaraq hər bir işdə övladlarından dəstək gözləyirlər. 57
Sual: Mənim psixoloji təcrübələrə malik müəllim dostlarımdan biri körpəyə aid məsləhətlər verir. Onun məsləhətlərinə əməl edimmi? 57
Cavab: Məsləhəti zəruri həddə, diqqətlə dinləmək yaxşıdır. Ümumiyyətlə nəsihət yardımdan asandır. Çünki başqalarına yardım göstərmək üçün fədakarlıq lazımdır. İnsan mə`lumatlarını artırarkən səhvə düçar ola bilər. Əsas məsələ bu mə`lumatlardan düzgün istifadə etməkdir. Başqalarının nəsihətlərinə kor-koranə əməl etməyin. Ətrafınızda özünü ağıllı göstərmək üçün sizi tə`sir altına salmaq istəyənlər çoxdur. Hansısa bir mütəxəssis yaxşı valideyn olmaya bilər. Öz qanunlarınızı özünüz seçməlisiniz. Çünki istənilən bir mütəxəssis standart biliklərə malikdir. Sizin körpənizin isə özünəməxsus psixoloji ehtiyacları var. 57
Müalicə etdiyim bir çox körpələrin anası müəllimədir. Bu analar öz körpələrinin ehtiyaclarını öyrənmək əvəzinə, evdə tədrislə məşğul olmuşlar. Onlar körpəyə ana yox, müəllim kimi yanaşırlar. Hər hansı bir psixoloqun öz övladı ilə xəstə kimi rəftar etməsi ağılsızlıqdır. Belə valideynlər əhəmiyyətsiz məsələləri qat-qat şişirdirlər. Onlar övladlarının iztirab keçirməməsi üçün çalışsalar da, uşaq həyatın acılarını hiss edir. Valideyninin istəklərinə uyğun rəftar etməyə çalışan körpə ruhi sarsıntılara məhkumdur. 57
Mənim öz övladlarım məni tələbkarlıqda ittiham edərək deyirlər: “Sən psixoloqsan, bizi tənbeh yox dərk etməlisən.” Mən də hər dəfə cavab verirəm ki, psixoloq olsam da, başqa uşaqlar üçün psixoloqam. Övladlarım üçün mən yalnız məs`uliyyətlərini dərk edən bir atayam. Bir sözlə, körpə mütəxəssisə yox, ata-anaya ehtiyaclıdır. 58
Səkkizinci fəsil 59
Həkim, dərman və xəstəlik 59
Sual: Nə üçün uşaqlar həkimdən qorxur? 59
Cavab: Uşaqlarda bu xüsusiyyət sonradan yaranır. Əslində uşaqlar ilk əvvəl başqalarına nisbətən həkimə qarşı daha maraqlı olurlar. Həkimin ağ xalatı, əlindəki müxtəlif əşyalar körpənin diqqətini cəlb edir. Körpə o zaman həkimdən qorxmağa başlayır ki, həkim bu “maraqlı” əşyaları onun bədəninə batırır, qulağına və burnuna soxur. Əlbəttə ki, istənilən bir ağrı körpənin sakitliyini pozur. Bə`zən müayinə prosesi ilə tanış olmayan körpə həyəcan keçirir. 59
Körpənin həkimin bə`zi işlərinə e`tiraz etməsi təbiidir. Əgər siz körpənizi bu e`tirazına görə qınasanız, onun hisslərinə toxunmuş olarsınız. Körpənin müayinə və müalicədən xoşu gəlməyə bilər və siz onu düzgün başa düşməlisiniz. Körpənizə kömək edin ki, vəziyyətdən çıxa bilsin. Körpədə belə təsəvvür yaratmaq olmaz ki, onun e`tirazı yersizdir. Övladınız yaşa dolduqca tədricən anlayacaq ki, əsas məsələ işin xoşa gəlməsi yox, faydalı olmasıdır. Həyatınız boyu övladınıza verəcəyiniz ən böyük dərslərdən biri budur. 59
Körpənizi başa düşməyə çalışın. Əgər insanın yanında onu başa düşən bir adam varsa, bu insan çətinliklərə dözümlü olur. Unutmayın ki, siz özünüz də həkim otağında narahatlıq keçirirsiniz. 59
Sual: Övladımın həkim müayinəsinə dözməsi üçün nə etməliyəm? 59
Cavab: Bir yaşda olan körpənin müayinəni rahat qəbul etməsi, demək olar ki, mümkünsüzdür. Çünki azyaşlı körpə ətrafda baş verənləri dərk etməkdə acizdir. O, yalnız xoşagələn münasibətlərdən narahat olmur. Müayinə isə adətən, narahatlıq doğurur və təbii ki, körpə müqavimət göstərir. Siz bu körpənin narahatlıqlarını yalnız nəvazişlə azalda bilərsiniz. Əksər uşaqlar narahat olduqları vaxt qucağa can atırlar. Qucağa götürüb, nəvaziş göstərməkdən savayı çıxış yolu görünmür. Narahat körpənin ağzına bir şey qoymaq tə`sirli olur. Peşəkar uşaq həkimləri bu məqsədlə çubuqlu konfetlərdən istifadə edirlər. 59
Sual: Anlaqlı uşağı həkimə apararkən hazırlıq üçün nə edə bilərəm? 60
Cavab: Yaxşı-pisi başa düşən, nisbətən yaşlı uşağı həkimə aparmazdan qabaq qarşıdakı prosesləri izah etmək lazımdır. Əgər körpə “indini” “sonradan” fərqləndirə bilirsə, demək, o sizin izahatlarınızı anlayacaqdır. Hələ danışa bilməyən uşaq həkim xalatını gördükdə ötən müayinənin “dadını” xatırlaya bilir. Səkkiz aylıq körpə həkim xalatını qorxu ilə qarşılayır. Ötən müayinələr nə qədər ağrılı olmuşsa, qorxu da bir o qədər çox olur. Müayinənin gedişindən xəbərdar olan valideyn öz körpəsini daha yaxşı hazırlaya bilir. Hər halda hazırlıq əhəmiyyətlidir. Anlaqlı körpəni həkimə hazırlıqsız aparmaq olmaz. 60
Sual: Müayinədən qabaq körpəyə nə deməliyəm? 60
Cavab: Ona həqiqəti deyin. Əgər ona iynə vurulacaqsa, başa salın ki, bu zəruridir və ağrılı ola bilər. Ona bildirin ki, iynə vurulduğu vaxt ağlamağın heç bir eybi yoxdur. Hazırlıqdan sonra uşağa iynə vurulduğu vaxt o ağlayarsa, belə deyin: “Bilirəm çox ağrıdır, ona görə ağlayırsan.” Siz bu sözlərinizlə onun dərdinə şərik olursunuz. Daha sonra ona nəvaziş göstərin. Əgər iynə vurulduğu vaxt uşaq ağlamazsa, onu tə`rif etməyi unutmayın. Ona bildirin ki, onun dözümünə heyran qalmısınız. 60
Körpəni bu üsulla, yə`ni ona həqiqəti bildirməklə hazırlamaq onun şəxsiyyəti üçün faydalıdır. Körpəni dözümünə görə qiymətləndirib, tə`rif etmək onu gələcək çətinliklərdə daha dözümlü olmağa həvəsləndirir. Əgər iynə vurulduğu vaxt uşaq ağlayarsa, əvvəlcədən etdiyiniz xəbərdarlıq qismən də olsa ona təsəlli verir. Sizin körpəyə sadiq qalıb, ona həqiqəti əvvəlcədən deməyiniz olduqca əhəmiyyətlidir. Belə rəftarınıza görə körpəniz gələcəkdə də sizə e`timad göstərəcəkdir. 60
Əgər müayinə prosesindən mə`lumatınız yoxdursa, yaxşı olar ki, bu barədə əvvəlcədən mə`lumatlanıb, uşağı hazırlaya biləsiniz. Hər halda uşağı aldatmaq olmaz. Körpə sizin yalan danışdığınızı hiss etsə, daha çox narahat olar. Uşaq böyüdükcə sizin nə dərəcədə mə`lumatlı olduğunuzu daha tez hiss edir. Hər hansı bir uydurmadansa belə deməyiniz daha məqsədəuyğundur:” “Düzü, həkimin nə edəcəyini bilmirəm.” 60
Təəssüf ki, əksər valideynlər övladlarını arxayınlaşdırırlar ki, heç bir ağrı olmayacaq. Amma iynə vurulduğu zaman uşaq narahat olub ağlayır və valideynin yalanı onun göz yaşlarını daha da şiddətləndirir. Bə`zən valideynlər vəziyyətdən çıxmaq üçün daha bir yanlış addım atır, belə deyirlər: “Nə üçün ağlayırsan? Məgər səni incidən var?!” Sizin bu nahaq sözləriniz körpənin narahatçılığını daha da artırır. Belə bir münasibət uşağın iradəsini zəiflədir və o, ağrılı müalicələrə dözümsüz olur. Öz yalanını uşağı nahaq ittiham etməklə ört-basdır etmək istəyən valideyn körpənin mə`nəviyyatına zərbə vurur. Əfsus ki, əksər həkimlər, tərbiyəçilər və valideynlər uşaqla belə rəftar edirlər. 61
Sual: Əgər körpə həkimlə görüşə hazır olmasa nə baş verə bilər? 61
Cavab: Əvvəla, körpə belə bir qənaətə gələcək ki, siz ona biganəsiniz. Ən mühümü isə valideyn yalan danışdıqda övladının e`timadını itirir. İnanın ki, körpənin e`timadsızlığını tam aradan qaldırmaq mümkünsüzdür. Yə`qin anladınız ki, bə`zi uşaqların valideynə inamsızlığının əsas səbəbi nədir. 61
Bə`zən uşağın müqavimətindən çəkinən valideyn onu razı salmaq üçün həqiqəti gizlədir. Hansı ki, körpə həyatda xoşagəlməz hadisələrin labüdlüyünü qəbul etməlidir. Həkim müayinəsi körpənin xoşagəlməz şəraitlərlə razılaşmağı öyrənməsi üçün gözəl bir fürsətdir. 61
Siz körpənizi həkimlə görüşə hazırlasanız da, hazırlamasanız da onda həkimə mənfi münasibət yaranacaq. Amma siz düzgün danışmaqla onun e`timadını qazanırsınız. Növbəti dəfə həkimlə görüş zəruri olduqda uşaq sizi diqqətlə dinləyəcək. 61
Sual: Həkimlə görüşə hazırlıq nə vaxt başlamalıdır? 61
Cavab: Əgər bir neçə gün qabaqdan hazırlığa başlasanız, uşaq daim bu barədə düşünüb, iztirab keçirəcək. O öz təsəvvüründə dəhşətli səhnələr canlandırıb, iflic ola bilər. Hazırlıq üçün ən münasib vaxt həkimlə görüşə üç-beş saat qalmışdır. 61
Bu hazırlıq mühüm olsa da, ifrata varmayın. Bu hazırlığa çox ciddi yanaşsanız uşaq təhlükə hiss edib, qorxuya düşə bilər. Mən, övladına kömək etmək istədiyi halda, onun iztirablarını daha da artıran valideynlərlə çox rastlaşmışam. 62
Əgər qan analizi üçün həkimlə görüşməlisinizsə, körpəyə belə deyin:” “Əzizim, həkim sənin barmağından bir damcı qan götürməlidir. O, bu işi elə sür`ətlə edəcək ki, sən ağrı çəkməyəcəksən.” 62
Əgər söhbətə “qorxma” sözü ilə başlasanız, sözsüz ki, uşağı qorxudacaqsınız. 62
Sual: Əgər həkim körpəni razı salmaq üçün onu aldadarsa, nə etməliyəm? 62
Cavab: İstər həkim, istərsə də digər bir şəxs uşağınızı aldadarsa, onun inamını geri qaytarmaq çox çətin olacaq. Körpəni bir dəfə aldadan həkim növbəti dəfə onun müqaviməti ilə qarşılaşacaq. Belə bir aldanışın tə`siri uzun sürür və körpənin psixologiyasında mənfi iz buraxır. Uşaqlıq vaxtı həkimə inamını itirən insan hətta yaşa dolduqda da tibb işçilərinə inanmır. Belə adamlar heç vaxt həkimə vaxtında müraciət etmir və öz sağlamlığını təhlükə altına qoyur. 62
Övladınızı aldadan həkimə kömək göstərib, onun yalanlarını təsdiq etməyin. Əgər belə etsəniz uşaq sizə olan inamı da itirəcək. Hər bir həkim, xüsusi ilə də uşaq həkimləri xəstəyə yanaşma üsulunun seçimində diqqətli olmalıdırlar. 62
Sual: Övladımın ağrılara dözməsi üçün ona necə kömək göstərə bilərəm? 62
Cavab: Körpənizə bildirin ki, onun ağrılarını hiss edirsiniz və ağlamağına təbii baxırsınız. Körpənin iradəsini zəiflədəcək bir iş görsəniz, o özünü “mama uşağı” kimi hiss edər. Onun ağrılarına şərik olun və dözümlü olduğu üçün tə`rifləyin. Siz onun dərdinə şərik olmaqla özünə inamını gücləndirirsiniz. Bununla da körpəniz həyatın eniş-yoxuşlarına hazırlaşmış olur. 62
Başqa bir üsul da var. Ona seçim imkanı verin. Məsələn, soruşun ki, iynənin uzandığın, yoxsa durduğun halda vurulmasını istəyirsən? Başqa sual da verə bilərsiniz: «İynəni sağ, yoxsa sol qoluna vursunlar?» Bu suallar sizə əhəmiyyətsiz görünməsin. Siz körpənizə seçim imkanı verdikdə o öz taleyinin həllində iştirak edir və şəxsiyyəti formalaşır. Siz xırda məsələlərdə onunla məsləhətləşməklə onun e`timadını qazanırsınız. Əgər həkimə getmək qərarını siz verirsizsə, imkan verin kiçik məsələlərdə o özü seçim etsin. Hətta övladınız seçim etməkdən boyun qaçırsa da, sizin verdiyiniz seçim hüququnu yadında saxlayacaqdır. 63
Sual: Övladıma dərman qəbul etdirmək lazımdırsa nə etməliyəm? 63
Cavab: Əgər həkim uşağınıza dərman yazsa, siz körpənizə xoşlamadığı bir şeyi qəbul etdirmək məcburiyyətində qalacaqsınız. Uşağa belə deyin: “Halının yaxşılaşması üçün həkim göstəriş verib ki, bu dərmanları qəbul edəsən.” Ona deməyin ki, bizə xatir dərmanları qəbul et və ya qəbul etsən sənə oyuncaq alacağam. 63
Uşağın dərman qəbul etməsi üçün ona hədiyyə verilməsi ilə razı deyiləm. Bu üsul körpəni gələcəkdə qarşılaşacağı çətinliklər qarşısında gücsüz edəsidir. Körpədə belə bir xasiyyət formalaşa bilər ki, çətinliyi yalnız hədiyyə ilə qəbul etmək olar. Əslində isə uşaq çətinliklərə vərdiş etməli və öz dözümlülüyündən ləzzət almalıdır. Əgər xahiş etsəniz ki, körpə sizə xatir dərman qəbul etsin, o sizin məhəbbətinizi itirəcəyindən qorxar və psixoloji zərbə alar. Əgər uşaq görsə ki, dərman atmaqla sizin məhəbbətinizi qazana bilir, öz xəstəliyindən sui-istifadə edər. 63
Sual: Körpəyə hansı yolla dərman verə bilərəm? 63
Cavab: Çalışın ki, bu iş ağrısız və sür`ətli olsun. Körpə müqavimət göstərərsə, dərmanı zorla qəbul etdirməyə məcbursunuz. Bu məcburiyyətin, demək olar ki, psixi və cismani zərəri yoxdur. Onu məcbur etdiyiniz zaman dayanmadan nəvaziş göstərin. Müayinə və müalicə zamanı körpəni qucağa götürməyin həm mənfi, həm də müsbət cəhətləri var. Qucağa götürüldüyü vaxt körpə sakitləşsə də, ona xəyanət etdiyinizi düşünəcək. Sizi qınayacaq ki, nə üçün onu həkimdən uzaqlaşdırmırsınız. 63
Adətən körpəni narahat edən dərmanların acılığı olur. Bunun qarşısını almaq üçün dərmanı şprisə yerləşdirib, körpənin boğazına damızdırmaq olar. Bu üsul dərmanı qaşıqla verməkdən daha asandır. 64
Sual:Əgər böyük uşaq dərman qəbul etməkdən imtina edirsə, nə etməliyik? 64
Cavab: Əvvəlcə, onu razı salmağa çalışmaq lazımdır. Ona başa salın ki, dərmanın acı olduğunu siz də bilirsiniz. İmkan daxilində bu acılığı aradan qaldırmağa çalışın. Nabat və ya şərbətdən istifadə etməklə körpənin ağzındakı acılığı yüngülləşdirmək olar. Ən əsası, uşağa başa salın ki, yaşadığımız dünyanın öz qanunları var və dərman qəbul etməyən xəstə yaşaya bilməz. Məbada, dərman qəbul etmək istəmədiyi üçün onu qorxaq adlandırasınız. Onun hisslərinə şərik olmaqla daha çox müvəffəq olmaq olar. Əgər uşağa bu işin sizin üçün də ağrılı olduğunu bildirsəniz, o özünü xeyli rahat hiss edər. 64
Sual: Övladım xəstəxanada yatmalıdırsa, bunu necə açıqlayım? 64
Cavab: Bu sualın cavabı uşağın xəstəxanada yatması zərurətindən və yatacağı vaxt sağlamlıq dərəcəsindən asılıdır. Ağır xəstələnmiş, yüksək istiliyi olan, ağrılardan ağlayan körpə müqavimət göstərmək iqtidarında deyil. Bununla belə istər yüngül, istərsə də ağır xəstələnmiş uşağa əvvəlcədən izahat verilməlidir. Ona səmimi və başa düşəcəyi bir dillə bildirin ki, qarşıda onu nə gözləyir. Övladınızın xəstəlik dərəcəsindən asılı olmayaraq səmimiyyət və sədaqət çox mühüm nöqtələrdir. Körpənin xəstəxanaya hazırlıqsız gətirilməsi onu qorxuya salır. Əgər onu aldadaraq xəstəxanaya gətirsəniz, müalicələrə ciddi müqavimət göstərəcək. Bir dəfə aldadılmış uşağın inamını qaytarmaq üçün çox çalışmaq lazım gəlir. 64
Digər bir problem də var. Belə bir hadisə baş vermişdi: Beynində cərrahiyyə əməliyyatı aparılası uşağı müayinə adı ilə xəstəxanaya gətirirlər. Əməliyyatdan sonra ayılmış uşaq valideynlərinin yalanına görə iztirab keçirir. Uşaq ağlayıb anasını tələb edir, amma anası ilə çox sərt davranır. Əməliyyatdan sonra körpəni müalicə etməli olan həkimlər müalicəni yubatmalı olur…İtirilmiş inamı qaytarmaq üçün valideynlərə göstəriş verdik ki, ən adi yalandan belə çəkinsinlər. 65
Sual: Övladımı cərrahiyyə əməliyyatına necə hazırlaya bilərəm? 65
Cavab: Bu gün əksər xəstəxanalarda əməliyyat olunacaq uşaqlar üçün hazırlıq proqramları var. Həmin körpələr onları qarşıda gözləyən əməliyyatla xüsusi şəkildə tanış edilir. Bu işdə məqsəd uşağın iztirablarını azaltmaq və onun daxili enerjisini həkimlərlə həmkarlığa yönəltməkdir. Əməliyyatdan bir gün qabaq bütün proses pillə-pillə körpəyə izah edilir. Bu məqsədlə xırda cərrahi alətlərdən və gəlincikdən istifadə olunur. Tə`limatçı gəlinciyin üzərində əməliyyatı bir-bir izah edir. O, bihuşedici maskanı başa necə keçirildiyini, keyləşdirici iynəni necə vurulduğunu əyani şəkildə göstərir. Bu tədbirlər uşağın narahatçılığını qismən də olsa aradan qaldırır. Bə`zən plastik butulkalar vasitəsi ilə zəruri mayelərin bədənə necə köçürüldüyü nümayiş etdirilir. Bu tanışlıqdan sonra uşaq daha həvəslə həmkarlıq edir. Uyğun metodlarla əməliyyatın yarada biləcəyi mənfi emosiyalar aradan qaldırılır. 65
Bir qism uşaqlar bu oyuna həvəssiz qatılır və reaksiyaları cüz`i olur. Uşağın xüsusi reaksiya göstərməsi zəruri deyil. Cərrahiyyə əməliyyatından narahat olmayan uşaqların da belə bir tanışlığa ehtiyacı var. Əməliyyatdan sonra ağrı hiss edən körpə valideynlərinin bu barədə xəbərdarlığını xatırlayır və inam hissi güclənir. 65
Cərrahiyyə əməliyyatına hazırlanan uşağa bildirin ki, əməliyyat zamanı yuxuda olacaq və heç bir ağrı hiss etməyəcək. Amma yuxuda olacağından xəbərsiz uşaq ayıldıqdan sonra nə baş verdiyini anlamayaraq həyəcan keçirəcək. Bu hadisədən sonra, adətən uşaqlar yatmağa qorxurlar. 65
Bir çox xəstəxanalarda mütəxəssislər xüsusi hazırlığı zəruri hesab etmirlər. Əgər övladınızı bu tip xəstəxanalarda yerləşdirsəniz, hökmən, özünüz onu hazırlayın. Qarşıdakı əməliyyat prosesi ilə tanış olub, övladınızı başa düşəcəyi həddə mə`lumatlandırın. 66
Sual: Xəstəxanada yatası uşaq üçün daha nə edə bilərəm? 66
Cavab: İmkan daxilində ondan uzaqlaşmayın. Uşaq arxayın olmalıdır ki, siz onun yanındasınız. Çalışın ki, yemək vaxtı onun yanında olun və özünüz onu yedirdin. Sizin üçün çətin olsa da gecə onu tərk etməməyə çalışın. Bu yaxınlıq bir çox psixoloji narahatlıqların qarşısını alır. Bir müddət xəstəxanada yatmalı olan uşaq valideyni yanında olmadıqda çətin yuxuya gedir. Bir sözlə, xəstəxanada yatırdılmış uşağa diqqət göstərin. 66
Tibb işçiləri iddia edirlər ki, uşaq, adətən valideynin hüzurunda ağlayır. Bu doğrudan da belədir. Amma bu heç də o demək deyil ki, valideynin iştirakı uşağı narahat edir. Uşağın ağlamasının səbəbi budur ki, o ağlayarkən valideynindən kömək gözləyir. Valideynsiz uşaq özünü müdafiəsiz hiss edir. O, düşünür ki, ağlamaqla həkimi qəzəbləndirə bilər. Hər halda, əksər həkimlər valideyni otaqdan kənarlaşdırmaq istəyirlər. Amma bu, səhv addımdır. Valideynin iştirakı zəruridir. Hətta uşağın səsi bütün xəstəxananı bürüsə belə! 66
Əfsus ki, əksər xəstəxanalarda valideynin iştirakına icazə verilmir. Körpənin psixoloji durumuna göstərilən bu sayaq diqqətsizlik çox pisdir. Həkim öz rahatlığını uşağın qorxusu hesabına əldə etməməlidir. 66
Əgər uşağın xəstəxanada yatırdılması zəruridirsə, elə bir xəstəxana seçin ki, həmin xəstəxanada uşağın psixoloji durumuna diqqət göstərilir. Həm uşaq, həm də valideyn üçün münasib şərait yaradılmış xəstəxanalara üstünlük verin. Həkim uşağa qayğı göstərməli, onun psixoloji ehtiyaclarını nəzərə almalıdır. 66
Sual: Şikəstliyi və ya əlacsız xəstəliyi olan uşaq hansı hissləri keçirir? 67
Cavab: Nəzəri cəhətdən bu uşaqlar başqa uşaqlardan fərqlənmir. Bu nəzəriyyə doğru olsa da, əlacsız xəstəliyi olan uşaqların həyata münasibətləri fərqlidir. Məsələn, qoltuq ağacı və ya araba ilə gəzən uşaqlar öz həmyaşıdlarının diqqətini cəlb edir. Bu baxışlar həmin uşağı sıxır və daim öz qüsurları haqqında düşünməyə vadar edir. Belə uşaqlara daha çox qayğı göstərildiyindən onların şəxsiyyətində fərqli xüsusiyyətlər meydana çıxır. Diqqət edin, valideynlərin belə övladlara münasibəti fərqli deyilmi? Sözsüz ki, fərqlidir. İlkin olaraq bu fərqli münasibət uşaqda fərqli hisslər doğurur. Əlacsız xəstəliyə düçar olan körpələrin valideynləri bu uşaqlara qayğını öz həyatlarında başlıca vəzifə hesab edirlər. Bu əlaqə təbii olmasa da, mən həmin valideynlərin hisslərini başa düşür və onları qınamıram. Bu valideynlərin çətinliyini anlayıb, onlara hörmətlə yanaşmaq lazımdır. Məsələn, müəllimlər hemofiliyaya düçar olmuş uşaqlardan şikayətlənərək, onların valideynlərini ifrat nigarançılığa görə qınayırlar. Zənnimcə, bu valideynlərin nigarançılığı yersiz deyil. Əgər uşaqda kiçik bir cızıq səbəbindən təhlükəli qanaxmalar baş verə bilərsə, valideyn necə narahat olmasın?! Belə uşaqlar üçün əhəmiyyətsiz bir zədə xoşagəlməz nəticələrə səbəb ola bilər. Valideynin nigarançılığını hiss edən uşaqla valideyn arasında xüsusi bir bağlılıq yaranır. 67
Belə uşaqların psixologiyasını öyrənmək üçün apardığım təcrübələrdən belə bir qənaətə gəldim ki, bu uşaqlar və onların ailələri başqalarından bir o qədər də fərqlənmirlər. Təcrübələrdən mə`lum oldu ki, alkoqolizm və ya digər səbəbdən ailə başğlılığı zəifdirsə, qüsurlu uşaq bu ailənin daha tez dağılmasına səbəb olur. Bə`zi ailələr isə bütün qüvvələrini şikəst uşaqla bağlı psixoloji mühitin dəyişdirilməsinə sərf edirlər. Bu mə`nada, problemli uşaqların ailələri başqa ailələrdən fərqlənir. 67
Belə ailələrin üzləşdikləri çətinlikləri təsəvvür etmək asan deyil. Əlbəttə onların həyatını kənardan müşahidə etdikdə qeyri-adi bir şey görünmür. Şikəst uşaqların tərbiyəsi ilə məşğul olan peşəkarlar bu uşaqlarla adi şəkildə rəftar edilməsinin tərəfdarıdırlar. Onlar şikəst uşaqla valideyn arasındakı xüsusi bağlılığı nəzərə almır və belə hesab edirlər ki, valideynin həssaslığı yersizdir. Bu peşəkarlar valideyni xüsusi həssaslığı üçün qınayırlar. Bu həssas rəftardan doğan çətinliklər ilkin olaraq valideynə problemlər yaradır. Onlar düşünürlər ki, övladlarına lazımınca baxa bilmirlər. Bə`zən həkimlər valideynin həssas münasibətinə uyuşmayan məsləhətlər verirlər. Bu məsləhətlər zərərlidir. Psixoloji cəhətdən sağlam körpə problemlərə daha asan dözür. Uşağın psixoloji sağlamlığı üçün nə qədər erkən fəaliyyətə başlanılsa, bir o qədər yaxşıdır. Amma uşağın mə`nəvi möhkəmliyindən asılı olmayaraq onun qarşısındakı problemlərin həllində valideyn mühüm rol oynayır. 67
Doqquzuncu fəsil 69
Bacı və qardaş 69
Sual: Övladıma, daha bir övlad gözlədiyimi nə vaxt deyə bilərəm? 69
Cavab: Ədalətli olar ki, başqaları bu məsələdən xəbərdar olduğu vaxt övladınızı da mə`lumatlandırasınız. Bu məsələni ailənizlə bağlı digər məsələlərdən fərqləndirməyin. Növbəti körpə doğulanadək bu məsələni evdəki uşaqlardan gizlədilməsi tamamilə məntiqsizdir. Bu söhbətin ondan gizlədildiyini hiss edən uşaq elə düşünə bilər ki, körpənin dünyaya gəlməsi evdə heç kəsi sevindirmir. 69
Sual: Əgər övladım yeni körpənin haradan gəldiyini bilmək istəsə, ona həqiqəti deyə bilərəmmi? 69
Cavab:Uşaq bu və bu kimi başqa suallar verə bilər. Əksər uşaqlar bu uşağın gəlişi ilə maraqlanırlar. Amma bu məsələ ilə maraqlanmayan uşaqlar da olur. Zənnimcə bu uşaqların sual verməməsinin səbəbi uyğun məsələnin ona sirli görünməsidir. 69
Sual verən övladın sualını cavablandırın. Əgər bu barədə sussanız, doğum evinə gedərkən övladınıza izahat verməkdə çətinlik çəkəcəksiniz. Bu məsələdə yalan danışmaq olmaz. Çünki bir yalandan başqa yalanlar doğur. 69
Sual: Övladım üçün fərqi varmı ki, doğulan uşaq qızdır, yoxsa oğlan? 69
Cavab: Əslində bunun o qədər də fərqi olmur. Amma evdəki uşaq əvvəlcədən bacı və ya qardaş istəmişsə, arzusu yerinə yetmədikdə əsəbləşir. Hər halda, uşağın bu istəyi ötəridir. O, öz cinsindən uşaq istəyirsə, bu arzu onun oyun yoldaşı axtarması ilə bağlıdır. Uşağa anlatmaq lazımdır ki, bacı və ya qardaş arzulamağın heç bir eybi yoxdur. Uşaqda belə təsəvvür yaratmaq olmaz ki, uşağın cinsi kimdənsə asılıdır. Yoxsa uşaq elə düşünə bilər ki, siz onun istəyinə zidd olaraq, başqa cinsdən olan körpəni dünyaya gətirmisiniz. 69
Dostları ilə paylaş: |